Bu sahibkarlar cərimələnəcək – XƏBƏRDARLIQ
“Polietilen torbalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində müvafiq müraciətlər hazırlanır və bu, aidiyyəti qurumlara göndəriləcək. Bundan sonra vətəndaşlar üçün də müraciətlər olacaq”.
Rakus.az xəbər verir ki, bunu qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən onlayn görüşdə bildirib.
O qeyd edib ki, eyni zamanda, qaynar xətt də olacaq.
“Onlar alış-veriş etdikləri yerdə onlara hansı qalınlıqda torba verilməsi ilə maraqlanmırlar. Bu məsələ market sahiblərinin marağında olmalıdır.
Ən azından başa düşməlidirlər ki, əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər. Həmin cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidir”.