Maraqlı 01.08.2019 08:45

BÜRCLƏR – 1 avqust

Qoç – günün ilk yarısında iradəsiz davranmayın. Bu və digər qərarı qəbul edəndə çox düşünməyin. Şanslarınızı əldən verməyin. Vaxt itkisinin fəsadları kritik ola bilər.

Həddən ziyadə fəallıq və ifrat təkidlər üçün əlverişli zaman deyil.

Günün ikinci yarısında həmkarlarınız və ya tərəfdaşlarınız arasında bir şəxsin davranışı sizdə narahatlıq yarada bilər. Problemləri birgə fəaliyyət nəticəsində aradan qaldırmaq olar.

İşlərin ən əhəmiyyətli hissəsini özünüz görün. Önəmli məsəlləəri başqalarına həvalə etməyin.

Buğa – məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil.

Aramla davranın, yüz ölçüb bir biçin.

Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər.

Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın.

Tənqidi ifrat aqressivliklə qarşılamayın.

Əkizlər – günün ilk yarısında yaxşı tanımadığınız insanlarla birgə fəaliyyət barədə ideyaları ertələyin. Sınanmış insanla adət etdiyiniz şəraitdə çalışın

Fəaliyyətinizlə bağlı müntəzəm fiziki yükə məruz qalırsınızsa, bir qədər dincəlin. Qüvvə və enerjinizi bərpa edin. Əks halda mənəvi, psixoloji və fiziki yorğunluq hiss edəcəksiniz.

Günün ikinci yarısında işdə rəhbərlik sizə çeşidli tapşırıqlar verəcək. İşin öhdəsindən layiqincə gəlməyə çalışın.

Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Tələsmədən, aramla işləyin.

Axşam saatlarında normal istirahət edin.

Xərçəng – əvvəlcədən hazırlanmış planlara günün ilk yarısnıda nəzərdə tutulmamış əlavələr və yenilənmələr ola bilər. İşlərinizi təkbaşına görməyə çalışın. Müsbət emosiyalar irəliyə doğru hərəkətinizi daha da sürətləndirə bilər.

Günün ikinci yarısında alacağınız bütün təklifləri nəzərdən keçirməyə can atmayın. Seçdiyiniz istiqamətlə hərəkət edin. Axşam saatlarına yaxın yeni tanışlıqlar və ünsiyyət istisna deyil.

Dəyər verdiyiniz insanların istəklərini qulaqardına vurmayın.

Şir – yaradıcılıq, planların reallaşdırılması və müzakirələr üçün münasib zamandır. Ağır və rutin işdən qaçmayın. Gəlir əldə etmək üçün ən kiçik şansları dəyərləndirin.

Günün ikinci yarısında xarici görkəminizə fikir verin. Axşam saatlarında ciddi danışıqlarda mövqeyinizdən geri çəkilməyin. Kimlərinsə ani istəklərinə görə illər sərf etdiyiniz zəhmətinizi qurban verməyin.

İradəli, hətta zərurət yaranarsa sərt olun.

Qız – yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə çalışmayın. Müstəqil olun, diqqətli davranın. Heç nədə ifrata varmayın. Davranış və xahiri görünüşünüzdə kardinal dəyişikliklər zamanı deyil. Belə yenilikliklər xeyirdən çox zərər vəd edir.

Günün ikinci yarısında işgüzar təmaslarda birmənalı olmayan sözlərə diqqətlə qulaq asın. Şirnikləndirici vədlərə inanmayın. Tərəfdaşların və ya şəriklərin fəaliyyətində qüsurlar varsa, bu barədə açıq danışın. Örtülü bazarın dostluğu pozduğunu unutmayın.

Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi – günün ilkin yarısında planlarınızı təftiş edin, qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanların suallarının hamısını cavablamaq məcburiyyətində deyilsiniz. Bununla yanaşı, qeydləri və iradları qulaqardına vurmayın.

Günün ikinci yarısı yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Dostlar və müttəfiqlərin yeni planını diqqətlə dinləyin. İnanılmış, etibarlı insanlarla çalışmağa üstünlük verin. Əgər kimsə sizə sirrini etibar edisə, heç bir halda o məlumatları aşkarlamayın, orada-burada danışmayın.

İşdə rəhbərlik sizdən ciddi məsələ ilə bağlı yardım istəyəcək. Sakit çalışın.

Əqrəb – dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın.

Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar.

Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir.

Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz.

Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər.

Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız.

Oxatan – günün ilk yarısında sual doğuran məsələlər çox olacaq. Fəaliyyətinizdə önəmli məqamı nəzərdən qaçırmayın. Situasiyanı izləyin. Son xəbərlər və məlumatlardan xəbəriniz olsun. Çalışdığınız yerdəki dəyişiklikləri diqqətlə izləyin.

Günün ikinci yarısında qəfil hadisə baş verəcək. Təmkinli olun, hadisələrin axarına fikir verin. Qohumlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Dostla görüş üçün pis zaman deyil.

Oğlaq – günün ilk yarısının emosional fonu gərgindir. Sizə yaxın insanlardan biri həll edə bilmədiyi problem, çözməkdə çətinlik çəkdiyi məsələ ilə üzləşib. Qayğıkeş olun, yardım edin. Peşəkar bilik və bacarıqlarınızı artırın.

Günün ikinci yarısında mütəxəssis, yaxud da təcrübəli insanın məsləhətindən imtina etməyin. Qorxular, şübhələr və tərəddüdlərin əsiri olmayın. İşini bilənlərə inanın, onlara etibar edin. Daxilinizdəki neqativdən qurtulun.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Dolça – şəxsi məsələlərdə və fəaliyyət müstəvisində düşünülməmiş təşəbbüslər, mənasız aktivlik yalnız ziyan vura bilrə. Çalışdığınız kollektivdə münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır.

Günün ikinci yarısında istənilən ağırlıqdakı problemi məntiqli yanaşma ilə həll etmək olar. Çevik və fəndgir olun. Dəyər verdiyiniz insanların qayğıya ehtiyacı var.

Axşam saatlarını özünüzə həsr edin.

Balıqlar – bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın.

İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər.

Ona görə də enerji, əzm və qətiyyətlə işləyin.

İşi yarımçıq qoymayın.

Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO