İdman 23.06.2020 09:34

Bu gün Beynəlxalq Olimpiya Günüdür

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 1947-ci ildə Stokholmda keçirilən 41-ci sessiyasında Beynəlxalq Olimpiya Gününü qeyd etmək təklifi irəli sürülmüşdür.

Rakus.az xəbər verir ki, ilk Beynəlxalq Olimpiya Günü 1948-ci il iyunun 23-də 9 ölkədə qeyd olunmuşdur. Bu günü daha təntənəli şəkildə və bütün milli Olimpiya komitələrinin iştirakı ilə qeyd etmək üçün 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilmişdir.

Artıq 72 ildir ki, bütün dünyada Beynəlxalq Olimpiya Günü qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunmuşdur.

Məhz 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndələrinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını işləyib hazırladığı Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış etmişdir.

Sonra konqres müasir tarixdə ilk olimpiadanın keçirilməsi barədə qərar qəbul etmişdir. Bu olimpiada 1896-cı ildə Afinada keçirilmişdir: on üç ölkənin 311 atleti olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparmışdır. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Yalnız İkinci dünya müharibəsi dövrü istisna təşkil edir.

O zaman 1894-cü ildə olimpiya hərəkatını təşkil etmək, populyarlaşdırmaq və ona rəhbərlik etmək üçün nəzərdə tutulmuş orqan yaradıldı. Bu orqan Beynəlxalq Olimpiya Komitəsi adlandırıldı və indi də belə adlanır. BOK-un rəhbərliyi altında 31 yay olimpiya oyunu və 23 qış olimpiadası keçirilmişdir.

Bütün dünya idmançıları arasında Beynəlxalq Olimpiya Gününü yarışlar və müxtəlif tədbirlər keçirməklə qeyd etmək qəbul olunmuşdur. Ən çox iştirakçı cəlb etməklə yüngül atletlərin kütləvi qaçışlarının təşkili daha kütləvi xarakter almışdır. Beləliklə, Olimpiya Xartiyası adlanan xüsusi sənəddə şərh olunmuş əsas olimpizm prinsipi təbliğ edilir. Xartiyada deyilir: “Olimpiya hərəkatının məqsədi gəncləri idmanın köməyi ilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etmək və beləliklə, daha yaxşı və firavan dünya yaratmağa kömək göstərməkdir”.

Azərbaycanda Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılmışdır. 1997-ci ildən komitəyə Prezident İlham Əliyev başçılıq edir.

Xatırladaq ki, bu il keçirilməsi nəzərdə tutulan Tokio Yay Olimpiya Oyunları pandemiyaya görə 2021-ci ilə təxirə salınıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO