Sosial 17.04.2019 15:32

BNA avtobus sürücüləri ilə bacarmır - FOTO - VİDEO

 

Bakının yollarında yaranan tıxacların böyük səbəblərindən biri də avtobus sürücülərinin qaydalara düzgün əməl etməməsidir. Bu barədə konkret faktlar əsasında bir neçə dəfə yazmağımıza və Bakı Nəqliyyat Agentliyinin məsələni araşdırmasına və tapşırıqlar verməsinə baxmayaraq hələ də problem aradan qaldırılmayıb. Bu səbəbən də paytaxtın onlarla qəsəbəsi ilə mərkəzi birləşdirən Zabrat yolunda demək olar ki, günün əksər hissəsində tıxac olur. Səhərlər isə bu yolda saatlarla qalmalı olursan.

Məlumat üçün qeyd edək ki, uzun illər boyu davam edən bu problemi aradan qaldırmaq üçün Respublika Prezidenti İlham Əliyev tərəfindən burada yerüstü körpünün tikiltisinə vəsait ayrıldı və nəzərdə tutulan işlər həyata keçirildi. Lakin əfsuslar olsun ki, bununla belə tıxacı aradan qaldırmaq mümkün olmayıb. Çünki bu istiqamətlər üzrə hərəkət edən marşrut avtobuslarının sürücüləri qaydalara əməl etmirlər. Onlar tıxacın yaranmasına səbəb olmaqla yanaşı, həm də sakinlərin təhlükəsizliyinə ciddi maneə törədirlər.

Rakus.az saytı əməkdaşlarının hadisə yerində apardığı çəkiliş buna əyani sübutdur. Göründüyü kimi, yerüstü körpüdən təxminən 50 metr aralıda müasir dayanacaq quraşdırılıb. Ancaq avtobus sürücüləri onlar üçün nəzərdə tutulan yerdə deyil, körpünün birbaşa altında saxlayır, tıxac və nəqliyyat üçün təhlükə yaradırlar. Maraqlıdır ki, bu çəkilişlər 3 ay əvvəl çəkilsə də heç nə dəyişməyib, indiki çəkilşlə tam eynidir.

Bununla bağlı tənqidi yazımıza agentlikdən bu ilin yanvarın 30-da verilən cavabda (məktubu sənədlərlə iş və insan resursları şöbəsinin müdir müavini Sehmur Quliyev imzalayıb) bildirildi:

“Qeyd etdiyiniz xüsusatla bağlı daşıyıcılarla mütəmadi görüşlər keçirilir. Daşıyıcılara tərəfimizdən sürücülərin etik davranış və yol hərəkəti qaydalarına əməl edilməsi yönündə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi bildirilir.

Eyni zamanda sürücülərə təlim mərkəzində təlimlər keçirilir. Davranışlarından davamlı şikayət olan sürücülərin əmək müqavilələrinə xitam verilir.

Xahiş edirik nəzərə alasınız”.

Rakus.az agentlik rəsmisinin xahişini 2 ay 17 gündür nəzərə alır, amma sürücülər yox. Fakt isə faktlığında qalır. Nə tədbir görən var, nə də tənqiddən nəticə çıxaran.

Bu konkret olaraq onu göstərir ki, sürücülər Bakı Nəqliyyat Agentliyinin tapşırıqlarını nəzərə almır, agentlik isə onlarla bacarmır. Görəsən nə vaxtadək ?!

Mikayıl Nərimanoğlu,
Əməkdar jurnalist

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO