Mətbuat 14.11.2019 15:12

Bu imtiyaz niyə mediaya da şamil edilməsin – Deputat

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə olunur.

Rakus.az xəbər verir ki, millət vəkili Əflatun Amaşov müzakirələrdə çıxış edərək bəzi vacib məsələlə toxunub:

“Artıq üçüncü gündür ki, biz ölkəmiz üçün çox vacib məsələləri müzakirə edirik. İndiki məsələ də çox əhatəlidir və mütərəqqidir. Hesab edirəm ki, Vegi Məcəlləsinə müzakirə etdiyimiz dəyişikliklərdən irəli gələn məsələlər qarşımızda tam yeni mərhələ açır. Biz bu mərhələni məsuliyyət mərhələsi kimi də dəyərləndirə bilərik.

İlk diqqətimi cəlb edən Məcəllədən iri vergi ödəyicisi anlayışının çıxarılması və məsələnin digər maddələrə əlavələrlə daha da konkretləşdirilməsidir. Məcəlləyə «yalan əqd» anlayışının daxil edilməsini xüsusilə vacib sayıram. Müəssisələrin hüquqi sahibləri ilə yanaşı, faktiki sahibləri, yəni təsisçiləri də məsuliyyətdən kənarda qalmamalıdır. Bunları müsbət qiymətləndirirəm. Təbii ki, müəyyən qeydlərim də var.

Bu baxımdan Məcəllənin 2.4-1-ci maddəsinə əlavəyə münasibətimi ifadə etmək istərdim. Göstərilir ki, sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən azadolmalar və güzəştlər müddətli olmalı və fərdi xarakter daşımamalıdır. Bunun vurğulanmasına ehtiyac görmürəm. Əvvəla ölkəmiz sahibkarlıq və investiyası fəaliyyətini təşviq edir. Cənab Prezident də çıxışlarında dəfələrlə məsələyə toxunub. Belə olan halda bu maddənin məcəlləyə əlavə edilməsi belə desəm, mənəvi uyğunsuzluq yaradır. İkincisi, əgər azadolma və güzəşt, eyni zamanda onun şamil edildiyi qrup müəyyənləşdirilirsə, bunu nə vaxtsa məcəlləyə dəyişikliklə də həyata keçirmək mümkündür. Məncə, sənədin ümumən mütərəqqi təbiətini bu cür ifadələrlə ağırlaşdırmağa ehtiyac yoxdur.

Söhbət Vergi Məcəlləsindən düşübsə, mən bu sənəddə əksini tapan, ancaq tamamilə başqa qərarla icra olunan məqama diqqətinizi çəkmək istərdim. Məsələyə bir neçə dəfə toxunmuşam da. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azaddır.

Ancaq bilirsiniz ki, 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları əlavə dəyər vergisinə cəlb edilir. Kitablarla bağlı hörmətli Fazil müəllim də söylədi. Çünki yuxarıda qeyd etdiyim azadetmə vaxtilə Məcəllə ilə paralel şəkildə Nazirlər Kabinetinin qərarında da əksini tapmışdı. Həmin qərar 2015-ci ildə ləğv edildiyindən ƏDV tətbiq olunur. Olmazmı ki, biz bu məsələdə Nazirlər Kabinetinin ləğv edilmiş qərarını deyil, Vergi Məcəlləsini rəhbər tutaq? Bu verginin tətbiqindən dövlət büdcəsinə cəmi 600 minə yaxın vəsait daxil olur. Rəqəm elə də böyük deyil. Ancaq mətbuat üçün kifayət qədər böyük rəqəmdir.

Yeri gəlmişkən, məcəllənin 164.1.8-ci maddəsinə də diqqət yetirdim. Orada ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətnin də ƏDV-dən azad olunduğu göstərilir. Bu imtiyaz niyə mediaya da şamil edilməsin? Detallara getmək istəməzdim, ümumən “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddədə elə bəndlər var ki, onlar üzrə ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə KİV fəaliyyəti qədər önəmli deyil. Unutmayaq ki, ət, çörək və digər yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır.

Biz hər zaman, hər yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət qayğısı göstərilir. Belə olan halda məncə, ƏDV-nin ləğvini də növbəti imtiyaz kimi nəzərdən keçirməyə dəyər. Buna ehtiyac var. Habelə Vergi Məcəlləsinin timsalında qanunvericilik əsasının olduğunu da vurğuladım”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO