Gündəm 09.11.2023 00:41

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO - VİDEO

Bu gün 9 Noyabr – Azərbaycanda Dövlət Bayrağı Günüdür.

“Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır”.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisinin təcəssümüdür.

Rakus.az xəbər verir ki, şanlı üçrəngli bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Bayrağımızdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olub.

1920-ci ilin aprelin 27-də bolşevik işğalından sonra üçrəngli bayrağımız və onun təmsil etdiyi ali dəyərlərimiz unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı öz istiqlaliyyət rəmzini unutmadı.

Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Ümummilli liderin öndərliyində Azərbaycan xalqı öz üçrəngli istiqlaliyyət simvoluna 70 il sonra yenidən qovuşdu.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib. Həmin dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

Bu gün Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyub şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.

Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlıda Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib. Azərbaycanın və Qarabağın incisi Şuşa şəhərində şanlı bayrağımızın qaldırılması 44 günlük müharibədə mütləq zəfər anlamına gəlib. Şanlı bayrağımız uzun illərdən sonra həmçinin Ağdamda, Kəlbəcərdə və Laçında, nəhayət Xankəndidə dalğalanıb.

Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib. Erməni vandalizminin məhv etdiyi yaşayış bölgələrini yenidən dirçəltmək üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülür. Bu gün Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzura yenidən dinc həyatın qayıdacağı günü səbrsizliklə gözləyir. Dövlət bayrağımızın dalğalandığı azad torpaqlarımızda firavan və əmin-amanlıq içində yaşayacağımız günlər uzaqda deyil!

Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir. Vətən müharibəsində Zəfərin də qeyd olunduğu bu günlərdə Müstəqil və Bütöv Azərbaycanın hər bir guşəsində dalğalanan dövlət bayrağımız bütün şəhidlərimizin əziz xatirəsini bizə xatırladır. Onlar məhz üçrəngli bayrağımızın Vətən səmalarında qürurla dalğalanması üçün canlarından keçiblər. Şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq və hər zaman ehtiramla yanaşmaq bizim vəzifəmizdir!

Biz

XƏBƏR LENTİ
Gündəm / 09.11.2023 00:41
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO - VİDEO
Gündəm, Hərbi / 08.11.2023 20:15
“Bu Zəfər Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açır” - FOTO - VİDEO
Gündəm / 08.11.2023 00:02
Bu gün Şuşa Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
Gündəm / 08.11.2023 00:01
Azərbaycanda Zəfər Günü qeyd olunur - FOTO
Gündəm, Təhlil / 07.11.2023 20:38
Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq - FOTO
Siyasi / 07.11.2023 19:24
“Ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir” - VİDEO
Dünya, Təhlil / 07.11.2023 14:21
Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO
İdman, Maraqlı / 07.11.2023 10:57
Jurnalistlərin Xatirə Turnirində final günü – FOTO və TELEŞƏRH - VİDEO
Müsahibə / 06.11.2023 22:46
“Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar” – MÜSAHİBƏ - FOTO
İdman / 06.11.2023 09:00
Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO
İdman / 05.11.2023 23:56
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başa çatdı - FOTO - VİDEO
Gündəm, İdman / 04.11.2023 11:02
Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?
Maraqlı, Sosial / 03.11.2023 20:00
“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO
Maraqlı / 03.11.2023 13:38
“Qafanda yaşamaq istəyirəm”- Rəşad Həsənovun “Həyat Hekayəsi” – ANONS
İdman / 03.11.2023 09:03
Yaddaqalan məqamlar – Diqqətçəkən mənzərə - FOTO
Dünya, Siyasi, Təhlil / 02.11.2023 19:57
Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışı prosesinə başlayır?!
İdman / 02.11.2023 11:40
Yarımfinal – epizodlar, qollar, bombardirlər, FİNALIN ANONSU - VİDEO
Siyasi / 02.11.2023 10:00
Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılıb
İdman / 01.11.2023 22:15
“İrəvan” və” Çəmbərək” finala vəsiqə qazanıb - FOTO
Siyasi / 01.11.2023 19:59
Axta ermənilərin yaşayış məntəqəsinə necə çevrildi? - FOTO - VİDEO
Sosial / 01.11.2023 15:38
Salyanda şəhid övladlarının müayinə aksiyası keçirilib - FOTO
Sosial / 01.11.2023 13:45
Ermənilərin Axtada izitirmə planı – ANONS - VİDEO
Mədəni / 01.11.2023 11:10
“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” – sərgi və fotoalbomun təqdimatı - FOTO
Siyasi / 31.10.2023 19:53
Ermənistan Qarabağ ermənilərinə qaçqın statusu vermir - FOTO - VİDEO
Müsahibə / 31.10.2023 19:12
“Ermənilərdə terror təşkilatları üstünlük təşkil edib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 31.10.2023 17:43
Qədim İrəvan – Hər daşı bir abidə - FOTO