İqtisadi 01.01.2021 12:00

Bu ilin dövlət büdcəsi iqtisadi artımı bərpa edəcək – RƏY

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il dövlət büdcəsi haqqında qanun qəbul edilib. Müzəffər Ali Baş Komandan və Ordumuzun sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra dövlət büdcəsinin yeni şəraitə və məkana uyğunlaşması prosesi gedir.

Rakus.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2021-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib: “Azərbaycan da dünya meqatrendlərinə uyğun olaraq dövlət büdcəsinin həcmini genişləndirir. XIX əsrdə inkişaf etmiş ölkələrdə dövlət xərcləmələri ÜDM-in 8 faizini təşkil etdiyi halda, hazırda bu göstərici 40 faizə çatır. Azərbaycanda da 2021-ci ildə dövlət büdcəsi xərclərinin ÜDM-də payı 37,7 faiz proqnozlaşdırılır. Hətta Avropa Yenidənqurma və İnkişaf Bankı keçid ölkələri barədə hesabatında “dövlət geri qayıdır” ifadəsini işlədib. 2021-ci ilin dövlət büdcəsi qarşısında duran əsas prioritetlər Vətən müharibəsindən sonra ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, Qarabağın reinteqrasiyası, iqtisadi artımın bərpası və sosial rifahdır. Buna görə də 2021-ci ildə dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox proqnozlaşdırılıb.

Dövlət büdcəsinin artan xərclərini tarazlaşdırmaq üçün proqnoza görə, 2021-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin artım tempi 15 faiz, başqa sözlə, qeyri-neft sektorunun özünün artım tempi 3,1 faizdən 4,8 dəfə çox olacaq. Əlbəttə, burada qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6 faizini və ya 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar təşkil edir. “Fiskal fəza”da yeni gəlir mənbələrinin cəlb olunması qeyri-neft real sektorunun “büdcə yükü”nü azaltsa da, dövlət borcuna xidmət risklərini artırır. Amma nəzərə alanda ki, Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti 23,3 faiz təşkil etməklə, strategiyada nəzərdə tutulan – 30 faizdən aşağıdır, onda cari vəziyyətə uyğun olaraq prioritet düzgün seçilib. Beynəlxalq Valyuta Fondunun “fiskal fəza romb”una uyğun olaraq Azərbaycan gələcəkdə xərclərin səmərəliliyinin artırılması və gəlirlərin mobilizisiyası istiqamətində getməklə “fiskal fəza”dan daha yaxşı istifadə edə bilər. 2021-ci ildə icmal büdcənin və dövlət büdcəsinin kəsirinin 2020-ci ilə nisbətən az, habelə cari əməliyyatlar hesabınının müsbət saldo ilə proqnozlaşdırılması manatın sabitliyi və inflyasiyanın cilovlanması üçün fundamental əsaslar yaradır. Əsas odur ki, fiskal genişlənmə və yumşaq monetar siyasət, həmçinin əlverişli biznes mühiti və təşviqlər hesabına ölkəyə sərmayə cəlbi stimullaşdırılmalıdır. Çünki fiskal multiplikator ölkə üzrə deyil, yalnız Qarabağda yenidənqurma zamanı daha yüksək göstəriciyə malik ola bilər. Qarabağın inkişafı proqramı təkcə dövlət deyil, həm də beynəlxalq qurumlar, banklar, xarici və yerli sərmayədarlar və başqa mənbələr hesabına maliyyələşdiriləcək. Dövlət sərmayələri bu mənada stimullaşdırıcı rol oynayacaq”.

V.Qasımlı bildirib ki, 2019-cu ildə icra edilmiş və 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin payı 2021-ci ilin dövlət büdcəsində uyğun olaraq 7,8 faiz və 0,2 faiz yüksəlib: “Həmişə olduğu kimi Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusən də şəhid ailələri və müharibə əlillərinə aid sosial paket əhəmiyyətli genişləndiriləcək”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO