Sosial 10.12.2019 21:17

Bunu təklikdə edərsən… – Tələbə yazır

Dərs bitdikdən sonra tələbələr bir-bir, iki-iki auditoriyanı tərk etməyə başladılar. Fakültənin dəhlizində iynə atsan yerə düşməzdi. Onlardan fərqli olaraq heç də evə tələsmirdim. Sanki, hansısa bilinməz bir hiss məni gözləməyə
məcbur edirdi. Ta ki, qarayanız, saçları çiynində bənd olan, alma yanaqlı, incə bir qız auditoriyadan çıxana kimi. Həmin anda tərəddüd içində vurnuxmağa başladım. Arxasınca gedim, ya getməyim? Bu ritorik sualın cavabını beynimdən daha tez ürəyim verdi. Əsasən ağılla hərəkət edərdim, amma bu dəfə beynim illərdir okeanın ortasında üzən aysberqə bənzəyirdi. O, jurnalı təhvil verikdən sonra iri addımlarla pilləkana tərəf gəldi. Bu anda məni bir hiss bürüdü. Bilmirəm, qorxuydu, həyəcanıydı, ya nəydi ancaq az qalırdı ürəyim sinəmi parçalayıb çölə çıxsın. Səssizcə ona yaxınlaşdım və heç nə olmamış kimi birlikdə addımlamağa başladıq. Universitetin həyətində bir neçə qrup yoldaşımız da bizə qoşuldu. Beləcə metroya qədər getdik.
Burada yoldaşlarımız bizdən ayrıldılar və metro stansiyaya endilər. Qaldı iki nəfər- o və mən. Əslində avtobusa minməli deyildim. Amma mən də onunla birlikdə piyada keçidindən keçərək dayanacağa getdim.
Sual verə bilərsiz ki, bəs o sənin hara getdiyini soruşmadı? Soruşdu. “Sən harda qalırsan?”. Bir dəfəyə “Mən burda qalıram “Gəncliyə” dostlarımla görüşməyə gedirəm” dedim. O, bu anda dodaqlarının altında narazılıq bildirdi. Nə dediyini eşitmədim. Təkrar etməsini istəsəm də “heç” deyib üstündən keçdi.
“6” nömrəli avtobus gəldi və biz avtobusa mindik. Yol boyunca müxtəlif söhbətlər edirdik. Bir-birinə aid olmayan mövzulardan danışsaq da söhbətlərin arasında keçidlər elə alınırdı ki, pozulmurdu. Avtobusdan düşəndən sonra piyada xeyli yol getdik. Söhbət isə olduğu kimi davam edirdi. Nədən danışmırdıq ki?  Hər şeydən biraz-biraz.
Başımız söhbətə qarışmışdı. birdən  dedi ki, mən artıq çatdım. Bu cümlə sözümü ağzımda qoydu… Sonra yenidən “Gənclik” metrostansiyasına qayıtdım. Orda, həqiqətən də, dostum məni gözləyirdi. Görüş o qədər də vacib deyildi. Sadəcə bir bəhanə idi. Bir neçə dəfə bu bəhanə ilə qara gözlərə yoldaş oldum. Hər dəfə narazılıq bildirirdi. Amma məni qırmamaq üçün üzümə qarşı bu narazılığını ifadə etməyə çəkinirdi. Necə ki, mən də ona olan sevgimi bildirməkdən çəkinirəm.
Çox güman ki, bu yazını oxuduqdan sonra söhbətin səndən getdiyini anlayacaqsan. Amma səndən bir xahişim var. Əgər mənə şillə vurmaq istəsən ya da da şillə kimi cavab vermək istəsən bunu təklikdə edərsən….
 Qasım Xuluflu,
BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO