“Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı araşdırmaçı, yazıçı-publisist Həmid Herisçi olub.
O, erməni saxtakarlığından, Azərbaycanın Ermənistana qarşı ciddi məhkəmə proseslərini başlatmasının vacibliyindən, mürəkkəb geosiyasi vəziyyətdə İran-Azərbaycan, İran-Türkiyə münasibətlərindən danışıb.
Onun sözlərinə görə, I Nikolayın arxivindən əldə edilən sənədlər Ermənistan ərazisində azərbaycanlı əhalinin olduğunu sübut edir. Ermənilərin Aşıq Ələsgərin məktəbini “erməni folkloru” adı ilə təqdim edirlər. Ermənilər çara hədiyyə etdiyi “çəlimsiz arıq hind quşu”nu azərbaycanlıların adına yazıblar”.
Araşdırmaçı İranın Xalq qəhrəmanı Səttarxanın qətlə yetirilməsi, Zəngəzur dəhlizinin, Sülh sazişinin imzalanmasının rəsmi Tehran üçün təhlükə yaradıb-yaratmamasından danışıb: “İki xalqın münasibətlərinin kəskinləşməsi daşnak terrorçu S.Karapetyandan başlayıb. İran xüsusi xidmət orqanları Daşnaksütyun Partiyası ilə sıx əməkdaşlıq edir. Səttarxan Şah rejimi tərəfindən deyil, Daşnaklar tərəfindən qətlə yetirilib. Tehrandakı erməni qəbiristanlığının ərazisi “beynəlxalq teleqraf mərkəzidir”. Bu gün Daşnaksütyun Partiyası təxribatçı fəaliyyətini Zəngəzur ərazisində davam etdirir”.
H.Herisçi sonda Qərbi Azərbaycan məsələsinin Ermənistan tərəfini ciddi narahat etdiyini, qayıdışın prioritet məsələlərdən olduğunu, Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın baş tutacağını bildirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə aprelin 1-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
Xxx
«Территория армянского кладбища в Тегеране – это «международный телеграфный центр»
Сегодня Бакинское телевидение подготовило очередной выпуск на русском языке в рамках проекта Хроника Западного Азербайджана.
Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был писатель-публицист Гамид Херисчи.
Он говорил о фальсификациях армян, важности начала Азербайджаном серьезных судебных разбирательств против Армении, об ирано-азербайджанских и ирано-турецких отношениях в сложной геополитической ситуации.
По его словам, документы, полученные из архива Николая I, доказывают, что на территории Армении проживало азербайджанское население. Школа Ашуга Алескера представлена под названием «Армянский фольклор». «Исхудалый индюк, подаренный армянами царю, в итоге приписывается азербайджанцам.
Исследователь затронул тему об убийстве национального героя Ирана Саттар-хана, он был убит дашнаками, а не шахским режимом о том, создадут ли Зангезурский коридор и официальное подписание мирного соглашения угрозу Тегерану. «Обострение отношений между двумя странами началось с дашнака-террориста С.Карапетяна. Спецслужбы Ирана тесно сотрудничают с партией «Дашнакцутюн». Территория армянского кладбища в Тегеране – это «международный телеграфный центр».
В завершении Г. Херисчи заявил, что вопрос Западного Азербайджана вызывает серьезную обеспокоенность у армянской стороны, что возвращение является одним из приоритетных вопросов и что безопасное и достойное возвращение в Западный Азербайджан состоится.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.
Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.
Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.
Передача вышла в эфир 1апреля в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.