Boksçular bu gün 1/4 final görüşünə çıxır
Polşanın Keltse şəhərində təşkil olunan gənc boksçular arasında dünya çempionatının altıncı günündə Azərbaycan millisinin daha bir üzvü rinqdən qalib ayrılıb.
Rakus.az xəbər verir ki, ilk döyüşündə Domeniko Mattia Vinçiquerranı (İtaliya) məğlub edən Murad Allahverdiyev (-81 kq) ikinci duelində Kaan Aykutsundan (Türkiyə) da üstün olub. Təmsilçimiz 1/8 finalda rəqibi üzərində 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesablı qələbəyə sevinib.
Allahverdiyevdən fərqli, Cəlal Qurbanov (-60 kq) 1/8 finalda mübarizəni dayandırıb. Yaponiyalı Reyto Tsutsumi ilə döyüşən boksçumuz məğlubiyyətə üzülüb.
Yığmamızın heyətində daha öncə Nicat Hüseynov (-49 kq), Əli Zamanov (-52 kq) və Əzrək Bəbirov (-56 kq) 1/4 finalda iştirak hüququ qazanıb.
Nicat Hüseynov bu gün Levent Eqeduşla (Macarıstan), Əli Zamanov Yevgeni Jorovla (Rusiya), Əzrək Bəbirov Aleksey Şendrixlə (Rusiya) və Murad Allahverdiyev Denis Şalabayla (Ukrayna) qarşılaşacaq.