Bu qidaları yeyin və sağlam yaşayın – MƏSLƏHƏT
Sağlam həyat tərzi yaşamaq o qədər də asan deyil.
Rakus.az xəbər verir ki, yediyimiz qidalar, aldığımız çirkli hava orqanizmimizdə mənfi halların baş verməsinə səbəb olur.
1. Görmə qabiliyyətini qoru
Salat + avakado
Tərəvəzlərlə və ya göyərtilərlə hazırladığınız salatın içinə avakado qatmağı unutmayın.
2. Ürəyinin qayğısına qal
Limon + yaşıl çay
Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, gün ərzində 5 stəkan içərisinə limon qatılmış yaşıl çay içmək ürəyin fəaliyyətini yaxşılaşdırır, infarkt riskini azaldır.
3. Əzgin görünməkdən yorulmusunuz
Yumurta + portağal şirəsi
Səhər bir yumurta yeyib, üstündən 1 stəkan portağal şirəsi içmək sizə gün ərzində lazımı qədər iş görmək üçün enerji verəcək.
4. İmmunitetini gücləndirin
Mal əti + kök
Kök orqanizmi A vitamini ilə təmin edəcək. Soyuqdəymədən qorunmaq üçün sizə lazım olan digər vitaminləri isə mal əti vasitəsilə ala bilərsən.
5. Dəri xərçəngindən qorunun
Kofein + idman
Mütəxəssislər sübut ediblər ki, gün ərzində kofein qəbul etmək və idmanla məşğul olmaq dəri xərçənginə yoluxma riskini 4 dəfə azaldır.