Bunları bilirsinizmi?
Pəhriz saxlamaq və artıq çəkidən qurtulmaq istəyən hər bir kəsin immuniteti aşağı düşür.
Rakus.az xəbər verir ki, buna görə də elə pəhrizə əməl etmək lazımdır ki, həm immunitet normada qalsın, həm də artıq çəkilərdən xilas olasız.
Bunun üçün içərisi vitaminlərlə bol olan bu salatı yeyin.
1. Salatın yarım payı 260 kkl.dir.
· 1/2 avakado
· 10 ədəd krevet
· 1/2 şirin (qırmızı) bibər
· 2 ədəd turp
· 2 x/q. yağsız yoqurt
· 2 x/q. limon şirəsi
· Şüyüd
Salatı gündə iki yerə bölüb, yemək məsləhətdir. Bu, həm piylərin əriməsinə, həm də immunitetin normada qalmasına kömək edir.
2. Hil orqanizmdəki yağları parçalayır və arıqlama prosesini sürətləndirir. Buna görə də pəhriz saxlayarkən, hillə dəmlənmiş çay içib, həftədə ən az 3 dəfə ondan hazırlanan salat yeyin. Salat üçün…
· 1kq. kök
· 0,5 ç/q. hil
· 2 x/q. xardal toxumu
· Azca duz
· 4 x/q. bitki yağı
Kökü doğrayıb, üzərinə su töküb, sobaya qoy. Kənarda hili əzib, xardal toxumu ilə qarışdır. Yumşalmış kökü əzib, hilli məhlulla qarışdırıb yeyin.