Müsahibə 29.12.2025 23:32

“Böyük Məzrədə tarixən oğuz türkləri yaşayıb” - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Sona Məhərrəmova olub.
O, doğulub boya-başa çatdığı Basarkeçər rayonunun Böyük Məzrə kəndindən söhbət açıb. Bildirib ki, Böyük Məzrədə Albanlara məxsus IX əsrə aid tarixi abidə olub. Üzərində “881-ci il” yazılmış bu abidə, eyni zamanda kəndin yaxınlığında oğuzlara məxsus qəbiristanlıq Böyük Məzrədə tarixən Oğuz Türklərinin yaşadığını sübut edir.
Tarixçi-alimin sözlərinə görə, kəndin adı – toponim Azərbaycan dilinə məxsus “böyük” sözü ilə ərəb dilində “əkilmiş yer, sürülüb toxum səpilmiş tarla” mənasında işlənən “məzrə” sözü əsasında əmələ gəlib. Hətta Səfəvilər dövrünə aid tarixi mənbələrdə bu yaşayış məntəqəsinin adı Quluağalı kimi qeyd olunub.
“Bizim üçün Böyük Məzrə kəndi Vətənin başladığı yerdir”, – söyləyən S.Məhərrəmova söyləyib ki, 12 yaşına qədər bu qədim yurd yerində yaşayıb, orada orta məktəbə gedib. Alimin sözlərinə görə, Böyük Məzrənin iqtisadi və ictimai mühiti insanların yaxşı həyat tərzi keçirməsinə şərait yaradıb. Sovetlər dövründə bu yaşayış məntəqəsi hərtərəfli inkişaf edib. Bu kənddə milli-mənəvi dəyərlər, Novruz adət-ənənələri qorunub saxlanılıb. Kənd sakinləri Novruz Bayramını xüsusi təmtəraqla qeyd ediblər.
Son iki yüz il ərzində Qərbi azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan tarixçi-alim S.Məhərrəmova diqqətə çatdırıb ki, indiyədək soydaşlarımız beş dəfə deportasiya olunublar. Bu hadisələr Böyük Məzrə kəndində kütləvi qırğınlarla, qətliamlarla müşayiət olunub. 1987-1991-ci illəri əhatə edən sonuncu deportasiyada da kənd sakinləri ermənilərin fiziki-mənəvi təzyiqləri, zorakılıqları ilə üzləşiblər.
S.Məhərrəmova deyib ki, həmin dövrdə ermənilər Böyük Məzrə sakini Əvəz Quliyevi güllələyib. Sonradan o, Azərbaycanda dünyasını dəyişib. Bundan başqa, kənd sakinləri Əvəz Orucov, Tahir İsgəndərov, İbrahim İsgəndərov rus əsgərlərinin gözləri qarşısında vəhşicəsinə döyülüblər. Böyük Məzrə sakini Vaqif Babayevi də ermənilər amansızlıqla döyüb, ardınca diri-diri torpağa basdırıblar. Müəyyən zaman keçəndən sonra o, torpağı qazaraq öz canını qurtara bilib. Müsahib vurğulayıb ki, bu kimi çoxsaylı faktlar erməni vəhşiliyini, soydaşlarımıza qarşı Ermənistan dövləti səviyyəsində həyata keçirilən etnik təmizləmə siyasətini açıq şəkildə nümayiş etdirir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə dekabrın 29-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb. 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO