İqtisadi 17.06.2019 14:00

BMT-nin ÜTTİŞ-nın 110-cu sessiyası keçirilir - FOTO

Bu gün Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyası işinə başlayıb.

Rakus.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, “İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr keçirilib.

37 ölkədən və 5 beynəlxalq təşkilatdan rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi tədbir 18 iyunadək davam edəcək.

Tədbirdə Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, təşkilatın İcraiyyə Şurasının sədri Çarls Banda və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açılış nitqi ilə çıxış ediblər.

Qonaqları salamlayan Fuad Nağıyev son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədirlər barəsində məlumat verib.

Turizmdə etik normaların vacibliyindən danışan Fuad Nağıyev Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Agentlik sədri BMT-nin Ümumdünya Turizm Təşkilatının “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnamə layihəsi ilə bağlı qərarını yüksək qiymətləndirərək, qərarların tövsiyə xarakterli deyil, məcburi qüvvədə olmasının məqsəduyğunluğunu bildirib.

Ümumdünya Turizm Təşkilatının 158 üzvü var. Azərbaycan BMTÜTT-ə 2001-ci ildə üzv olaraq qəbul olunub. Azərbaycan 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur və qurumun qərar qəbuletmə prosesində fəal iştirak edir.

Xatırladaq ki, 2018-ci ildə İspaniyanın San-Sebastian şəhərində keçirilmiş BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMTÜTT) İcraiyyə Şurasının 108-ci sessiyasında 110-cu sessiyanın Azərbaycanda keçirilməsi ilə bağlı yekdilliklə qərar qəbul olunub.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO