Sosial 30.12.2019 15:16

Bu gün onun yubileyidir…

 

Qubanın ucqar dağ kəndlərindən biri- İspikdə dünyaya gəlib. Qayğısız uşaqlıq illərini, yeniyetmə çağlarını həmin kənddə keçirib. Orta təhsilini orada başa vurub. Sonra təhsilini davam etdirmək məqsədi ilə Bakıya üz tutub. Beş il indiki Bakı Dövlət Universitetinin Filologiya fakultəsində ali təhsil alıb. On iki il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant, kiçik elmi işçi, baş elmi işçi kimi müxtəlif vəzifələrində çalışıb. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim, dosent, professor kimi fəaliyyət göstərib. 2007-ci ildə yenidən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna dönüb. 2013-cü ilədək orada “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri, “Ədəbiyyat nəzəriyyəsi” şöbəsində baş elmi işçi vəzifələrində işləyib. 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin “Ədəbiyyat və dillər” kafedrasının professoru kimi elmi-pedoqoji fəaliyyətini davam etdirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur…

Elmi xidmətlərinə görə akademik Y. Məmmədəliyev mükafatının laureatı adına layiq görülüb. 2010-cu ildə isə müəlliflərindən biri olduğu “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatını alıb…

1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnib. 1985-ci ildə SSRİ Yazıçılar İttifaqına, sonradan Azərbaycan Yazıçılar Birliyinə üzv kimi qəbul olunub…

Deyir ki,- “Nəslimiz yeyib-içən, şən, davakar nəsil idi. Dalaşmağa adam tapmayanda, adi bir şeyi bəhanə edib bir-birlərini döyürdülər. Bir neçə saatdan sonra ağız-burunlarının qanını yuyur, bir süfrədə çörək yeyirdilər. Dalaşanda onları heç kim ayırmırdı. Çünki ayıranda daha çox qızışırdılar”…

Həyəcan hissi ona yaddır. Nə qədər çətin vəziyyətə düşsə də çöhrəsindəki təbəssümü qoruyub saxlaya bilir. Güclü təxəyyülü var. Böyük ürəkli, zəngin ideyalarla dolu insandır. Maraq dünyası çox genişdir. Bəzən ona elə gəlir ki, yetkin təfəkkür hər kəsə məxsusdur, elə ona görə də hamıya yüksək qiymət verib, sayğıyla yanaşır. Daima yeni-yeni insanlarla görüşə can atır. Səyahət etməyi xoşlayır. Romantikası çox güclüdür, dünyanı gəzib görmək arzusu heç zaman onu tərk etmir. Macəra və sərgüzəştlərə meyillidir…

…Ömür-gün yoldaşı Qızqayıt xanımla xoşbəxt bir ailə yaradıb. Dörd övlad atası, yeddi nəvənin babasıdır…

Deyir ki,- “İndi də həyat yoldaşımı sevirəm və sevgi dolu ailəm, övladlarım, nəvələrim var. Mən hər cür şəraitdə yaşamağı bacaran adamam. Hələlik işim, gücüm, planlarım, bitmək bilməyən arzularım məni darıxmağa qoymayır. Lakin həyatda bir neçə məqam məni darıxdırır- dayanmış saat, ağlayan uşaq və kifir qadın. Deyingən arvadın əri olmaq dəhşətli faciədir. Dünyada o şey ki, insanın rahat yaşamasına xidmət etmir, mənə lazım deyil. Əgər insanın həyatını gözəlləşdirmirsə, heç sevgi də lazım deyil. Qadın təkcə arvad, ana, nənə, sevgili deyil, həyatın ruhu, bəzəyi, nəfəsidir”…

Heç vaxt siyasətə qarışmayıb, heç bir partiyanın üzvü deyil. Siyasət onun ruhuna yaddır. Və bir şəxsiyyət kimi özünün prinsiplərinə sadiqdir.
Şux qaməti, sərt baxışları ona xüsusi yaraşıq verir. Sədaqətli dost, etibarlı yoldaşdır. Təmtərağı xoşlamasa da, ləzzətli yeməklərdən zövq alır. Elə ona görə də yeyib-içməyi xoşlayır. Haradan eşitdiyimi unutmuşam- “Yeyib-içən adam heç vaxt yaman olamyır…” El dilində söylənən bu kəlmələr ona da yapışır…

Orta məktəbdə oxuyanda çox savadlı olduğundan ona “Eynşteyn” deyirdilər, amma əsl adı Nizaməddin, soyadı Şəmsizadədir. Dekabrın 30-u haqqında söhbət açdığım Nizaməddin Şəmsizadənin doğum günüdür, 65 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı arzulayıram.
Yubileyiniz mübarək, professor!

Elman Eldaroğlu

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO