Gündəm 31.03.2025 00:01

Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür

Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür.

Rakus.az xəbər verir ki, soyqırım hadisəsindən 107 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

1988-ci ildə deportasiya siyasəti davam etdirilib və Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı evlərindən qovulub.

Qeyd edək ki, mart qırğınları ilə bağlı 1919 və 1920-ci ildə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 mart – Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.

XƏBƏR LENTİ
Gündəm / 31.03.2025 00:01
Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür
Mədəni / 29.03.2025 22:44
“Novruzun əsl adı Yaz və ya Böyük bayramdır” - VİDEO
Siyasi, Sosial / 28.03.2025 22:22
“On aylıq olarkən 4 dəfə köçkünlük yaşamışam” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.03.2025 13:45
Ana qucağında 4 dəfə qaçqınlıq yaşayan Aynur Rüstəmovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
İqtisadi, Video müsahibə / 28.03.2025 12:32
“HƏDƏF”in mövzusu: Prezidentin Ağdam və Şuşa səfəri - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.03.2025 22:05
“Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq” - VİDEO
Təhlil / 27.03.2025 13:58
“Ermənistan parçalanacaq? – ANONS - VİDEO
Mədəni / 27.03.2025 11:02
“Göyçə adlı bir el vardı…” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 26.03.2025 22:55
“Ermənilər ilə Urartulular bir biri ilə vuruşan, fərqli danışan toplumdur” - VİDEO
Elm və təhsil / 26.03.2025 13:49
“Ərəblər Arameylər olan ərazini niyə Ərməniyyə adlandırıb?” – ANONS - VİDEO
Siyasi, Sosial / 25.03.2025 21:34
Arıqlı çay, Arıxvəli, Armaş, Arpa, Arpa dərəsi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 25.03.2025 19:20
“Azərbaycanın razılığı olmadan heç bir xarici qüvvə onun sərhədində yerləşdirilə bilməz” - FOTO - VİDEO
Sosial / 25.03.2025 14:15
Qarapapaqların yaşadığı yurd yeri – ANONS - VİDEO
Müsahibə, Siyasi / 25.03.2025 13:22
“Ermənistan sülhə hazır deyil” – ANONS - FOTO - VİDEO
Mədəni / 21.03.2025 10:00
Qoşqar Vəlinin 60 illik ömrünün “Günəş saatı”
Təhlil / 20.03.2025 10:02
Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası – TƏHLİL
Gündəm / 20.03.2025 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Elm və təhsil, Siyasi / 19.03.2025 22:32
“Sasani sarayında tayfaların iclasında ermənilərin Şərqə aid olmayan köçkünlər olduğu təsdiqlənir” - FOTO - VİDEO
Elm və təhsil / 19.03.2025 14:29
“Armini ifadəsi Ərməniyyə kimi düşüb” – ANONS - VİDEO
Siyasi, Sosial / 18.03.2025 22:24
Ardanış, Arqel, Arıqlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 19:17
“Ermənilər başa düşməlidirlər ki, daim müharibə etmək olmaz” - VİDEO
Gündəm / 18.03.2025 17:11
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Siyasi, Sosial / 18.03.2025 14:19
“Adı üç formada qeyd olunan kənd” – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 18.03.2025 13:22
Ermənistanın sülhə daha çox ehtiyacı var – ANONS - VİDEO
İqtisadi / 18.03.2025 11:22
Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən yeni körpü istifadəyə verilib - FOTO
Mədəni / 18.03.2025 00:02
Bu gün Torpaq çərşənbəsidir - FOTO