Rusiyanın MOİK klubunun braziliyalı müdafiəçisi Bruno Fuks qarlı havada klubun bazasında gəzintiyə çıxıb.
Rakus.az xəbər verir ki, 21 yaşlı futbolçu telefonu ilə çəkdiyi görüntüləri öz “Instagram” səhifəsində paylaşıb.
O, videoda havanın temperaturunun mənfi 13 dərəcə selsi olmasını da qeyd edib.
B.Fuks 2020-ci ildə səkkiz milyon avro qarşılığında Rusiya klubuna transfer olunub.
Braziliyalının Moskva klubu ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.