İdman 08.09.2019 23:57

Böyük ehtimalla 5-ci pillədə qalacağıq – Yurçeviç

“Sabah bizi böyük oyun gözləyir. Son dünya çempionatının finalçısı ilə qarşılaşacağıq. Motivasiyamız yüksəkdir”.

Rakus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində sabah Bakıda Xorvatiya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

– Uelsdə məyusedici nəticə qazandıq. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, seçmə mərhələdə ən yaxşı oyunumuzu Uelsə qarşı keçirdik. Hətta Xorvatiya ilə matçdan da. Bəzi zədəlilərimiz var. Məşq zamanı bilinəcək. Rəqibin ulduz oyunçuları var, Bratislavada əla oyun keçirdilər. Amma bu o demək deyil ki, şansımız yoxdur. Əks-hücumlardan istifadə etməyə çalışacağıq.

– Son vaxtlar yaxşı formada olan Ağabala Ramazanovun sabah start heyətində yer almaq şansı nə qədərdir?

– Oyunçuların bəzilərinin kiçik zədələri var. Onlarla danışdıqdan sonra qərar verəcəm. Sabah Ağabalanın çıxış etmək şansı var.

– Çərçivədə Səlahət Ağayevə, yoxsa Emil Balayevə şans verəcəksiniz?

– Bu barədə hələ qərar verməmişəm. Start heyətini ilk olaraq oyunçularıma açıqlayacam.

– Seçmə mərhələdə səfər matçlarında evdəkindən daha yaxşı çıxış etmişik. Bunun səbəbi nədir?

– Ev oyunlarımız iyun ayına təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən qollar buraxdıq. Standart vəziyyətdən gələn qollar mənfi nəticənin səbəbi idi.

– Emin Mahmudov ölkənin ən yaxşı yarımmüdafiəçilərindən sayılır. Onun əsas heyətdə yer almaması nə ilə bağlıdır?

– Emini çox bəyənirəm, çox yaxşı futbolçudur, texnikası var. Oynamamasının səbəbi isə odur ki, biz daha çox ikinci nömrə kimi çıxış edirik. Belədə meydanda daha çox qaçmaq lazım gəlir. Əlbəttə ki, o da şans əldə edəcək.

– Nəticənin uğurlu olması üçün sizə nə qədər vaxt lazımdır?

– Reytinqə baxsaq, qrupdakı komandalar arasında beşinci yerdəyik. Hər oyunda yaxşı nəticə əldə etmək mümkün olmur. Rəqibdən də asılı olur. İki oyunda 1 xal qazanmağa yaxın olduq. Növbəti matçda uğurlu nəticə qazanmağa çalışacağıq.

– Zaqreb və Kardiffdəki model bənzər idi. Sabahkı matçda bu modeli görəcəyik, yoxsa başqa variant hazırlamısınız?

– Üçüncü model olacaq, bir az ikinciyə yaxın. Taktiki cəhətdən bir qədər dəyişilmiş formada. Kompakt olmalıyıq, təkcə müdafiədə yox, hücumda da nəsə əldə etməyə çalışmalıyıq.

– Hər bir komandanın zəif nöqtəsi var. Xorvatiyanın zəif cəhətini tapa bilmisinizmi?

– Əlbəttə, hər komandanın zəif yeri olur. Xorvatiya Slovakiya ilə oyunda yaxşı çıxış etməmişdi. Hamı deyirdi ki, əvvəlki komanda deyil. Ancaq ikinci oyunda ideala yaxın çıxış etdilər. Ardıcıl iki oyunu eyni səviyyədə keçirmək çətin olur. Ümid edirəm ki, Slovakiya ilə matçdakı motivasiyaları sabah olmaz.

– Eddi İsrafilov dünən klubunun heyətində meydana çıxıb. Halbuki onun zədəli olduğunu demişdiniz…

– Eddi bizim üçün önəmli futbolçudur. Son 2-3 həftə ərzində bir neçə dəfə danışmışıq. Mənə demişdi ki, 10-15 dəqiqə oynaya bilər. Bu üzdən çağırmadıq.

– “Kayserispor”da oynayan Hüseyn Hasan Acar yığmamızda oynamaq istəyir. Onun barəsində məlumatınız varmı?

– Yığmaya namizədlərin hamısını izləyirik. Amma hazırda oyuna köklənmişik.

– İş elə gətirib ki, məğlubiyyətləri müqayisə edirik. Sizcə, hansı məğlubiyyətimiz daha yaxşıdır?

– Məğlubiyyətləri müqayisə etmək istəmirəm. Amma Uelsə qarşı son matçımız seçmə mərhələdəki ən yaxşı oyunumuz idi.

– Bundan sonra qrupu neçənci yerdə bitirməyi düşünürsünüz?

– Hazırda sonuncu yerdəyik. Real vəziyyət onu göstərir ki, böyük ehtimalla 5-ci pillədə qalacağıq. Amma yenə də durumla barışmayacaq, qollar vurmağa və xallar qazanmağa çalışacağıq. Əgər bir qələbə qazansaq, vəziyyət dəyişə bilər.

– Xorvatiya yığmasının çıxışı barədə nə deyə bilərsiniz?

– Slovakiya ilə son matç istisna olmaqla, digər oyunları yaxşı keçirməyiblər. Ümid edirəm ki, sabah da digər 4 oyundakı kimi çıxış edərlər (matc.az).

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO