Maraqlı 01.04.2019 00:03

BÜRCLƏR – 1 aprel

Qoç – Dolu və gərgin gündür. İşləriniz çoxdur və bunların hər biri özlüyündə maraqlıdır. Çox məşğul olsanız da, yorğunluq hiss etməyəcəksiniz. Enerjiniz kifayət qədərdir. Eksperiment etmək, qeyri-standart metodlardan yararlanmaq olar.

Şəxsi həyatınızda yenilik edə, yaxud onu tamamilə dəyişə bilərsiniz. Ancaq yaxşı olar ki, tələsməyəsiniz: bu gün qəbul etdiyiniz qərarlar nəinki sizin, hətta yaxınlarınız üçün də vacibdir. Qeyri-adi əşyalar, əntiq mallar, əl işləri almaq olar.

Buğa – Özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Mərhəmətiniz və alicənablığınız diqqətdən kənarda qalmayacaq. Bəziləri sizin hərəkətlərinizlə qürur duyur, bəziləri isə bundan öz xeyirlərinə istifadə edərək sizi idarə etməyə çalışırlar. Təmaslarda ehtiyatlı olun.

Ailə məsələləri, ev problemlərini həll etmək üçün çox yaxşı gündür. Sərtlik və nəzakətsizlik göstərmədən həm özünüzün, həm yaxınlarınızın həyatında səliqə-sahman yarada bilərsiniz. Maraqlı təkliflər ala bilərsiniz. Bir çox Buğalar üçün gözəl perspektivlər yaranır.

Əkizlər – Xeyli maraqlı məsələnin öhdəsindən gəlməlisiniz. Ağlınızı işlədin, üzdə olan həllər heç də ən yaxşıları deyil, bir az dərin düşünün. İstedadlarınızı nümayiş etdirmək üçün əla gündür: çox güman ki, həyatınızı dəyişdirə biləcək insanlar həmin qabiliyyətlərinizi görüb qiymətləndirəcəklər.

Yeni layihələrə başlamaq olar. Amma onlar da öz növbəsində yeni bir sahənin öyrənilməsinə yönəlsə, pis olmaz. Bir çox Əkizlər həyati dərslər alacaq, dəyərli təcrübə toplayacaqlar. Günün ikinci yarısını yaxınlarınızla keçirməyiniz məsləhətdir.

Xərçəng – Bir çox Xərçənglər bu gün qeyri-adi qərarlar verəcək, həyatlarını müəyyən qədər dəyişəcəklər. Yeni zirvələr fəth etməkdə onlara mane olan əlaqələri qırıb, vərdişləri tərgitməkdə bu gün qərarlısınız. Məqsədyönlülüyünüz ətrafınızdakılara həddən ziyadə görünə bilər, ancaq məhz onun sayəsində istədiyinizi alacaqsınız.

Sahibkarlıq fəaliyyətində bəxtiniz gətirir, çox sərfəli sövdələr bağlaya bilərsiniz. Olsun ki, köhnə borclarınızı qaytarsınlar. Həmçinin heç gözləmədiyiniz mənbədən pul ala bilərsiniz. İri alış-veriş etmək olar.

Şir – Sağlam düşüncə və məntiqin sayəsində yeni problemlər yaratmadan köhnələri həll edə bilirsiniz. Həm işgüzar, həm dostlarla ünsiyyət üçün münasib gündür. Danışıqlar bir qədər uzana bilər, ancaq nəticəsi məhz siz istəyən kimi olacaq. Axşam həm işgüzar, həm əyləncəli səfər üçün münasibdir.

Günorta istirahət üçün vaxt tapın, yoxsa səhhətiniz pisləşə bilər. Televizor, yaxud kompüter monitoru qarşısında çox oturmayın, qaranlıqda oxumayın – gözləriniz ciddi zədə ala bilər.

Qız – Sizin qətiyyətiniz heyrət doğurur. Məhz onun sayəsində başqalarının uduzduğu yerdə siz qələbə qazanırsınız. Təşəbbüs göstərin, ideyalarınızı reallaşdırmağa çalışın. Hər zaman tərəfdaş tapmaq olmur, ancaq siz elə təkbaşına da əla nəticələr qazanırsınız.

Yaxınlarınızla münasibətləriniz yaxşılaşır: fikir ayrılıqlarına son qoya, güzəşt əldə edə bilirsiniz. Köhnə əlaqələrin bərpası üçün münasib gündür. Yeni bir eşq macərası da başlaya bilər – hər şey sizin özünüzdən asılıdır.

Tərəzi – Gərginlik artır: xeyli yeni tapşırıq alırsınız, üstəlik, rutin problemlərin həlli də xeyli vaxtınızı alır. Bir çox Tərəzilərin onlar üçün gerçəkdən də maraqlı olan işlərə sadəcə vaxtları qalmayacaq. Yalnız çox intizamlı və çevik Tərəzilər bütün işlərin öhdəsindən gələ biləcəklər.

Yeni, irimiqyaslı və mürəkkəb layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Birgə layihələr isə istisnadır: həmkarlarınızın, iş ortaqlarınızın, dost və qohumlarınızın köməyi ilə dağı dağ üstə qoya bilərsiniz. Təbii ki, əgər buna həvəsiniz varsa.

Əqrəb – Gücünüzün, yaxud enerjinizin azlığından şikayət etməyəcəksiniz. İstənilən maneəni dəf edə, istənilən məsələnin öhdəsindən gələ bilərsiniz. Planlaşdırın: bir çox şey məqsədləri nə dərəcədə düzgün təyin etməyinizdən asılıdır. Şöhrətpərəst Əqrəblər işdə vəzifələrinin artmasına nail ola bilərlər.

Eyhamlardan qaçır, sizi narahat edən şeylər barədə açıq danışırsınız. Bu, şəxsi problemləri tez həll etməyə, qarışıqlıqdan qurtulmağa kömək edir. Ancaq zarafatlarınız çox sərtdir, onlar yaxınlarınızı kədərləndirir.

Oxatan – İstənilən müştərək iş üçün uğurlu gündür. Nüfuzlu şəxslərin dəstəyini qazanmağa çalışın – bu, qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda çox köməyiniz olar. Ənənələri pozmaq, eksperimentlər aparmaq məsləhət deyil. Yaxşı olar ki, yoxlanmış metodlardan istifadə edəsiniz.

Romantik macəralar mümkündür. Sizi maraqlandıran adamları tez bir zamanda özünüzə aşiq edirsiniz, eyni zamanda da tez də vurulursunuz. Artıq müəyyən münasibətləri olanlar isə bu əlaqələrini daha ehtiraslı etməyə, ona yeniliklər gətirməyə tələsəcəklər.

Oğlaq – Şəxsi xarakterli problemlər önə çıxır, iş məsələləri isə arxa plana keçir. Vəzifələrinizi yerinə yetirməyə həvəsiniz yoxdur, bu səbəbdən də gərək nəticədən şikayətlənməyəsiniz. Bu, ciddi itkiyə yol açmayacaq, bir qədər sonra bu gün başlayıb, bitirə bilmədiyiniz işləri yekunlaşdıracaqsınız.

Evdə səliqə-sahman yaratmağa çalışın: əşyaları öz yerlərinə yığmaqla həm onların lazımsız olanlarından, həm başınızdakı pis fikirlərdən qurtulursunuz. Ciddi söhbətlər, müzakirələr və vacib məsələlərin həlli üçün uğurlu gündür.

Dolça – Daha vacib hadisələr şəxsi həyatınızda baş verir və ilk növbədə onlara diqqət yetirin. Xoşbəxtlikdən, işdəki şərait buna imkan yaradır. Məsləhətləri dinləyin, xüsusilə əgər bunları qadınlar verirlərsə: çox faydalı sözlər eşidəcəyinizdən əmin olun. Pul ala bilərsiniz. Bəzi Dolçalar bir anda bütün maliyyə məsələlərini çözə bilmək üçün şans qazanacaqlar.

Köçmək, yaxud uzunmüddətli planlaşdırma barədə düşünmək olar. Uzun müddət sizi narahat edən sualların cavabını tapa bilərsiniz.

Balıqlar – Qohumlarınızla münasibətlərinizə diqqət edin, yaxınlarınızın qayğısına qalın. Şəxsi və ailə məsələləri bu gün birinci yerdədir. Bəzi Balıqlar özlərini tamamilə ev işlərinə həsr edəcək, iş yeri və əyləncə barədə unudacaqlar. Səfərlərə gedərkən nəzərə alın ki, onlar gözlənildiyindən daha uzun sürə bilər.

Axşamı qeyri-formal ünsiyyətə həsr etmək olar. bu zaman nüfuzlu insanlarla da görüşə bilərsiniz. Ətrafınızdakılar sizin hansısa çoxdankı qələbə və ya nailiyyətlərinizi yada sala bilərlər. Qazandığınız təcrübə və bilikləriniz bu gün çox karınıza gələcək. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO