Maraqlı 23.03.2020 07:17

Bu qidaları hər zaman yemək olmaz – MƏSLƏHƏT

Orqanizm üçün çox faydalı olan qidaların nə zaman, günün hansı hissəsində yeyilməsi qidalanmanın ən vacib tərəfidir.

Rakus.az xəbər verir ki, mütəxəssislərin bununla bağlı fikirləri, eləcə də yeni araşdırmaların nəticələri, müasir yanaşmalar hər zaman maraqla qarşılanır.

Bir sıra qidaların nə zaman yeyilməsinə dair məlumatları təqdim edir.

Uşaq yaşlarında səhər yuxudan oyanan kimi süd içmək çox faydalı saylısa da, bu, böyük yaşlarda problemlərə səbəb olur. Acqarına süd içmək həzmdə problem yarada, mədədə yanma, qarın ağrılarına səbəb ola bilər.

Ac olarkən şəkər, şəkərli məhsullar qəbul etmək qanda şəkəri birdən-birə artırır, bu isə yorğunluq, gərginlik yaradır. Şəkərli qidaları ən yaxşı halda normal yemək yedikdən sonra qəbul etmək lazımdır.

Sitrus meyvələrini- portoğal, narıngini acqarına səhər yemək, suyunu içmək olmaz. Bu, mədədə narahatlıq yaradır. Bu meyvələr yemək yedikdən bir neçə saat sonra qəbul edilməlidir.

Düyü yüksək karbohidrat tərkibli olduğuna görə, gün ərzində özümüzü enerjili hiss etməyimizə yardım edir. Amma onun həzmi də çətin sayılır. Çox düyü yemək artıq çəkiyə səbəb olur. Düyünü günortalar yemək daha yaxşı olar, çünki bu saatlarda orqanizm daha sürətli çalışır və həzm normal gedir.

Ətin də həzmi asan sayılmır. Yatmazdan əvvəl ət yeməklə sağlamlığımıza ciddi ziyan vurmuş oluruq. Ona görə də ətli yeməkləri yatmazdan ən azı 3 saat əvvəl yemək lazımdır.

Acqarına qatıq yemək də düzgün sayılmır. Qatığı ac qəbul etmək mədədə problemlərə yol aça bilər. Ona görə də qatığı yeməkdən sonra, ya da xörəklərin yanında yemək yaxşı olar.

Çoxlarının yatmazdan əvvəl pendir-çörək yemək vərdişi var. Amma mütəxəssislər hesab edir ki, bundan uzaq durmaq lazımdır. Xüsusilə pendir yağlıdırsa, bu, həzm sisteminə ziyan verər, eyni zamanda yuxu pozğunluğu yarada bilər.

Lobya, eləcə də digər paxlalılar liflərlə zəngin olduğuna görə, gecə yatmazdan əvvəl yemək köp yaradır və normal yatmağa mane olur. Ona görə də paxlalıları günortalar, yuxudan xeyli əvvəl yemək tövsiyə olunur.

Lobya kimi alma da lifələrə zəngindir. Alma həzmi asanlaşdırsa da, gecə saatlarında yemək həzmə ziyan vurur. Alma axşam saatlarında asan həzm olunmur və narahatlıq yaradar.

Qoz-fındığın bir çox faydaları var. Amma bunu gecə saatlarında etmək düzgün sayılmır. Qoz-fındıq yağlarla zəngin olduğuna görə, yuxudan əvvəl yeyiləndə orqanizmdə həzmi çətinləşdirir.

Banan səhər yeməyi üçün ən yaxşı qidalardan sayılsa da, əslində acqarına banan yemək qanda şəkərin səviyyəsini artırır. Bananın yaratdığı toxluq isə qısa müddət çəkir, bir neçə saat sonra güclü aclıq hissi yaranır. Bundan başqa, acqarına banan yemək həssas bağırsaq sindromu deyilən bir hala yol açır. Ona görə də acqarına banan yeməkdən çəkinmək lazımdır.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO