Siyasi 08.11.2019 14:50

“Bu, Prezidentimizin bayrağa olan sevgisindən irəli gəlir” – RƏYLƏR

“Ölkə Prezidentinin sərəncamı ilə 2009-cu ildən etibarən noyabr ayının 9-u  Bayraq Günü qeyd olunur. Bu, ölkə başçısının Azərbaycanın dövlət rəmzlərinə, o cümlədən Azərbaycanın dövlət bayrağına olan sevgisindən irəli gəlir”.

Rakus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

“Bayraq hər bir dövlətin qürur mənbəyidir, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçrəngli bayraqla qürur duyur. 9 noyabrın Bayraq Günü elan olunması hamımızın ürəyindəndir. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın bir çox yerində, müxtəlif beynəlxalq təşkilatlarda dalğalanır. Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan günü-gündən inkişaf edir, güclənir. Aprel döyüşlərində də Azərbaycan Ordusunun gücü göründü. Bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə bitdi. Talış kəndi ətrafındakı yüksəkliklər, Lələtəpə yüksəkliyi və bir çox digər ərazilərimiz düşmən işğalından azad olundu, bayrağımız həmin ərazilərdə dalğalanmağa başladı. Torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o yerlərdə də bayrağımızın dalğalanacağına inanıram”.

Cavid OsmanovDeputat Cavid Osmanov:

“Torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, o yerlərdə də bayrağımızın dalğalanacağına inanıram”.

Deputat Naqif Həmzəyev isə “Report”a açıqlamasında xatırladıb ki, Azərbaycan Respublikasının bayrağı Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə Gəncə şəhərində dalğalanıb:

“İyun ayının 16-da Milli Şura Gəncəyə köçürüldükdən sonra 21 iyunda Azərbaycan Respublikasının bayrağı qəbul edildi. Onda bayrağımız qırmızı rəngdəydi və üzərində aypara, 8 guşəli ulduz var idi. Lakin Bakı işğalçılardan azad olduqdan sonra ilk dəfə 9 noyabr tarixində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının yerləşdiyi binada dalğalandı. Həmin dövrdə üçrəngli bayraq qəbul edilmişdi. Şərqdə ilk demokratik respublikanın üçrəngli bayrağının hər bir rənginin anlamı var. Təəssüflər olsun ki, Azərbaycan işğal olduqdan sonra bu bayraq istifadə edilmədi, Sovetlər dövründə Azərbaycan Respublikasının başqa bayrağı oldu. Lakin, 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yenidən üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasında dalğalandı və qəbul edildi. Sonradan – 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağı Azərbaycan Respublikasının bayrağı olaraq qəbul edildi. O gündən indiyə qədər üçrəngli bayrağımızın altında şərəflə müxtəqillik dövrümüzü yaşayırıq. Prezidentimizin sərəncamı ilə 2009-cu il etibarən hər il noyabr ayının 9-da Bayrağı Günü qeyd olunur. Bu çox təqdirəlayiq bir haldır. Çünki bayraq müstəqliyyin əsas əsas rəmzlərindən biridir. İnanıram ki, tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik və üçrəngli bayrağımız Qarabağ torpaqlarında da yüksələcək”.

Naqif HəmzəyevDeputat Naqif Həmzəyev:

“Azərbaycan Respublikasının bayrağı Azərbacan Xalq Cümhuriyyəti dövründə ilk dəfə Gəncə şəhərində dalğalanıb”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. (report.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO