Bu il milyarderlər siyahısına düşən iş adamları – SİYAHI
“Forbes” bu il milyarderlər siyahısına düşən iş adamlarının siyahısını açıqlayıb.
Rakus.az xəbər verir ki, qonşu Rusiyadan bu siyahıda “Wildberries”ın təsisçisi Tatyana Bakalçuk yerini alıb. Amerika nəşrinin siyahısında 200 ad var.
Bir milyard dollar səvəti olan Bakalçukun Rusiyanın ən zəngin ikinci qadını hesab edilir. Onun ölkədəki yeganə rəqibi Yelena Baturinadır. İş xanımı elektron ticarət sahəsində uğur qazanıb. O, “Wildberries”i 2004-cü ildə yaradıb. Ötən ildə şirkətin gəliri 1,9 milyard dollar, müştərtiləri isə 2 miılyondan çox olub.
Ən gənc milyarder tituluna sahib olan şəxs isə Kayli Cennerdir. 21 yaşında o öz adına olan kosmetika brendini yarada bilib və 1 milyard qazanc əldə edib. Noyabrda o şirkətinin 51 faizini 600 milyon dollara satıb.
Dünya reytinqinə “White Claw”ın yaradıcısı Entoni fon Mendl, sərmayəçilər Qerbert Vertxaym və Orlando Bravo, “Luckin Coffee” şəbəkəsinin sahibi Çarlz Çjenyao və başqaları da daxil olublar.
Xatırladaq ki, Rusiyanın ən varlı üç adamı sırasında azərbaycanlının da adı var. “Forbes”in siyahısında birinci yeri 24 milyardla “NOVATEK” və “SİBUR” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. İkinci yerdə 21,3 milyard dollarla “Universal Cargo Logistics Holding” və “NLMK” şirkətlərinin sahibi, 62 yaşlı Vladimir Lisindir. Üçüncü yerdə isə “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov qərarlaşıb. 69 yaşlı biznesmenin sərvəti 20,7 milyard dollar məbləğində dəyərləndirilir.