Gündəm 08.11.2023 20:15

“Bu Zəfər Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açır” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Azərbaycanın Zəgər Günü ilə bağlı analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə dünya azərbaycanlılarının üç ildir noyabrın 8-də Zəfər Gününü böyük coşqu ilə qeyd etdiyi, bu bayramın Xalq Cümhuriyyəti elan olunduğu gündən milli dövlətçilik tarixində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda apardığı mübarizənin nəticəsi olduğu vurğulanır.

Qeyd olunur ki, Cənubi Qafqaza köçürüləndən 90 il sonra ermənilər bu bölgədə bəlaya çevrilib, “dənizdən dənizə”, “Böyük Ermənistan” kimi uydurma ideyalarla Cənubi Qafqazda  yaranmış müstəqil dövlətlərin bolşeviklər tərəfindən işğal olunmasına yardım edib, azərbaycanlılara qarşı etnik təmizləmə apararaq onları soyqırıma məruz qoyublar: “Erməni silahlı dəstələri 1918-ci il martın 30-dan aprelin 3-dək azərbaycanlılara qarşı soyqırımı törədib. Məhz buna görə də 31 Mart ulu öndər Heydər Əliyevin 1998-ci il mart ayının 26-da imzaladığı sərəncama əsasən Dünya Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir”.

Bildirilir ki, ermənilər sovet əsgərlərinin yardımı ilə Qərbi azərbaycanlıların öz yurdlarından zorla çıxarılmasına nail oldular: “1988-ci ldə 250 mindən çox Qərbi Azərbaycan türkü doğma ocağından didərgin  salındı. Bununla kifayətlənməyən Ermənistan havadarları ilə birlikdə Qarabağ və ətraf rayonları işğal etdilər. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə Ermənistan və havadarları əməl etmədi. Əksinə, şərti sərhəddə dəfələrlə təxribat törətdi.  Nəhayət, mənfur separatçıların 2020-ci ildə törətdiyi növbəti təxribat və terror əməlinə Azərbaycan sentyabrın 27-dən başlayaraq “Dəmir yumruq”la cavab verdi. Bu, Vətən, İkinci Qarabağ müharibəsi idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrin qəhrəmanlığı, xalqın birliyi və şəhidlərin qanı bahasına Azərbaycan Qələbə qazandı”.

Beləliklə, 8 Noyabr 2020-ci il Azərbaycan tarixinə şanlı səhifə kimi düşdü. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən Azərbaycanda Zəfər Günü bayram kimi qeyd edilir”.

Süjetdə bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması ilə Azərbaycan ərazi bütövlüyü, milli dövlətçilik, suverenlik və müstəqillik uğrunda apardığı 100 illik Vətən müharibəsindən Zəfərlə çıxdı: “Azərbaycanın 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbiri 3 il əvvəlki zəfər yürüşünün davamı oldu. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da olduğu kimi, Xankəndidə də Azərbaycanın bir daha enməyəcək 3 rəngli Bayrağı ucaldıldı. Şuşanın və Xankəndinin işğaldan azad edilməsi Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğurunda 100 illik mübarizənin siyasi, mədəni simvoludur. Zəfər Günü Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə, dünyanın müxtəlif bölgələrində azərbaycanlıların hüquqlarının qorunmasına təkan verir, həmçinin Qərbi azərbaycanlıların zorla məhrum edildikləri Vətənə qayıdışına yol açır. Bu qələbədə Azərbaycanın hər yerindən gənclər əziz canlarından keçərək şəhidliyə ucalıb. Odur ki, bu, bütöv Azərbaycanın tarixi Zəfəri, dünyada haqqın-ədalətin bərpasıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 8-də saat 19:30-da Baku Tv-nin efirində yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 08.11.2023 20:15
“Bu Zəfər Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açır” - FOTO - VİDEO
Gündəm / 08.11.2023 00:02
Bu gün Şuşa Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
Gündəm / 08.11.2023 00:01
Azərbaycanda Zəfər Günü qeyd olunur - FOTO
Gündəm, Təhlil / 07.11.2023 20:38
Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq - FOTO
Siyasi / 07.11.2023 19:24
“Ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir” - VİDEO
Dünya, Təhlil / 07.11.2023 14:21
Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO
İdman, Maraqlı / 07.11.2023 10:57
Jurnalistlərin Xatirə Turnirində final günü – FOTO və TELEŞƏRH - VİDEO
Müsahibə / 06.11.2023 22:46
“Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar” – MÜSAHİBƏ - FOTO
İdman / 06.11.2023 09:00
Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO
İdman / 05.11.2023 23:56
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başa çatdı - FOTO - VİDEO
Gündəm, İdman / 04.11.2023 11:02
Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?
Maraqlı, Sosial / 03.11.2023 20:00
“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO
Maraqlı / 03.11.2023 13:38
“Qafanda yaşamaq istəyirəm”- Rəşad Həsənovun “Həyat Hekayəsi” – ANONS
İdman / 03.11.2023 09:03
Yaddaqalan məqamlar – Diqqətçəkən mənzərə - FOTO
Dünya, Siyasi, Təhlil / 02.11.2023 19:57
Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışı prosesinə başlayır?!
İdman / 02.11.2023 11:40
Yarımfinal – epizodlar, qollar, bombardirlər, FİNALIN ANONSU - VİDEO
Siyasi / 02.11.2023 10:00
Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılıb
İdman / 01.11.2023 22:15
“İrəvan” və” Çəmbərək” finala vəsiqə qazanıb - FOTO
Siyasi / 01.11.2023 19:59
Axta ermənilərin yaşayış məntəqəsinə necə çevrildi? - FOTO - VİDEO
Sosial / 01.11.2023 15:38
Salyanda şəhid övladlarının müayinə aksiyası keçirilib - FOTO
Sosial / 01.11.2023 13:45
Ermənilərin Axtada izitirmə planı – ANONS - VİDEO
Mədəni / 01.11.2023 11:10
“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” – sərgi və fotoalbomun təqdimatı - FOTO
Siyasi / 31.10.2023 19:53
Ermənistan Qarabağ ermənilərinə qaçqın statusu vermir - FOTO - VİDEO
Müsahibə / 31.10.2023 19:12
“Ermənilərdə terror təşkilatları üstünlük təşkil edib” – MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 31.10.2023 17:43
Qədim İrəvan – Hər daşı bir abidə - FOTO
İdman / 31.10.2023 16:12
Şəhid jurnalistlərin Xatirə Turnirində yarımfinalçılar DUELƏ ÇIXIR