İqtisadi 01.10.2019 22:00

Bu gündən avtobuslarla gecə reyslərinə başlanılır

Oktyabrın 1-dən Azərbaycanda şəhərlərarası sərnişin daşınmasında gecə reyslərinə başlanılır.

Rakus.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumata görə, sərnişindaşıma ilə bağlı 10 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Bundan sonra rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.

Gecə reysləri ilə bağlı hazırlıqlar artıq yekunlaşıb və oktyabrın 1-dən tam fəaliyyətə başlayacaq. Bu gündən etibarən hər gün (gündəlik) yol infrastrukturu bu reysləri həyata keçirmək üçün uyğun olan, eyni zamanda, sərnişin tələbatının çox olduğu Bakı-Gəncə-Bakı, Bakı-“Qırmızı Körpü”-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. İlk reys bu gün saat 22:00-da Gəncə istiqamətində yola düşəcək.

Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də tətbiq olunması planlaşdırılır. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçiriləcək.

Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi saatda 90 kilometr müəyyən edilib. Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.

Gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir. Sürücülərə vahid geyim forması tətbiq olunacaq. Avtobuslarda “Wi-Fi” və yolboyu pulsuz çay, qəhvə servisi təqdim ediləcək.

Biletləri avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan satış kassalarından səfər tarixinə 10 gün qalmışdan 1 gün qabağa qədər əldə etmək mümkündür. Onlayn qaydada bilet sifariş etmək istəyən sərnişinlər səfər tarixinə 10 gün qalmışdan 1 gün qabağadək “avtovagzal.az” saytı və ya mobil tətbiq (həm “Android”, həm “iOS” istifadəçiləri) üzərindən ala bilərlər.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO