Mətbuat 02.01.2020 20:20

Bunları bilirsinizmi?

Spirtli içki qəbulunun orqanizmə təsiri, fəsadları barədə çox deyilib, çox yazılıb.

Rakus.az xəbər verir ki, bəs spirtli içki içməyin psixi vəziyyətə təsiri hansı səviyyədə olur?

Psixiatr, uzman həkim Fuad Bəşirov spirtli içki qəbulu ilə depressiya arasına əlaqə barədə yazdığı məqaləni təqdim edirik.

“Spirtli içkilərin dadı çox vaxt yetkin insanların xoşuna gəlir. Spirtli içki qəbulu, xüsusi ilə utancaqlıq da varsa, insanlarla ünsiyyət qurmanı asanlaşdırır, dincəlməkdə kömək edir. Eyni zamanda avtomobil idarəsində çətinlik, qərar vermə bacarığının müvəqqəti itirilməsinə yol açır. Təbii ki, alınan spirtin miqdarından asılı olaraq qavramanın pozulması da şiddətlənir.

Əgər içməyə davam edilərsə, ayaq üstə durmaqda çətinlik, nitqdə pozulma (səyləmə), səhəri gün peşman olunacaq sözlər deyilməyə başlanar. Daha çox içilməyə başlandığında yuxusuzluq, baş ağrısı, narahatçılıq hissi şiddətlənər və ya huşsuz vəziyyətə keçilə bilər. Növbəti gün isə nələrin baş verdiyi xatırlanmır.

Spirtli içki bir neçə saatlığına özünü yaxşı hiss etmək üçün yaxşı vasitə ola bilər. Əgər enerjiniz azdırsa, əhval-ruhiyyəniz aşağıdırsa, spirtli içki müvəqqəti kömək edə bilir. Bu problemlərin həlli üçün dərman kimi gündəlik içki qəbulu asan olur, ancaq məsələ ondadır ki, bu təsirlər tezliklə köhnəlir və içmə müntəzəm bir davranışa çevrilir. Bu zaman aşağıdakılar hiss edilməyə başlanır.

Uzunmüddətli spirtli içki qəbulu nələrə səbəb olur?

İçki içmək seçim olduğu halda artıq məcburiyyət halını alır;

Daha erkən saatlarda içilməyə başlanır;

İşlərdə axsamalar yaranır;

Gündəlik içmə davranışı münasibətlərə mənfi təsir edir;

İçkinin verdiyi zərərlərə baxmayaraq içməyə davam edilir;

Eyni təsiri görmək üçün daha çox içməyə başlanılır (tolerans);

İçkinin əhəmiyyəti qalan bütün münasibətlərin, davranışların, işlərin önünə keçir;

İçkinin uzun müddətə olan təsirləri;

Psixoz halı – yanınızda heç kim olmadığı halda səs eşitmə;

Demensiya – yaddaşın itirilməsi;

Fiziki zərərlər – orqan xəstəlikləri.

Spirtli içki qəbulu ilə depressiya arasında əlaqə nədir?

Əsas bir əlaqənin olduğunu bilirik, hansı ki, özünə zərər verən və ya intihar edən insanlar spirtli içki qəbul edənlər arasında daha çox görülür. Bu iki yolda özünü göstərə bilər: Gündəlik depressiyada olmağa səbəb olan davamlı içmələr və ya həyəcan təşvişi azaltmaq üçün istifadə edilən içmələr. Hər iki yolda da spirt beyinin kimyasına təsir edir, depressiya riskini artırır. Xəstə həyəcanlı, əsəbi, gərgin, özünü günahkar hesab edir. Ailə və dostlarla tez-tez olan münaqişələr, iş yerində ortaya çıxan problemlər, cinsi problemlər həyatı yaşanılmaz edir”.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO