İdman 16.04.2021 10:00

Bu gün XXIII tur “Qarabağın” oyunu ilə açılır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Rakus.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

 

Açılış matçında 46 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” 20 xalla 6-cı pillədə yer alan “Səbail”in qonağı olacaq. Komandalar indiyədək çempionatda 14 dəfə üz-üzə gəliblər. Bunların 12-də qonaqlar, birində meydan sahibləri 3 xal qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Topların fərqi də Ağdam təmsilçisinin xeyrinədir – 25:2. Texniki nəticə nəzərə alınmasa, “Səbail” rəqibinə qalib gəlməyib. “Qarabağ” bütün oyunlarda qol vurub.

Günün son matçı Sumqayıtda olacaq. 29 xalla 4-cü sırada qərarlaşan şəhərin eyniadlı təmsilçisi özündən 5 xal az toplayan və bir pillə aşağıda yer alan “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Əvvəlki 34 görüşün 20-də əyalət klubu, 4-də isə “gənclik şəhəri” təmsilçisi qələbə qazanıb. Digər 10 matç isə heç-heçə yekunlaşıb. Topların fərqində qonaqların 56:25 nisbətində üstünlüyü var. “Qəbələ” son 5 görüşdə meydanı qolsuz və xalsız tərk etməyib. “Sumqayıt” son 6 ev matçında yalnız bir dəfə qalib gəlib.

Azərbaycan Premyer Liqası

XXIII tur

16 aprel (cümə)

18:00. “Səbail” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“ASCO Arena”.

20:15. “Sumqayıt” –“Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Kapital Bank Arena”.

Tura aprelin 17-də oynanılacaq “Neftçi” – “Zirə” və “Keşlə” – “Sabah” matçları ilə yekun vurulacaq.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO