Maraqlı 11.07.2019 08:45

BÜRCLƏR – 11 iyun

Qoç – ideyalarınızı unutmayın. Onlardan birindən yararlana bilərsiniz. Bəzi ideyaları reallaşdıranda tələsməyin. Çətin məsələni çözmək gərəkdirsə, problemlərin həllinə yaradıcı yanaşın. Belədə işlər daha uğurlu alına bilər.

Günün ikinci yarısında kommersiya və ticarətlə bağlı məsələlərdə irəliləyiş ola bilər. Daxili durumunuzu dəyərləndirin, son addımlarınızı təhlil edin. Axşam saatlarında ağır işlə, intensiv fiziki təmrinlərlə məşğul olmayın. Səhhətinizin qeydinə qalın.

Vücudunuzda ağrılar hiss edə bilərsiniz.

Buğa – mövqelərinizi möhkəmləndirmək, irəliləmək, yeni zirvələr fəth etmək üçün yaxşı zamandır. Ətrafınızdakı insanların dediklərini qulaqardına vurmayın. Münasibətlər qarşılıqlı sayğı və hörmət əsasında olmalıdır.

Uzunmüddətli ödənişlərlə yanaşı, əlavə mənbədən gəlir istisna deyil. Mühüm saydığınız layihəni təkmilləşdirə bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda sərinliyə səbəb olmayın. Sizə xoş münasibət bəsləyən insanın qəlbini qırmayın, ürəyinə dəyməyin. Yalnız özünüzü, öz maraqlarınızı və mənafelərinizi düşünməyin.

Əkizlər – informasiya texnologiyaları və kommunikasiyalarla məşğul olursunuzsa, uğurlu zamandır. Məsləhətlərə qulaq asın, sizə dəyər verən insanların önəmini bilin. Ətrafınızdakı insanlardan biri ilə dil tapa bilərsiniz. Diqqətli olun, təhlil etməyə çalışdığınız məqamın təfərrüatlarını aydınlaşdırın.

Günün ikinci yarısında mövqeyinizi aydın şəkildə izhar edin, rəqibləri üstələməyə çalışın. Yazışmalarda sözləri ehtiyatla seçin.

Yaşam tonusunuzun səviyyəsini artırmaq üçün axşam saatlarına yaxın bir qədər istirahət edin. Bədən tərbiyəsini, idmanı unutmayın. Fəqət, özünüzü çox yormayın.

Xərçəng – vaxtınızdan rasional istifadə etmək üçün böyük problemləri kiçik çətinliklərə bölmək və onları mərhələlərlə həll etmək olar. Belədə ən mürəkkəb, məsuliyyətli işin öhdəsindən gələ bilərsiniz.

Bəzi məqamlarda güzəştə meylli olmaqda fayda var.

Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Yaxınlarınızla münasibətlərin qədrini bilin. Emosional olmayın, tələsik qərarlar verməyin. Vəziyyətdən hali olmamış kimsəni tənqid etməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Şir – gün problemlər və anlaşılmaz situasiyalar vəd edir. Hər şeyə rəğmən, əhvalınızı korlamayın, bədbinliyə qapılmayın. İşlərinizin nəticəsindən narazı qalmağınız, yaxın gələcəklə bağlı perspektivləri pis görməyiniz istisna deyil. Özünüzü itirməyin. Layihələrin bir qismində dəyişikliklər etmək, nüansları yeniləmək imkanları var.

Günün ikinci yarısında ailə işləri və məişət qayğılarında kəskin dəyişikliklər ola bilər. Planlarınızın zəruri dəyişikliklərə ehtiyacı var. Yeni şərtləri dəyərləndirin, situasiyanın məcrasını çözərək maraqlarınızı təmin edin.

Axşam saatlarında gəzintiyə çıxmaq məsləhətdir.

Qız – kiçik işlərə və rutin məsələlərə həddən artıq vaxt ayırmayın. Belədə önəmli məqamlardan biri nəzərdən qaça bilər. Əvvəlcə əsas problemlərin həllinə başlayın. Kiçik işlərin çözümünü isə sonraya saxlamaq olar.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla sirlərinizi bölüşməyin.

Şəxsi münasibətləri heç bir səbəb olmadan təftiş etməyin. Hissləriniz barədə yalnız inandığınız insanlara danışın. Əks təqdirdə dedi-qodu və şayiə obyektinə çevrilə bilərsiniz.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Tərəzi – dostların zarafatlarından inciməyin. Yaxınlarınızdan biri sizinlə xoş zarafat edəcək. Münasibətləri korlamayın, yumor hissinə malik insan olduğunuzu göstərin. Anlaşılmazlıq baş verə bilər. Fikir ayrılığı və ya ixtilaflar situasiyaya təsir edəcək. Ruhdan düşməyin. Əsla bədbinliyə qapılmayın.

Bir zamanlar dəstək verdiyiniz insan sizə yardım edəcək.

Günün ikinci yarısında yaradıcılıq potensialınızdan istifadə edin. Ev işləri və məişət qayğıları sizi cəlb etməsə də, o işləri qulaqardına vurmayın. Əks təqdirdə ailə üzvlərinin sərt tənqidi və narazılığı ilə qarşılaşa bilərsiniz.

Əqrəb – üçüncü şəxs barədə söhbətə sizi də cəlb etmək istəyirlərsə, belə müzakirədən uzaq durun. İşlərin öhdəsindən təkbaşına gələ bilərsiniz. Anlayacaqsınız ki, ən çətin problemləri çözmək iqtidarındasınız.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatlarına yaxın yorğunluq və bihallıq hissləri yarana bilər. İstirahət edin, əylənin. Yaxşı kitab da oxumaq olar.

Oxatan – günün ilk yarısında aparılan danışıqlar və müzakirələr pis alınmayacaq. Mövqeyinizin səbatlı və dürüst olduğuna qarşı tərəfi inandırın. Asanlıqla geri çəkilməyin. Amma bununla belə, sərt və kobud olmayın.

Məqsədə çatmağın yolları arasında hamısı yaxşı deyil. Təbii ki, özünüzü düşünməklə yanaşı, yaxın ətrafınızdakı insanların da maraqlarını nəzərə almalı olacaqsınız.

Günün ikinci yarısında vədləri yada salın. Kiməsə nəyisə söz veribsinizsə, edin. Öhdəlikləri yerinə yetirin. Yaxınlarınızla ünsiyyətlə kifayətlənməyin. İşləri başa vurmaq üçün yeni tərəfdaşa, müttəfiqə ehtiyacınız var.

Oğlaq – günün ilk yarısından etibarən hadisələrin məcrasında ciddi dəyişikliklər olacaq. Proseslərə süni təkan verməyin, düşünülməmiş addımlar atmayın. Gündəlik, rutin qayğıların həllini ertələməyin. Yeni layihənin reallaşmasını isə daha münasib vaxtadək təxirə salın.

Günün ikinci yarısında təşəxxüslü olmayın, bilik və bacarıqlarınızı nümayişkaranə şəkildə göstərməyin. Dostlarla münasibətlərə yenidən baxmaq, bəzi nüansları təhlil etmək olar.

Maraqlandığınız insanla kommunikasiyaları yeniləyin.

Dolça – münaqişə və mübahisələri həll edə bilərsiniz. Dartışmalar uzun, çək-çevirli olsa belə, çıxış yolunu arayın. Başqasının fikirlərinə sayğı ilə yanaşın. Maraqların qarşılıqlı təminatı üçün gərəkli addımları atın.

Günün ikinci yarısında gəlir əldə etməyiniz istisna deyil. Borcun qaytarılması, mükafat alınması ola bilər.

Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmaq istəyirsinizsə, zəhmət çəkməlisiniz. Prosesə üçüncü tərəfi cəlb etməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Balıqlar – günün ilk yarısından intensiv işləməyə çalışın. Məhsuldarlıq uğur vəd edir. Bəzi problemləri həll etmək asan olmasa da, situasiya sizin fəaliyyətinizə mənfi təsir etməməlidir. Üstəlik, çətinliklərin dəf olunması üçün orijinal metodlardan yararlana bilərsiniz.

Günün ikinci yarısında kommunikativ imkanlarınıza güvənin. Olaylara reaksiyanız sürətli olmalıdır.

Axşam saatlarında səhhətinizin qeydinə qalın. Müalicəyə başlamaq olar. Aktivliyi bir qədər azaldın. Dəyər verdiyiniz insanları dinləyin. Sevdiyiniz insanı sevindirin.(Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO