Maraqlı 13.07.2019 08:45

BÜRCLƏR – 13 iyul

Qoç – günün ilk yarısı xoş emosiyalar vəd edir. Yeni işgüzar layihəyə başlamaq niyyətiniz varsa, tərəfdaş və şəriklərin sayını artırın. Faydalı əlaqələri intensivləşdirin. Yeni tanışlardan birinin məsləhətindən yararlanın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Büdcənizə uyğun davranın. Faydalı və qeyri-adi nəsnəyə yiyələnə bilərsiniz. Yaşam təcrübənizi, biliklərinizi artırın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Buğa – ciddi iş planlaşdırmayın: bu gün işdəki vəzifələrinizi unudub yeni təəssürat dalınca düşməyə meyllisiniz. Məntiqlə sağlam düşüncə sizin hətta ötəri həvəslərinizə davam gətirmir. Ciddi xərclər mümkündür.
Vədlərinizi unudaraq sizə güvənən insanı pis vəziyyətdə qoya bilərsiniz. Bu səbəbdən ətrafdakılarla münasibətlərdə ciddi problemlər yarana bilər, mübahisə və münaqişələr mümkündür. Axşama doğru səhhətiniz pisləşə bilər. Yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.

Əkizlər – yeni gün uğur vəd edir. Kommersiya və biznes işlərində ciddi irəliləyiş istəyirsinizsə, hər deyilənə qulaq asmayın. Sərvaxt, huşyar olun. Faydalı əlaqələrin sayını artırın. Yeni dostlar işlərinizdə yardımçı ola bilər.
Günün ikinci yarısında proseslərin fəal iştirakçısı olmayın. Donuq müşahidəçiyə dönməyin. Zahiri görünüşünüzə fikir verin. Maraqlandığınız şəxsin dediklərinə qulaq asın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.

Xərçəng – tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Kollektiv fəaliyyətdə mümkün qədər irəliləməyə can atın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Əlaqələrlə təmaslardan bəhrələnin. Dostlarınızla həmfikirlərin məsləhətlərini qulaqardına vurmayın. Sayıq, ehtiyatlı olun.
Çətinliyə düşmüş tanışa yardıma tələsin.

Şir – cazibədarlığınız sayəsində çox şeyə nail olursunuz. Ətrafınızdakılar sizinlə işləməyə həvəslənir, bunu gizlətmirlər də. Siz isə kimi seçəcəyinizə qərar vermirsiniz. Həm işgüzar, həm də şəxsi məsələləri həll etmək olar. Çox zaman idarə olunduğunuzu anlamasanız da, düzgün qərarlar verir və düzgün davranırsınız.
Ancaq problemlər də var. Bunlar, əsasən, sizin müəyyən həzzlərə can atmağınız sayəsində yaranır, həvəsiniz güclü və təhlükəli ola bilər.

Qız – günün ilk yarısı yorucu, usandırıcı təsir bağışlaya bilər. Buna rəğmən, situasiyadan məhsuldar şəkildə yararlanın. İmkanlarınızın və potensialınızın reallaşması üçün əlverişli şəraitdir.
Günün ikinci yarısında böyük layihəyə başlamaq olar. Məqsədə doğru hərəkətdə orijinal taktikadan istifadə edin. Peşəkar fəaliyyət müstəvisində istənilən innovasiya xeyirlidir.
Axşam saatlarında normal istirahət edin.

Tərəzi – fantaziyanıza güc versəniz, dolğun, maraqlı və parlaq gün olacaq. Yaradıcı potensialınız yüksəkdir. Demək ki, nə özünüz, nə ətrafınızdakılar darıxmağa imkan tapmayacaqlar. Üstəlik, dostlarınız gözlənilmədən sizə baş çəkə bilərlər. Darıxdığınız insanlarla görüşə bilərsiniz. Ola bilsin ki, bir vaxtlar ürəyinizə hakim kəsilmiş insan da özü barədə xatırlatsın.
Vacib məlumat alırsınız, faktların üstü açılır, bunlara nəzərən düzgün nəticələrə gələcəksiniz. Xoşunuza gəlməyən şeylərdən qaçmayın – bütün sahələrdə reallığın üzünə baxmaq vacib və faydalıdır.

Əqrəb – əvvəlki günlərdən fərqli olaraq daha asudə və sərbəst davrana bilərsiniz. Əhvalınız pis olmayacaq. Problemləri nikbinliklə həll edin. Yaşam və ya fəaliyyət şəraitini dəyişmək olar.
Günün ikinci yarısında risk edin, amma avantüralara qatılmayın. Qərarınızı reallaşdırmağa başlayanda bütün şərtləri nəzərə alın.
Günün ikinci yarısı qəfil, romantik tanışlıq vəd edir. Köhnə dostlardan biri ilə görüşəcəksiniz.

Oxatan – cari problemləri unutmayın, onların həllini təxirə salmayın. Maliyyə məsələlərində və şəxsi münasibətlərdə yarımçıqlıq sindromuna qapılmayın. Vaxtınızı xoş keçirmək istəyiniz fəaliyyətinizə mane olmamalıdır.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan maksimum istifadə edin. Epatajlı davranış modelini seçməyin. Parlaq imiciniz yeni faydalı əlaqələr yaratmağa imkan verəcək.
Axşam saatlarında dost yardımı və ya məsləhət birmənalı olmayan situasiyanın çözülməsində dadınıza çatacaq.

Oğlaq – danışıqlar vasitəsilə istənilən problemi həll etmək olar. Çalışdığınız kollektivdə effektiv əməkdaşlıq mühitinin yaranmasında iştirak edin. Aldığınız məlumatları yoxlayın. Hər sözə inanmayın.
Günün ikinci yarısında sizi narahat edən suallara cavablar tapa biləcəksiniz. Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin. Vədləri unutmayın, onları yerinə yetirin.
Axşam saatları harmonik söhbət və xoş anlar bəxş edəcək.

Dolça – günün ilk yarısı yaxşı başlayacaq. Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin. Diqqətinizi əsas məsələlərə yönəldin.
Günün ikinci yarısı yarımçıq işləri başa vurmaq üçün əlverişlidir. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sözlərinizə fikir verin. Hisslərinizi aşkar söyləməyin.
Təmkinli davranın.
Axşam saatlarında yeni tanışlıq, münasibətlərin aktivləşməsi istisna deyil.

Balıqlar – ağır zəhmətə, intensiv fəaliyyətə hazır olun. Məişət qayğıları və problemlərin sayının artması əhavalınızın pozulmasına, səhhətinizdə fəsadlar yaranmasına səbəb olmasın.
Ani hissələrə qapılaraq süstlük etməyin.
Günün ikinci yarısında nikbin davranın, yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Önəmli görüş, işgüzar müzakirə, yeni layihənin başlanması üçün əlverişli zamandır.
Axşam saatlarında evə qonaq gələ bilər. Vaxtınızı şən və maraqlı keçirin. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO