Mətbuat 23.02.2020 20:20

Bunları bilirsinizmi?

Gözlərdə yanma, qaşıntı, yapışqan maye ifrazatı, siqaret tüstüsünün təsirindən, küləkli havada narahatlıq yaranması göz quruluğunun başlıca xəbərçiləridir.

Rakus.az xəbər verir ki, bunu cərrah-oftalmoloq, uzman həkim Fariz Sadıqov bildirib.

Onun sözlərinə görə, gözdə meydana gələn həddindən artıq sulanma da anormal bir vəziyyətdir: Gözdə sürüşkənliyi təmin edən göz yaşı yoxdursa, göz narahat olur və xəbərdarlıq edir. Beləcə həddindən artıq gözyaşı ifrazatı meydana gəlir və gözün yuyulma sistemi bunun öhdəsindən gələ bilmədiyi üçün gözdən xaricə axır.

Gözlərdə quruluğun səbəbi nə ola bilər?

Yaşlanan adamda göz yaşı istehsalı azalır. Amma hər yaşda meydana gələ bilən quru göz, qadınlarda daha sıx görülür. Bu, xüsusilə menopauzadan sonra baş verir. Artridlər zamanı da quru göz, bununla yanaşı ağız quruluğu ola bilər. Quru göz, ağız quruluğu və artrit birlikdə “sjogren sindromu”nu meydana gətirir…

Bir çox dərmanlar da gözdə quruluğa səbəb olur. Bunlar əsasən sidik qovucu, ürək, təzyiq, qlaukoma, allergiya, yuxu, sinir dərmanları və ağrıkəsicilərdir. Bu dərmanlar çox istifadə edildiyi zaman gözlər süni göz yaşları ilə müalicə edilməlidir. Belə hallarda istifadə edilən bütün dərmanlar barədə həkimə məlumat verilməlidir.

Quru göz necə yoxlanılır?

Sadə bir göz müayinəsi ilə quru göz diaqnozu qoyula bilər. Bəzən gözyaşını ölçən testlər lazım ola bilər. Gözyaşı testində alt qapağın içinə filtr kağız parçaları qoyulur və dəyişik şərtlərdə gözyaşı istehsalı ölçülür. Digər bir test, gözə boyalı maddə tökülür, araşdırma aparılır.

Göz quruluğu necə müalicə edilir?

Quru göz müxtəlif üsullarla müalicə edilə bilər. Bunlardan biri göz yaşının əlavə olunmasıdır. Süni göz yaşları normal göz yaşına bənzəyir. Bunlar gözü sürüşkənləşdirir və nəmləndirir. Süni göz yaşlarının tərkibində olan qoruyuculara həssaslıq varsa, qoruyucusuz süni göz yaşları istifadə edilə bilər. Digər bir üsul, bandaj kontakt linza  istifadəsidir. Göz səthində xəstəni narahat edən pozğunluqlar meydana gələn zaman bu üsul seçilir. Lakin bu vəziyyətdə yenə gözyaşı damcılarının istifadəsinə davam edilir. Bir başqa üsul da göz yaşının qorunmasıdır. Gözün öz ifrazatının qorunması, gözləri nəmli saxlamağın bir başqa yoludur. Göz yaşı kiçik bir kanal vasitəsi ilə gözdən buruna axır. Bu kanalların ağzı müvəqqəti və ya qalıcı olaraq bağlana bilər. Bu üsulla göz yaşı qorunur, həm də süni gözyaşının təsir müddəti uzadılmış olur.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO