Maraqlı 12.02.2020 08:45

BÜRCLƏR – 12 fevral

Qoç – Çətin və qarışıq gündür. Başlağınız işə maksimum diqqətlə yanaşın. Tərəfdaş dəstəyi və ünsiyyətə tələbat artsa da, təmas dairəsini məhdudlaşdırın. Parlaq hadisələr və köklü dəyişikliklər zamanı deyil. Daxili rahatlıq və harmoniyaya nail olun.

Buğa – Məkanda yeni əhval və təmayüllər var. Əsas işləri başa vurun, nəticələrə baxın və yeni planlar qurun. Ünsiyyətə tələbat artır. Ümumi maraqlarınız olan insanlarla əlaqələri gücləndirin. Yeni ittifaq, əməkdaşlıq və işbirliyi qurmağın zamanıdır. Fəaliyyətinizi nizama salın, mühüm qərarlar verməyə, dəyişikliklərə tələsməyin.

Əkizlər –  Kollektiv fəaliyyət üçün əlverişli zamandır. Hərəkətlərin dəqiq uyğunlaşdırılması, məsuliyyət və səlahiyyətlərin bölgüsü gərəkdir. Saatlar keçdikcə hadisələrin axarında bir qədər yavaşlama hiss olunacaq. İşdə gecikmə yaranacaq, məlumatların alınma prosesi uzanacaq.

Xərçəng – Fəaliyyətin konkret, praktik yönlərinə daha çox fikir verin. Mənfəət indi olmasa da, az sonra realdır. Axşam saatları alış-veriş üçün əlverişlidir. Stressdən qurtulmağa çalışın.

Şir – Əvvəl başladığınız işləri uğurla başa çatdırmaq istəyirsinizsə, ayrılığa və güzəştlərə hazır olun. Hadisələrin yeni mərhələsi ərəfəsində mənasız hisslər və gərəksiz əlaqələrdən qurtulun. Yorğunluq, təmir, profilaktika kimi məqamlar qabarır. Səhhətinizə fikir verin. Baş verənlərə diqqətlə fikir verin, zərurət duyulan məkanda və ya anda güzəştə getməyi bacarın.

Qız – Aldığınız məlumat və ya xəbəri təhlil edin. Təxirəsalmalar, əlavə söhbətlər, sizə tam inanmayan həmkarların yaratdığı maneələr olacaq. Ev işlərindən birini bitirin. İntellektual fəaliyyətlə yanaşı, fiziki işi də unutmayın.

Tərəzi – Mənfəəti şübhə doğurmayan işə başlayın və onu yarımçıq qoymayın. Sizi maraqlandıran mövzuya bələd insanla daha çox ünsiyyətdə olun. Yazışın, danışıqlar aparın. Tərəfdaşın ümumi işə marağının azalmaması üçün əlaqələri səngitməyin.

Əqrəb – Qarşı tərəfin dediklərinə qulaq assanız, maraqları razılaşdırsanız, çətinlikləri dəf etmək olar. Maliyyə durumu ağırlaşa bilər. Qənaətcil olun, problemləri daha az vəsaitlə həll edin. Axşam saatlarına yaxın yaranan seçim zərurətində ənənəvi yanaşmadan vaz keçməyin, risk etməyin. Münasibətlər üçün asan zaman deyil.

Oxatan – Uğurlu və mənfəət vəd edən gündür. Çoxdan bəri həllini gözləyən problemi çözün. Əks təqdirdə qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyişdə ləngimələr və yerində saymalar olacaq. Cari işləri tərəfdaşla müzakirə edin. Ailə üzvlərinin məsləhətlərinə qulaq asın.

Oğlaq –  Enerjinizi gərəkli məcraya yönəltsəniz, problemlər aradan qalxacaq. Fiziki işlə məşğul ola bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Belədə əhvalınızı yaxşılaşdırmaqla yanaşı, yuxusuzluqdan qurtula bilərsiniz.

Dolça – Emosional fon stabil deyil. Mübahisə və ixtilaf riski böyükdür. Adi vaxtlardan fərqli olaraq həddən ziyadə sərt danışmayın, kobudluq etməyin. Ətrafınızdakı insanlar belə yaramaz davranışa dözmək məcburiyyətində deyillər. Ailə üzvləri ilə belə, münaqişə yarana bilər. Sakitləşin, emosiyalarınızı cilovlayın.

Balıqlar – Gərəkli informasiya, insanlar özü gələcək, situasiya formalaşacaq. Sizə qalan təhlil etmək, sistemləşdirmək və seçməkdir. Bütün işlərdə istədiyiniz nəticəyə nail ola bilməyəcəksiniz. Müqaviməti dəf edin, tənbəlliyə qapılmayın. Sonucdan razı qalana qədər çalışın. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO