Bunları bilirsinizmi
Nikotin asılılığından qurtulmaq üçün insanın düşüncə tərzini və davranış stereotiplərini dəyişdirməsi lazımdır.
Rakus.az xəbər verir ki, bu barədə Rusiyada Milli Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zıkov deyib.
“Nikotin asılılığı xəstəliyinin abstinent sindromunu dayandırmaq çətin deyil və bu asanlıqla həll edilir. Lakin düşüncə və davranış tərzini, davranış stereotiplərini dəyişdirmək çətin ola bilər. Siqareti atma bacarığı elə burada özünü göstərir”, – narkoloq bildirib.
Onun sözlərinə görə, insan nikotinin istifadəsini hansı vərdişlərin tətiklədiyini müəyyənləşdirməli və onlardan qurtulmalıdır.
Məsələn, bir çoxları yemək yedikdən sonra, yaxud da kiminsə yanında müşayiət üçün siqaret çəkir.
O.Zıkovun sözlərinə görə, asılılıqdan qurtulmaq üçün istək vacib rol oynayır.