Siyasi 20.12.2019 21:33

Britaniyada “Brexit”lə bağlı müzakirələrə başlanıldı

Britaniyalı deputatlar dekabrın 20-də “Brexit” barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlayıblar.

Rakus.az xəbər verir ki, Avropa İttifaqı ilə sazişi əks etdirən mətn Birləşmiş Krallıq parlamentinin İcmalar palatasının üzvlərinin müzakirəsinə çıxarılıb.

“Qanun layihəsi “Brexit” prosesinin yenidən təxirə salması imkanlarını tamamilə istisna edir, biz 2020-ci il yanvarın 31-də Avropa İttifaqını tərk edəcəyik”, – Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

“Qanun layihəsi keçid dövrünün 2020-ci il dekabrın 31-də başa çatacağını ehtiva edir”, – hökumət başçısı əlavə edib.

Dinləmələrin beş saata yaxın davam edəcəyi, səsvermənin isə yerli vaxtla saat 14:30-da keçiriləcəyi gözlənilir.

Bu, “Brexit” sazişinin təsdiq edilməsi üçün Britaniya parlamentinin beşinci cəhdidir və bu dəfə hər şey sonuncu cəhdin uğurlu olacağına işarə edir. Belə ki, ötən həftə ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Mühafizəkarlar partiyası inamlı qələbə qazanıb. 80 deputatdan ibarət çoxluğa dayanan Boris Conson prosesi təxirə salmayaraq “Brexit” barədə sövdələşməni yeni parlamentin ikinci iş günündə deputatların müzakirəsinə çıxarıb.

Qanun layihəsinin təsdiq edilməsi üçün deputatların sadə çoxluğu kifayət edir. “Brexit” üzrə sazişin ratifikasiyasının isə yanvarın 9-da başa çatması planlaşdırılır. Bundan sonra qanun layihəsi Lordlar palatası üzvlərinin müzakirəsinə təqdim olunacaq, hər iki palatanın təsdiqindən və kraliça II Elizabet tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO