İdman 12.10.2024 09:00

Bu gün “Gənclər 2020”-“Ardanış” və “Turan”-“Göyçə” dueli olacaq

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində bu gün yarımfinal oyunları keçiriləcək. 

Rakus.az xəbər verir ki, oktyabrın 12-də ilk olaraq saat 21:00-da “Gənclər 2020” ilə “Ardanış” sahəyə çıxacaq. Hər iki komanda qrupu lider başa vurub və qələbə üçün bütün imkanları səfərbər edib.

 

“Gənclər 2020″nin Baş məşqçisi Murad Abdullayev yarımfinal öncəsi verdiyi açıqlamada komandasına güvəndiyini söyləyib: “Bu turnir bizim üçün ilk rəsmi çıxış etdiyimiz yarışdır. Təşkilatçılıq yüksək səviyyədə olması, oyunların təcrübəli hakimlərin idarə etməsi, komandaların davranışları bizi çox sevindirir. Bugünkü oyuna çox məsuliyyətli yanaşırıq. Bütün imkanlardan maksimum yararlanacağıq. Çünki rəqibizmiz zəif komanda deyil. “Ardanış”a qarşı fərqli taktika və oyun nümayiş etdirməyi düşünürük. Oyunçularımıza güvənirik. Əminəm ki, səmimi bir görüş olacaq. Qoy, güclü olan, daha yaxşı oynayan qazansın. Allah şəhid jurnalistlərimizə rəhmət eləsin”.

“Ardanış”ın Baş məşqçisi Rasim Həsənov isə yaşıl meydana yalnız qələbə üçün çıxacaqlarını söyləyib: “Gənclər 2020″ builki turnirin surpriz komandalarındandır. B qrupunda iki və 1/4 oyununda güclü komandaları məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Ona görə də bu oyunu ciddiyə almamaq olmaz. Çalışacağıq ki, meydanı məyus tərk etməyək. Bunun üçün səylərimizi artıracağıq. Yeni taktiki gedişlər ola bilər. Düşünürəm ki, turnirin ilk finalçısı olmaq üçn müəyyən dəyişikliklərə, fiziki gücə üstünlük verib imkanlarımızı, şansımızı dəyələndirəcəyik. Hər iki komandaya uğurlar arzulayıram”.

xxx

Saat 22:00-da isə “Turan” ilə “Göyçə” üz-üzə gələcək.

“Turan”ın Baş məşqçisi Ramiz Vəlizadə qələbəyə çox iddialı olduqlarını bildirib: “Əlbəttə, “Göyçə” turnirin fovaritlərindən biridir. Çox təcrübəli oyunçulara sahibdirlər. D qrupunu naməğlub başa vurublar. Bizi asan oyun gözləmir. Amma biz ümidsizliyə qapılmadan tamaşaçılara maraqlı matç yaşadacağıq. Allah şəhidlərimizə rəhmət eləsin. Bu tirnir bizim üçün çox dəyərli oldu və təcrübə baxımından çox faydalıdır. Əminəm ki,  bu turnir hələ uzun illər davam edəcək. Rəqiblərimizə uğurlar diləyirəm”.

“Göyçə”nin Baş məşqçisi Rizvan Əsgərov isə daha iddialı danışıb: “İlk növbədə, Şəhid Jurnalistlərimizin Xatirə Turnirinə qatılan bütün komandaları təbrik edirəm. Hamısı yaxşı oyun nümayiş etdirdilər. Yarımfinala 4 komanda vəsiqə qazandı. Bu gün bizim rəqibimiz “Turan” komandasıdır. Onların heyəti tamamilə gənclərdən ibarətdir. Hücuma meylli komandadır. Onların bütün oyunlarını yaxşı analiz etmişik. Əminəm ki, baxımlı oyun olacaq”.

 

Tennis Akademiyasında keçiriləcək matçları AFFA-nın hakimləri idarə edəcəklər.

12 oktyabr

YARIMFİNAL

B1-C1 – 21:00

“Gənclər 2020” – “Ardanış”,

A1-D1 – 22:00

“Turan” – “Göyçə”

Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və  noyabrın 8-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C1-in qalibi ilə, B1-in qalibi ilə D1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00 və 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 18-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO