İqtisadi 07.06.2019 18:05

İnzibati bina və yarımstansiya istifadəyə verildi - FOTO

Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və itkisiz çatdırılması da əsas məsələlərdəndir.

Rakus.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, iyunun 7-də Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binası və yarımstansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək deyib ki, muxtar respublikada energetika sisteminin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, enerji təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, qarşıya qoyulan vəzifələrin icrasında səylərini əsirgəməyəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ötən əsrin 90-cı illərində muxtar respublikada elektrik enerjisinə olan tələbat idxal hesabına ödənilirdi. Lakin ötən dövrdə ölkəmizdə energetikanın inkişafı sahəsində həyata keçirilmiş tədbirlərin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da yeni su və günəş elektrik stansiyaları, modul elektrik stansiyası istifadəyə verilmiş, qaz-turbin elektrik stansiyası yenidən qurulmuşdur. İstehsal olunmuş elektrik enerjisinin istehlakçılara keyfiyyətli çatdırılması da diqqətdə saxlanılmış, yeni yarımstansiyalar tikilmişdir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik enerjisinə olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada müasir elektrik avadanlıqlarından istifadə olunur. Həmin avadanlıqların uzunömürlü olması elektrik enerjisinin keyfiyyətli verilməsindən asılıdır. Bu da yarımstansiyaların müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Həyata keçirilən bu işlər bir tərəfdən əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin edirsə, digər tərəfdən isə enerji itkisinin qarşısını alır. Muxtar respublikada energetika sahəsində görülən işlər, qurulan müasir yarımstansiyalar daxili imkanlar – ödənilmiş enerji haqları hesabına həyata keçirilir. Ona görə də elektrik enerjisi haqları bundan sonra da tam yığılmalı, enerjidən qənaətlə istifadə olunmalıdır. Bu gün istifadəyə verilən yarımstansiya Babək rayonunun elektrik istifadəçilərinin 20 faizinə xidmət göstərəcəkdir. Yarımstansiya üzrə tələbat yay aylarında 1,8, qış aylarında isə 1,2 meqavatdır. Quraşdırılan müasir avadanlıqlar imkan verəcəkdir ki, yarımstansiya uzun illər istehlakçılara keyfiyyətli xidmət göstərsin. Bu isə energetika sahəsində qazanılan nailiyyətdir. Qarşıda duran əsas vəzifə də əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən, qurulanları qorumaqdan və onlardan səmərəli istifadə etməkdən ibarətdir.

Ali Məclisin Sədri inzibati binanın tikilməsində və yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür edib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub. Bildirilib ki, 35/10 kilovoltluq yarımstansiyanın idarəetmə otağı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, əməliyyat briqadası üçün otaqlar və bufet birinci mərtəbədə, iş otaqları və iclas zalı isə ikinci mərtəbədə yerləşir.

Yenidənqurma işləri aparılarkən yarımstansiyanı qidalandıran 35 kilovoltluq və yarımstansiyadan qidalanan 10 kilovoltluq elektrik verilişi xətlərinin yeri dəyişdirilib, bu məqsədlə 1,2 kilometr uzunluğunda 35 kilovoltluq, 1,8 kilometr uzunluğunda 10 kilovoltluq yeni xətlər çəkilib. 8 meqavoltamper gücündəki yarımstansiyada hər biri 4 meqavoltamper gücündə 2 ədəd 35/10 kilovoltluq güc transformatorları, rele mühafizəsi və avtomatik qurğular ilə təchiz edilmiş kommutasiya aparatları quraşdırılıb. Həmçinin avadanlıqların normal iş prosesinə məsafədən nəzarətin həyata keçirilməsi üçün yarımstansiya optik kabellər və lazımi nəzarət qurğuları ilə təchiz edilib.

Həyətdə də abadlıq işləri aparılıb, 2 anbar binası tikilib, yaşıllıq salınıb.

Məlumat verilib ki, muxtar respublikada yüksək gərginlikli elektrik xətlərinə xidmət göstərmək üçün Dövlət Energetika Xidmətinə yeni “Mercedes-benz” markalı xidməti avtomobil alınıb.

Ali Məclisin Sədri istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, elektrik enerjisindən qənaətlə istifadə olunması və maarifləndirmə işlərinin görülməsi barədə tapşırıqlar verib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO