Müsahibə 08.08.2020 11:58

Büdcəyə dəyişikliklər yeni iqtisadi çağırışlara əsaslanır – Aydın Hüseynov

Müsahibimiz Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovdur.

– Aydın müəllim, məlum olduğu kimi Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi. Büdcənin dəyişməsini zəruri edən əsas iqtisadi əsaslar hansılardır?

– Azərbaycan iqtisadiyyatı 2020-ci ili çox nikbin iqtisadi-sosial göstəricilərlə başlamışdı və cari ildə ölkəmizdə inkişaf dinamikasının sürətlənəcəyi proqnozlaşdırılırdı. Bütün makroiqtisadi göstəricilər ümidverici idi, birinci rübdə ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil etmişdi. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artmışdı. ÜDM-in tərkibində bütün sektorların artımı qeydə alınmışdı. Ancaq mart ayından sonra dünyada baş verən qlobal təlatümlərin Azərbaycana təsirləri artmağa başladı, xüsusilə də koronavirus pandemiyasının geniş yayılması qlobal  iqtisadiyyatda neqativ meyllərin artmasına və dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb oldu. Dünyanın bir parçası olan Azərbaycan bu proseslərdən heç cür kənarda qala bilməzdi və iqtisadi təzyiqlər ölkəmizə təsirlərini göstərməyə başladı. Xüsusilə də, neft qiymətlərinin kəskin ucuzlaşması ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansının pisləşməsinə səbəb oldu. Eyni zamanda, pandemiya və ölkəmizdə tətbiq olunan karantin rejimi və sosial təcrid tədbirləri işgüzar fəallığın və iqtisadi inkişafın zəifləməsinə səbəb oldu. Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü iləmüqayisədə ÜDM 2,7 faiz, o cümlədən qeyri neft-qaz ÜDM-i 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən qeyri neft–qaz sektoru üzrə 15,5 faiz azalıbdır, kənd  təsərrüfatı, informasiya və rabitə sahələri istisna olmaqla, ölkədəki digər bütün iqtisadi sektorlarda azalma müşahidə olundu. İqtisadi  aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər  maliyyələşmə mənbələrinin daralması sözsüz ki, dövlət büdcəsinin gəlir və xərclərinəki möhkəm tarazlığın pozulmasına səbəb oldu.
Bütün bu mənfi tendensiyalara baxmayaraq hökumət 2020-ci ilin birinci yarısında bütün iqtisadi-sosial tədbirləri tam uğurla başa vurdu, xüsusilə də büdcə-maliyyə öhdəlikləri artıqlması ilə icra edildi. Belə ki, cari 2020-ci ilin altı ayında dövlət büdcəsinin gəlirləri 11 milyard 684,5 milyon manat proqnoza qarşı 12 milyard 022,7 milyon manat olmaqla 2,9 faiz artıq icra olunubdur. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur. Eyni zamanda. altı ayda dövlət büdcəsində 291,9 milyon manat profisit yarandı. Dövlət büdcəsinin xərcləri isə 6 ay ərzində 11 milyard 625,7 milyon manat proqnoza qarşı 11 milyard 730,8 milyon manat və ya 0,9 faiz artıq icra edilibdir. Eyni zamanda, bu dövrdə büdcə təşkilatlarının təqdim etdikləri  xərc sifarişləri üzrə öhdəliklər tam və vaxtında maliyyələşdirilibdir.
Ancaq məsələ ondadır ki, ilk 6 ayda ayda dövlətin maliyyə-büdcə-fiskal öhdəlikləri tam və vaxtında icra olunsa da, qarşıdakı aylarda pandemiyanın  diktə etdiyi yeni tələblər iqtisadi və maliyyə davranışının, fiskal mühitin də xüsusiyyətlərinin dəyişməsini labüd edir. Nəzərə alsaq ki, pandemiya hələ davam edir və nə vaxt bitəcəyini müəyyən etmək çox çətindir, onda qarşıdakı aylarda bir sıra vacib sahələrin – səhiyyənin artan ehtiyaclarının ödənilməsi, əhalinin həssas sosial qruplarının, dövlət şirkətləri, sahibkarlıq subyektləri və kiçik-orta biznesə dövlət dəstəyinin göstərilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, digər dövlət ehtiyaclarının təmin edilməsi olduqca zəruridir. Bütün bunlar isə dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır. Bu çağırışlar dövlət büdcəsi qarşısında yeni çağırışların təmin olunması,büdcənin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədi ilə büdcə qaydasının  tətbiqini müvəqqəti dayandırmaqla cari ildə yumşaq  kontrsiklik  büdcə siyasətinin  həyata  keçirilməsini  dövlət və icmal büdcələrinə yenidən baxılmasını zəruri etmişdi. Məhz buna görə də, büdcəyə dəyişiklik, daha doğrusu 2020-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi ilə bağlı qərar qəbul edildi.

– Dəyişikliklərdən sonra dövlət büdcəsinin gəlir və xərcləri hansı həcmdə müəyyən edildi?

– Cari  il  üçün  yenilənmiş  makroiqtisadi  proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24 milyard 124 milyon manat  nəzərdə tutulur ki, bu da ÜDM-in  35,3faizi  həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə10,5 milyon manat azdır. Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət  büdcəsindən  maliyyələşən təşkilatların  büdcədənkənar  daxilolmaları  890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəyə transferti 850 milyon manat, dövlət büdcəsinin sair daxilomaları isə 30 milyon manat artırılıb. Dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 58 faizi və yaxud 13 milyard 990 milyon manatı neft sektorunun, 42 faizi və ya 10 milyard 134 milyon manatı isə qeyri-neft sektorunun payına düşür.
Beləliklə, dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatını və ya 50,6 faizini  Dövlət  Neft  Fondunun transferti, 7 milyard 190 milyon manatını və ya 29,8 faizini Dövlət Vergi Xidmətinin daxilolmaları, 3 milyard 830 milyon  manatını  və ya 15,9 faizini isə Dövlət Gömrük Komitəsinin daxilolmaları təşkil edəcəkdir. Büdcənin 804 milyon manatı  (3,3 faiz) büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları olacaqdır. Yəni burada qeyri-neft gəlirlərinin, yəni vergi və gömrük daxilolmalarının həcminin azalmasının əsas səbəbləri koronavirus pandemiyası ilə əlaqədar qeyri-neft sektoru üzrə maliyyə gəlirlərinin azalmasıdır.
2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri isə 27 milyard 492,2 milyon  manat  təşkil edəcəkdir. Bu, ötən il təsdiq edilmiş büdcə göstəricinə nisbətən 597,5 milyon manat  və ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin xərclərinin 18 milyard 46,9 milyon manatı və ya 65,6  faizi  cari  xərclərə yönəldiləcəkdir.
Dövlət büdcəsinin kəsiri dürüstləşmədən 608 milyon manat artırılaraq 3 milyard 368,2 milyon manat səviyyədə olacaqdır.

– Büdcədə əlavə tələb olunan 1 milyard 371,5 milyon manat zəruri xərclərin əsas istiqamətləri hansı sahələrdir?

– Büdcə dəyişikliklərindən sonra büdcə layihəsində konkret hansı sahələr və istiqamətlər üzrə xərc maddələrinin istiqamətləri müəyyənləşibdir. Bunlar ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış 465 milyon manat ehtiyat vəsaitlərin ayrılması, səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369,0 milyon manat xərclərin yönəldilməsi, pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat əlavə vəsaitin sərf edilməsi, pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat, iqtisadi dəstək üzrə tədbirləri üçünsə 100,0 milyon manat vəsaitlərin ayrılmasıdır. Bundan başqa, cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat, bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün 9,1 milyon manat, “ASAN xidmət” üzrə elektron hökumətin tətbiqinin maliyyə təminatı üçün 7 milyon manat, pandemiya dövründə ölkəyə xaricdən gələn Azərbaycan vətəndaşlarının sərhəddə yaradılmış səyyar düşərgələrdə karantindən keçmələri üçün 2,8 milyon manat, biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə 6,7 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulubdur.

– Aydın müəllim, büdcə siyasətinə dəyişikliklərdən biri də 2019-cu ildən tətbiq edilən büdcə qaydasının dəyişdirilməsidir. Bunun əsas səbəbini necə izah etmək mümkündür?

– Məlum olduğu kimi 2019-cu büdcə ilindən tətbiq edilən yeni büdcə qaydasına əsasən icmal büdcə xərclərinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı hədləri xalis maliyyə aktivləri və proqnozlaşdırılan neft gəlirləri əsasında müəyyən edilir. Eyni zamanda, büdcə qaydası icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin də hər il əvvəlki ilin müvafiq göstəricisindən az olmasını tələb edir. Dürüstləşdirilmədən sonra 2020-ci ildə neftin bir barelinin orta illik qiymətinin 35 dollar əsasında götürüldküdə büdcə parametrlərinin də yenidən hesablanması qaçılmaz olur. Büdcə qaydasından kənarlaşmamaq üçün icmal büdcə xərclərinin və Neft Fondundan dövlət büdcəsinə transfertin gözlənilən həcmləri təqribən 2,5 milyard manat və ya 8,4 faiz və 21,7 faiz azaldılmalıdır. Yeni neft qiyməti reallıqları və neft hasilatının azalması nəzərə alınmaqla 2021-ci il vəsonrakı üç il üçün fiskal çərçivənin hazırlanması zamanı büdcə qaydasının tətbiqi ortamüddətli dövrdə büdcəxərclərinin  kəskin  azaldılmasını  da zəruri  edir. Baş vermiş iqtisadi və maliyyə böhranlarından əldə olunan təcrübə göstərir ki, iqtisadiyyatın böhranlı dövrlərində tətbiq edilən kəskin daraldıcı  fiskal  siyasət  ölkələrdə iqtisadi  faəllığın və məşğulluğun kəskin azalmasına və tənəzzülün dərinləşməsinə səbəb olur. Bu baxımdan, məcmu tələbin dövlət xərcləri  vasitəsilə müəyyən   səviyyədə stimullaşdırılmasına ehtiyac yarandığı bir şəraitdə cari və növbəti ildə büdcə qaydasına  uyğun  olaraq büdcə xərclərinin və Neft  Fondundan  dövlət  büdcəsinə transfertin  kəskin  azaldılması vəziyyəti daha da çətinləşdirə bilər. Ona görə də, 2020-ci ilin dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin  təmin  olunması və növbəti  ilin  dövlət  büdcəsinin  gəlir  və xərclərinin  proqnozlaşdırılmasında tarazlığa nail olmaq  məqsədilə büdcə qaydasının müvəqqəti dayandırılması labüddür.

– Büdcəyə dəyişiklikdən sonra, ölkəmzin iqtisadi və sosial sahələrində nəzərdə tutulan maliyyə məslələrini icra etməkdə çətinlik yaranmayacaqdır ki?

– Dürüstləşdirilən büdcəmiz ölkəmzin maliyyə planlarını tam və bütün istiqamətlər üzrə icra etməyə imkan verəcəkdir. Büdcəmiz yenə də əsas etibarilə sosialyönümlü olmaqla, sosial müdafiə və dsətək tədbirlərinin gücləndirilməsinə, bütün sosial layihələrin uğurla başa çatdırılmasına, dövlətin iqtisadi sahələrə dəstəyinin tam şəkildə başa çatdırılmasına, biznesə və investorlara maliyyə dəstəyinin davam etdirilməsinə, nəzərdə tutulan vacib iqtisadi proqramların gerçəkləşməsinə güclü maliyyə təminatı yaradır. Eyni zamanda, büdcəmiz qeyri-neft sektorunun dayanıqlı inkişafını, maliyyə intizamının gücləndirilməsini və şəffaflığın artırılmasını təmin edir. Ölkəmiz pandemiyanın yaratdığı bu həssas dövrü cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyacaq və yenidən inamla öz inkişaf yoluna davam edəcəkdir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO