Siyasi 18.10.2024 16:31

“Bu gün Füzuli rayonu dinc quruculuq və bərpa dövrünü yaşayır”

Qarabağın mühüm strateji əhəmiyyətə malik bölgələrindən biri də tarixi-dini abidələrlə zəngin əraziyə malik Füzuli rayonudur. Birinci Qarabağ müharibəsinin gedişində 1993-cü ilin yay aylarında ermənilərin bu istiqamətdə daha güclü istehkamlar qurması da məhz bu amillə bağlı idi. Həmin dövrdə Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə 663 nəfər şəhid, 400 nəfərədək rayon sakini əlil olmuş, 180-dən çox insan əsir və itkin düşmüşdür.

Milli xəyanətkar ünsürlərin siyasi iddiaları ilə müşayiət olunan fəaliyyətləri nəticəsində Qarabağ torpaqları sürətlə işğal altına düşdüyü bir zamanda Ulu öndər Heydər Əliyevin həmin ilin 15 iyununda hakimiyyətə qayıdışı ilə müharibənin gedişində dönüş yarandı. Ali Baş Komandan kimi onun 5 yanvar 1994-cü il tarixli əmri əsasında və birbaşa rəhbərliyi ilə həyata keçirilmiş  “Horadiz əməliyyatı” rayonun tən yarısının – 22 yaşayış məntəqəsinin işğaldan azad olunması ilə nəticələndi. Bu əməliyyatın tarixi və siyasi əhəmiyyəti əsasən onunla bağlıdır ki, Azərbaycan Ordusu bu müharibədə ilk dəfə olaraq qələbə dadını hiss etdi, onun öz gücünə inamı artdı, xalqın öz rəhbərinə etimadı daha da yüksəldi. Digər tərəfdən düşmənə Azərbaycan Prezidentinin qətiyyəti, ordumuzun qüdrəti nümayiş etdirildi. Təsadüfi deyil ki, ölkənin dinc şəraitdə inkişafını təmin etmək üçün vacib şərt kimi atəşkəs barədə 1994-cü ilin may ayında Bişkek protokolunun imzalanmasında Horadiz əməliyyatı həlledici faktor rolunu oynamışdır.

Ulu öndərin təməlini qoyduğu həmin yolu böyük uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsinin gedişində – 17 oktyabr 2020-ci ildə  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bənzərsiz sərkərdəliyi və ordumuzun şücaəti sayəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2020-ci il noyabrın 26-da  “Füzulinin azad olunmasına görə” medalın və 31 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 17 noyabr tarixinin  “Füzuli Şəhəri Günü”nün  təsis edilməsi bir tərəfdən rayonun işğaldan azad edilməsinin tarixi Zəfərə verdiyi töhfənin dəyərləndirilməsi, digər tərəfdən isə bu döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusunun ruhuna ehtiramın ifadəsidir.

Bu gün Füzuli rayonu artıq dinc quruculuq və bərpa dövrünü yaşamaqdadır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Öz doğma yurdlarına dönən sakinlərin rahat və firavan yaşayşı üçün burada böyük layihələr həyata keçirilir. Füzuli beynəlxalq aeroportu artıq 2 ildir ki, istifadəyə verilib. Rayon ərazisində müxtəlif sahələri əhatə edən çoxsaylı nəqliyyat və infrastruktur layihələri reallaşdırılmış, bir sıra sənaye  və istehsal müəssisələrinin təməli qoyulmuşdur. Prezident İlham Əliyevin müharibədən sonrakı dövr ərzində bölgəyə 20 dəfəyə qədər səfər edib ki, bu da ölkə rəhbərinin Füzuli rayonuna göstərdiyi xüsusi diqqətin verdiyi böyük strateji əhəmiyyətin göstəricisidir. Dövlətimizin başçısı ötən il oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan xalqının vətənpərvərlik ruhunu yüksək dəyərləndirərək demişdir: “Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”.

Bundan əlavə, Füzuli rayonu beynəlxalq əhəmiyyətli bir məkan kimi dost ölkələrin diqqətini cəlb edir. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə yolunu məhz Füzuliyə salması, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəbin inşa olunması, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rayona səfəri xalqlarımız arasında daha da möhkəmlənən dostluğun rəmzidir.

Əli Hüseynli – Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin sədri 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO