Müsahibə 10.10.2019 07:17

Bunları bilirsinizmi?

Ayaq və dırnaq göbələyi geniş yayılmış yoluxucu xəstəliklərdəndir.

Rakus.az xəbər verir ki, ilk vaxtlar solğun ağ və sarı ləkələr kimi yaranır, sonra xoşagəlməz və ağrılı problemə çevrilir. Ayaq göbələyinin yaranma səbəbləri nədir? Hansı əlamətləri var? Müalicəsi necə aparılır?

E-tibb.az bu və digər sullarla bağlı dermatoloq Leyla Mirzoyevanın fikirlərini öyrənib.

O deyib ki, ayaq dərisində və dırnağında olan göbələyin ayrı-ayrı klinik görüntüləri var. Göbələk dırnaqda olduğu zaman dırnağın rəngində dəyişiklik, qalınlaşma, qırılma, qaralma baş verir, qaşıntı isə olmur. Dəri göbələyi zamanı isə qabıqlanma və güclü qaşıntı olur. Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerdir: “Əsasən ayaq və müəyyən büküşlər daha çox sürtünmə və tərləməyə məruz qalan yerlər olduğundan orda göbələyin inkişafı üçün münbit şərait yaranır. Sürtünmə nəticəsində həmin yerdə dərinin baryer funksiyası pozulur. Dərinin özünün qoruyucu, baryer qatı var. Bu bizi müxtəlif xəstəliklərdən, mikroblardan qoruyur. Sürtünmə və tərləmə nəticəsində dərinin PH səviyyəsi aşağı düşür və ya qalxır. PH-ın dəyişməsi isə göbələklər üçün əlverişli şərait yaradır. Nəticədə göbələklər həmin dərinin baryer qatından daha asan keçir və orada artıb çoxala bilirlər. Tərləyən ayaqlar göbələyin yaranması üçün ideal yerdir. Elə adamlar var, ayaqları çox tərləyir, daim nəmli olur. Yaxud ayaqqabıların içi keyfiyyətsiz materialdan hazırlandığı üçün ayaqları tərlədir. Bildiyimiz kimi, keyfiyyətsiz ayaqqabının ventilyasiyası, yəni havalanması pis olur, bu da ayaqları tərlədir. Bir də gigiyenaya riayət olunmadıqda ayaq göbələyinin yaranma ehtimalı var. Elə adam da var gigiyenasına riayət edir, ayaqları tərləmir, amma hardansa, necəsə ona göbələk keçir. Ola bilər dükanda ayaqqabını ondan əvvəl geyinib yoxlamış şəxsin ayağında göbələk olub. Ondan sonra bu da geyinib yoxlayıb və ona keçib”.

Dermatoloq bildirib ki, gigiyenik olmayan məkanlara getmək də göbələyin yaranmasına imkan verir. Buna görə də ümumi istifadə olunan məkanlara getdikdə diqqətli olmaq lazımdır: “Saunalar, hamamlar, hovuzlar, idman zalları, gözəllik salonları və digər ümumi istifadə edilən ictimai yerlərdə də gigiyenik qaydaların pozulması nəticəsində dırnaq göbələkləri yaranır. Məsələn, həmin yerlərdə ümumi çəkələklər geyilir, ümumi ləvazimatlardan istifadə edilir. Vaxtlı-vaxtında və yaxşı dezinfeksiya edilmədikdə isə göbələk xəstəliyinə yoluxma baş verir. Ona görə də belə yerlərə gedəndə ehtiyatlı olmaq lazımdır”.

Həkimin sözlərinə görə, dəri göbələklərinin çox növü var. Ayaqda və ya dırnaqda hansı göbələk növünün yayıldığını müəyyən etmək üçün analiz götürülür, nəticə bilinəndən sonra ona uyğun müalicə təyin edilir: “Göbələyin müalicəsi var. Dərmanla, mazlarla, kremlərlə infeksiyanı aradan qaldırmaq mümkündür. Xəstə sağlamdırsa, gəncdirsə, heç bir problemi yoxdursa, ona dərman təyin olunur. Əgər xəstənin dərmana əks göstərişi varsa, yaxud başqa xəstəliklə bağlı dərman müalicəsi alırsav, o zaman krem yazırıq. Amma göbələk dırnaqda olarsa, həb təyin etmədən, yalnız kremlə sağaltmaq çətindir. Aylarla dırnaq lakı çəkmək lazım olur. Amma dırnaq göbələyinin müalicəsində yeni üsul da var – lazer müalicəsi. Bir az ağrılıdır, amma effektlidir. Əvvəl dırnağın müalicəsi üçün 7-8 ay, bəzən 1 il vaxt tələb edilirdi. Lazer müalicəsində isə xəstə çox vaxt sərf etmir. Sadəcə, kurs bitdikdən sonra müəyyən vaxt keçməlidir ki, dırnaq təzələnsin”.

L. Mirzoyeva göbələyə yoluxduğunu düşünən şəxslərin aptekdən özbaşına dərman almasını doğru hesab etmir. Çünki həmin dərmanlar yanlış ola və fəsadlar verə bilər: “Əczaçının xəstəyə verdiyi krem hormonal tərkiblidirsə, bu, əksinə, göbələyi çoxaldacaq. Xəstənin ayağındakı göbələk yox, bakterial infeksiyadırsa, yanlış dərman allergik reaksiyaya səbəb ola bilər. Çünki dəri infeksiyalarında dərinin bütövlüyü zədələnmiş olur və hər kremin içəri keçmə ehtimalı yüksəlir. Ayağın qızarması, şişməsi, qaşınması ola bilər. Amma verilən dərman sırf göbələk əleyhinədirsə, kömək etməsi mümkündür. Bir də evdə türkəçarə üsullardan istifadə edirlər. Məsələn, ayağı sodalı su vannasında saxlayırlar, yod sürtürlər. Sodalı suyun çox da effekti yoxdur. Amma dərini yandırmamaq şərti ilə antiseptik vurmaq olar. Ayaq barmaq aralarını silmək yaxşıdır, əsasən də şəkər xəstələri üçün. Tutaq ki, dırnaq kəsilən zaman da yod və ya digər antiseptik vurmaq olar. Lakin antiseptik maddələr yüksək konsentrasiya ilə uzun müddət dəriyə tətbiq olunsa, dərini yandıra bilər. Yəni sadəcə, silmək olar, amma pambığa batırıb üzərində saxlamaq olmaz”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO