Bu gün Millli Qurtuluş Günüdür
İyunun 15-i Azərbaycan xalqının Millli Qurtuluş Günüdür.
Rakus.az xəbər verir ki, 1991-ci ilin oktyabrında müstəqillik əldə edən Azərbaycan daxilindəki hakimiyyət böhranı ictimai-siyasi həyatın bütün sahəsində xaus, hərc-mərclik yaratdı. Güclənən erməni təcavüzi və rəhbərliyə gələnlərin səriştəsizliyi Azərbaycanda hakimiyyət boşluğu yaratmışdır. Artıq Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdır. Vətənin bu ağır günündə xalqın ölkəni idarə edə biləcək bir siyasi rəhbərə ehtiyacı yaranmışdır. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanlı oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev Xalqın və Respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi və çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə qızıl həriflərlə yazılan “15 iyun –Milli Qurtuluş Gününün banisi oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, gücləndirilməsində və inkişafında müstəsna rol oynadı. ” Öz çıxışlarının birində Ulu Öndər demişdir: “Bizim gördüyümüz işlər və həyata keçirdiyim tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir. Ən əhəmiyyətli faktor ondan ibarətdir ki, Azərbaycanın müstəqil dövləti yaranıb, möhkəmlənib, inkişaf edir və Azərbaycanın dövlət müstəqilliyi sarsılmazdır və əbədidir”.
Ümummilli Lider Heydər Əliyevin kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı və beləliklə, bizim müstəqillik yenə də yarımçıq qalacaqdı, necə ki, XX əsrin əvvəllərində olduğu kimi Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi hadisədir. Biz bu gün onun yolu ilə gedirik. Onun qoyduğu siyasət bu gün yaşayır, zənginləşir.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür: iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rolu olan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Milli Qurtuluş Günü Azərbaycanın taleyini dəyişən zəfər tarixi 1997-ci ilin 15 iyun günündən bayram elan edilib və 1998-ci ildən dövlət statusu verilmişdir.
Bu gün Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb, xalqımızın işıqlı gələcəyə doğru inkişafının təməli qoyulub. İndi Azərbaycanımız hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə daha da xoş günlərə doğru irəliləyir. 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun çaldığı qələbə xalqımızda İlham Əliyevin daha uca zirvələr fəth edəcəyinə inam yaradıb.
Sultanəli Qurbanov – Səbail rayon, “Ü.Hacıbəyli -68” Ərazi Partiya Təşkilatı sədri: