İqtisadi 28.12.2019 21:33

BNA paytaxtda 2 yeni marşrut xətti yaratdı - FOTO

Badamdar qəsəbəsinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə (BNA) çoxsaylı müraciətləri nəzərə alınaraq 3 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.

Rakus.az xəbər verir ki, BNA-dan verilən məlumata görə, qəsəbə sakinlərinin “Elmlər Akademiyası” metro stansiyası, Dövlət Statistika Komitəsi, “Gənclik” metro stansiyası, Atatürk prospekti, 7-ci mikrorayon və “Dərnəgül” metro stansiyası istiqamətində birbaşa daşınmasının, eyni zamanda, A.Abbaszadə küçəsi (Oksford məktəbi) ətrafında məskunlaşan sakinlərin 3 nömrəli marşrut xətti üzrə avtobuslardan hər 2 istiqamət üzrə istifadəsinin təmin edilməsi məqsədilə avtobuslar Badamdar qəsəbəsinədək hərəkət edəcək. 3 nömrəli marşrut xətti üzrə avtobuslardan Badamdar qəsəbəsinə uzadılmasından sonra H.Cavid prospekti istiqamətində yaranan təkrarlanmanın aradan qaldırılması məqsədilə, 53 nömrəli marşrut üzrə avtobusların da hərəkət sxemində müəyyən dəyişiklik olunub. Belə ki, 53 nömrəli xətt üzrə avtobuslar “20-ci Sahə” dairəsi istiqamətində – Badamdar qəsəbəsi–Badamdar şosesi–Parlament prospekti–Azneft dairəsi–Neftçi Qurban küçəsi–Bibiheybət yolu-“20-ci sahə” dairəsi, Badamdar qəsəbəsi istiqamətində – “20-ci sahə” dairəsi–Mikayıl Useynov küçəsi-Azneft dairəsi-Parlament prospekti–Badamdar şosesi-Badamdar qəsəbəsi istiqamətində hərəkət edəcək.

Həmçinin Binə “Atçılıq” adlanan ərazidə yaşayan sakinlərin Binə qəsəbəsində yerləşən dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin aradan qaldırılması məqsədilə 160 A nömrəli müntəzəm marşrut xətti təşkil olunub. 160 A nömrəli marşrut xətti üzrə avtobuslar Binə qəsəbəsi istiqamətində – Binə “Atçılıq” adlanan yaşayış sahəsi–Binə qəsəbəsi (Əli İsazadə küçəsi)–326 nömrəli məktəb (Şah İsmayıl Xətai küçəsi), Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində – Binə qəsəbəsi (326 nömrəli məktəb)-Şah İsmayıl Xətai küçəsi-Əli İsazadə küçəsi-Binə “Atçılıq” adlanan yaşayış sahəsi istiqamətində hərəkət edəcək.

Hövsan qəsəbəsindən Türkan qəsəbə mərkəzi istiqamətində marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla isə 210T nömrəli müntəzəm marşrutlar təşkil olunub. 210T nömrəli marşrut xətti üzrə avtobuslar Türkan qəsəbəsi istiqamətində – Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi)–Hövsan şosesi–Türkan qəsəbəsi (119 nömrəli məktəb), Hövsan qəsəbəsi istiqamətində – Türkan qəsəbəsi (119 nömrəli məktəb)-Hövsan şosesi–Elman Qasımov küçəsi-Hövsan qəsəbəsi (İlqar Əhlimanov küçəsi) istiqamətində hərəkət edəcək. Ə.Hacıyev küçəsinin ensiz olması, dayanacaq cibinin olmaması və həmin küçədə avtobusların yaratdığı sıxlığın aradan qaldırılması məqsədilə 106, 113, 191 və 213 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək son dayanacaq məntəqəsi Qara Qarayev prospektində (kənar hərəkət hissəsi) təşkil olunub. “Qara Qarayev” metro stansiyası istiqamətində – Şirin Mirzəyev küçəsi–Tofiq Abbasov küçəsi–Azər Manafov küçəsi-Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı), Bakıxanov dəmiryol stansiyası istiqamətində – Qara Qarayev prospektinin kənar hərəkət hissəsi (parkın qarşısı)–Azər Manafov küçəsi–Tofiq Abbasov küçəsi–Şirin Mirzəyev küçəsi daha sonra mövcud xətt üzrə hərəkət edəcək.

76 və 78 nömrəli marşrutların başlanğıc və son dayanacaqlarının eyni olması və marşrutların bir-birinin hərəkət sxeminin təkrarlanması səbəbindən 78 nömrəli marşrut ləğv olunub. Bununla əlaqədar 76 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib. “Neftçilər” metro stansiyası istiqamətində – Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi)-Nazim İsmayılov küçəsi–Eldar Xəlilov küçəsi–Muxtar Fətəliyev–Ruhulla Axundov küçəsi-Sakit Qocayev küçəsi daha sonra mövcud xətt üzrə, Bakıxanov qəsəbəsi istiqamətində – Sakit Qocayev küçəsi-Ruhulla Axundov küçəsi-Muxtar Fətəliyev–Eldar Xəlilov küçəsi-Nazim İsmayılov-Bakıxanov dəmiryol stansiyası (Yavər Əliyev küçəsi) istiqamətində hərəkət edəcək.

Qeyd edilən bütün dəyişikliklər dekabrın 30-dan tətbiq olunacaq.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO