Maraqlı 11.06.2019 08:45

BÜRCLƏR – 11 iyun

Qoç – Leda və Tefeyanın münasibətləri nəyin bahasına olursa-olsun, irəliləyişə və uğura nail olmağa çalışacağınız günü vəd edir.
Situasiyanın istənilən vasitədən yararlanmağı tələb etdiyini düşünə bilərsiniz. Amma belə davranış sizə yeni problemlər yaradacaq, çünki intriqa məharətiniz yoxdur. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin.
Sözünüzün üstündə durun. Halbuki o vədə sonradan təəssüflənə bilərsiniz.
Sövdələşmə və gəlir əldə etməyə yönəlmiş işlər üçün uğurlu gündür.
Əks cins mənsubu ilə münasibətlər yaxşı alınacaq.

Buğa – Umbriel və Lisiteyanın münasibətləri uğursuz emosional fonlu gün vəd edir. Əhval-ruhiyyəniz stabil deyil. Sizi təbdən çıxarmaq üçün ən cüzi məsələ yetər.
Xırdalıqlar və təfərrüatlara görə narahat olaraq mühüm məqamı gözdən qaçırmayın. Yaxın adamlarla fikir ayrılığı yaranacaq. Asan olmasa da, münaqişəyə yol verməyin.
Önəmli maliyyə və əmlak məsələlərini həll edin. Biznes və sövdələşmələr üçün uğurlu gündür.
İşgüzar danışıqlar uğurla başa çatacaq.

Əkizlər – Mimas və Hiperionun münasibətləri sizə yaxşı gün vəd edir. Günün uğurları təsadüfi deyil. Onlar zəhmət və əzmin sonuclarıdır.
Fiziki iş sizə həzz verəcək. Lakin belə işə başlamazdan əvvəl nəyi necə edəcəyinizi müəyyənləşdirin. Dəqiq fəaliyyət planı olmadan vaxtınızı hədər xərcləyəcəksiniz.
Gəzinti, aktiv istirahət, idmanla məşğul olmaq əhvalınızı yaxşılaşdıra bilər.
Əgər enerjinizi sərf etməyə yer tapmırsınızsa, onu dinc məcraya yönəldin. Aqressiv, impulsiv və sərt davranmayın.
Münaqişələrə yol verməyin, yaxın ətrafınızdakı insanların mövqelərini və hisslərini nəzərə alın.

Xərçəng – Amalteya və Fobosun münasibətləri nikbin gün vəd edir. Problem yarana bilər, amma ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaq, məqsədinizi reallaşdıracaqsınız.
Həmin uğurlu günün nə zaman olacağı isə sizin qətiyyət və əzminizdən asılıdır. Əvvəllər sizinlə bağlı neytral mövqe tutan və hətta bədxahlarınızı dəstəkləyən insanlar indi müttəfiqinizə çevriləcəklər.
Ailə üzvləriniz və yaxınlarınızın əhvalını yüksəldin, onların ruh düşkünlüyünə qapılmasına imkan verməyin. Ailədə hüzur və harmoniya sizdən asılıdır.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq.

Şir – Serera və Neptunun münasibətləri günün ilk yarısında itki, kiçik münaqişə vəd edir. Bu problemlər sizi ciddi narahat etməməlidir. Yaxın ətrafınızdakı insanların tənqidlərinə və açıqlamalarına çox sərt, aqressiv reaksiya verməyin.
Umu-küsü və incikliyin real səbəbi olmaya bilər. Reaksiyanızı nümayiş etdirməməyə çalışın. Əks təqdirdə sonradan peşman ola bilərsiniz.
Sizə əziz insanlarla ünsiyyətdə problemlər yarana bilər. Uzaq səfərlərə yollanmaq məsləhət deyil.
Axşam saatlarında ehtiyatlı olun.

Qız – Pluton və Marsın münasibətləri günün ilk yarısının uğurlu olacağını vəd edir. Baş verən olaylara rəğmən, əhvalınız yaxşı olacaq. Lakin qələbənizə həddən ziyadə inanaraq xırdalıqlar və detalları nəzərdən qaçırmayın.
Yaxın ətrafınızdakı insanlar da sizə baxaraq əzmli və qətiyyətli ola biləcəklər.
Qeyri-standart həllər, hətta özünüzü belə, təəccübləndirəcək qərarlar günüdür. Gözlənilməz görüşlər istisna deyil. Onlardan biri yeni münasibətlərin əsasını qoya bilər.
Ailə işləri, yaxınlarınız üçün dəyərli olan məsələlərin həlli üçün əlverişli gündür.

Tərəzi – Haumea və Yerin münasibətləri istənilən yaradıcı proseslər üçün uğurlu gün vəd edir. Yaxşı ideyalar və fantaziya qıtlığından şikayətlənməyəcəksiniz.
Qəfil təkliflər istisna deyil. Təklifləri qəbul etsəniz, qiymətli təcrübə əldə edə bilərsiniz. Yeni tanışlıqlar qazanmaq olar. İnsanlarla asanlıqla dil tapın, onları dürüst dəyərləndirin.
Səfər, gəzinti, maraqlı yerlərə baş çəkmək üçün əlverişli gündür.
Günün ikinci yarısında səhhətdə problemlər yarana bilər. Ağrı, xroniki problemin fəsadlaranının üzə çıxması istisna deyil.
Orqanizmi gücə salmayın.

Əqrəb – Makemake və Veneranın münasibətləri sizdən günün ilk yarısında ehtiyatlı davranmağı tələb edir. Səhv etmək asan, onun nəticələrini aradan qaldırmaq isə çətindir.
Kimə etibar etmək, kiminlə də etinasız davranmaq gərəkdiyini müəyyənləşdirin. Yaxın ətrafınızdakı insanlardan birisinin sifətində maska var. Amma o maskanın arxasında hansı sima olduğunu bilmirsiniz.
İntuisiyanız həmişəki kimi, kəskin deyil. Qərar qəbul etmək asan deyil.
Günün ikinci yarısı daha uğurlu olacaq.
Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Məhsuldar, əzmkar, inadkar şəkildə çalışın.
Dostlar və qohumlarla ünsiyyət üçün əlverişli gündür.

Oxatan – Erida və Merkurinin münasibətləri başladığınız işlərdə uğurlar vəd edir. Tam yeni işə və ya layihəyə başlamaq olar. Yetər ki, qətiyyət və əzm nümayiş etdirəsiniz. Sürəkli, ağır işə hazır olun. Ağır fiziki iş istisna deyil.
Təmir və ya tikintiyə başlamaq, daşınmaz əmlakla bağlı əməliyyatlar aparmaq mümkündür.
Görüşlər xoş ola bilər. Maraqlı tanışlıqlar istisna deyil.
Tanımadığınız insana etibar etməyin.
Günün ikinci yarısında başlayacaq münasibətlərin uzunmüddətli perspektivi olmayacaq.

Oğlaq – Mars və Eridanın münasibətləri sizdən qıcıqlı, hirsli olmamağı tələb edir. Emosiyaları tamamən nəzarətdə saxlamaq mümkün olmasa da, buna can atın.
Emosiyalar sizə yaxın olan insanlarla münasibətlərinizə ağır zərbə vura bilər. Dürüst qərar qəbul etmək çətindir.
Yaxın ətrafınızdakı insanlar sizdən soyuqqanlı, təmkinli davranış gözləyirlər. Bu məziyyətləri nümayiş etdirməsəniz, onlar pərişan ola bilərlər.
Səhər saatlarında yaranan problemi günün ikinci yarısında həll etmək olacaq.
Sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə edərək suallara cavab ala bilərsiniz.
Zədə və travma riski var.
Fiziki iş, sürəkli gəzintidən imtina edin.

Dolça – Saturn və Veneranın münasibətləri istənilən faydalı işi məsləhət bilir. Sizin üçün çətin işlər yoxdur. Qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz.
Əsas məsələ emosiyalarınızı nəzarətdə saxlamaqdır. Çünki bu gün məhz emosiyalar sizə mane ola bilər. Yaxın ətrafdakı insanların hisslərinə mütləq diqqət yetirin. Əks təqdirdə münaqişələr yarana bilər.
Yeni tanışlıqlar üçün əlverişli gündür. Bu gün qarşılaşdığınız adamların bəziləri sizə sonradan faydalı ola bilər.
Maliyyə durumu stabil deyil. Ciddi, planlaşdırılmamış məsrəflər ola bilər.

Balıqlar – İmpulsiv, emosiyaların təsiri altında davranmayın. Hansısa addımı atmazdan əvvəl düşünün. Baş verənlərə yüksək sürətlə reaksiya verin, ətrafınızdakı insanları qabaqlayın. Lazımlı vaxtda lazımlı yerdə olun.
Şəxsi münasibətlərdə tələsməyin. Tələsik və düşünülməmiş qərarlar yaxşı heç nə vəd etmir.
Dost və ya qohumla fikir ayrılığı ola bilər. Ümumi mülkiyyət, şərikli maliyyə məsələlərinə görə münaqişə də istisna deyil.
Günün ikinci yarısında halsızlıq ola bilər.
Səhhətinizə fikir verin. Yuxusuz qalmamaq üçün streslər məngənəsindən qurtulun. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO