Maraqlı 13.09.2019 08:45

BÜRCLƏR – 13 sentyabr

Qoç – Bu gün yarana biləcək istənilən mürəkkəb situasiyalardan mütləq çıxış yolu tapacaqsınız. Əsla gözləmədiyiniz köməkçi və yardımçılar qəflətən peyda ola bilərlər. Planlaşdırılmamış gəlirlər də mümkündür. İş yerinin dəyişdirilməsi ilə bağlı təklif ala bilərsiniz.

Yaxınlarınız və ailə üzvlərinizlə münasibətləriniz harmonik, rəvandır, asanlıqla güzəştə gedirsiniz. Romantik görüş yaxşı keçəcək, xeyli təəssürat alacaqsınız. Sevimli insana xoş sürpriz etmək üçün əlverişli gündür.

Buğa – Ətrafınızdakı insanlara qəribə və mənasız təsir bağışlayan qərarlar qəbul edəcəksiniz. Amma hər şeyə rəğmən məqsədə doğru irəliləyirsiniz. Tənqidlər və məsləhətlər sizi yolunuzdan sapdırmayacaq. Günün ikinci yarısında çoxdan həll olunası problemi çözmək və mövqelərinizi möhkəmləndirmək şansı əldə edəcəksinz.

Diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlarda ehtiyatlı olun. Bu gün yeni, faydalı işgüzar əlaqələr yarada bilərsiniz. Sevdiyiniz insanlarla münasibətlərinizdə romantika artacaq.

Əkizlər – Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların az sonra bəzilərinin sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola bilərsiniz.

Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. Gün maraqlı, həyəcanlı olacaq.

Xərçəng – İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər.

Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin.

Şir – Çoxdan bəri kiminləsə mübahisə etmək istəyirdinizsə, istəyinizi bu gün gerçəkləşdirin. Opponentinizi “məğlub” etmək və özünüzə inandırmaq üçün bütün şanslarınız var. Nüfuzlu insanlar, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət, danışıqlar, müzakirələr üçün əlverişli gündür. Nəzərdə tutduğunuz işi görmək və ya layihəni həyata keçirmək üçün pul almaq şanslarınız var.

Şəxsi məsələlərdə gün neytral olacaq. Yeni təəssüratlar, parlaq emosiyalar istəyirsiniz. Təşəbbüskar olun. Ətrafdakı insanlar niyyət və planlarınızdan, çətin ki, xəbərdar olsunlar.

Qız – İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur.

Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.

Tərəzi – Gün asan olmasa da, baş verəcək hadisələr xeyrinizə ola bilər. Səhvlərdən nəticə çıxarmaq və başqalarının təcrübəsini təhlil etmək çox mühümdür.

Mühüm qərarları təkbaşına qəbul etmək istəsəniz də, təcrübəli insanların məsləhətlərinə qulaq asın. Həmin məsləhətlər niyyətlərinizə və planlarınıza tam uyğun olmasa da, dinləyin.

Şəxsi həyatınızda nəyisə köklü şəkildə dəyişməyə çalışmayın. Hər şeyi yerli-yataqlı düşünmək üçün bir qədər fasilə verin. Məqsəd və prioritetlərdə dəyişikliklər ola bilər. Yeni əyləncə və maraqların yaranması istisna deyil.

Əqrəb – Bu gün diqqət mərkəzində olmağa çalışın. Nə qədər çox diqqət cəlb etsəniz, bir o qədər yaxşıdır. Kiminsə uğurlarınıza paxıllıq edərək həsəd aparması mümkündür.

Fəqət, qarşınıza qoyduğunuz işi görməkdə sizə yardım edəcək insanlar daha vacibdir. Qəfil addımınız, gözlənilməz qərarınız rəqiblərinizlə düşmənlərinizi zəiflədə bilər.

Başqa şəhərdə yaşayan uzaq qohum və ya tanışdan xəbər ala bilərsiniz. Səfərə və ya səyahətə çıxmaq qərarına gələ bilərsiniz. Təhtəlşüura inanın.

Oxatan – Gün maraqlı məşğuliyyət, həlli maraqlı işə çevrilə biləcək məsələlərlə zəngin ola bilər. Qarşınıza qoyduğunuz məqsədə tez çatacaqsınız. Yeni tanışlarla asanlıqla dil tapacaqsınız. Köhnə dostlar və yaxın insanlarla mübahisə etməyin.

Münaqişələri həll etməyə can atın.

Qəfil təklif və dəvətlərin alınması istisna deyil. Hadisələrin baş verdiyi məcra xoşunuza gəlir. Yaxşılığa doğru dəyişikliklər başlana bilər.

Oğlaq – Eksperiment və qeyri-standart qərarlara hazır insanlarla ideyalarınızı bölüşsəniz, gün sizə yeni imkanlar vəd edir. Bu gün müttəfiq axtarışları ilə məşğul olun. Əfsuslar olsun ki, müttəfiq tapılana qədər ünvanınıza xoşagəlməz sözlər eşidə bilərsiniz. Deyilənləri ürəyinizə salmayın.

Nəticəsi sərfəli anlaşmalar olacaq uğurlu səfərlər və səyahətlər mümkündür. Gün iş axtarışları üçün də əlverişlidir. Kommersiya və ticarət ilə məşğul olanlar sərfəli anlaşmalara nail ola bilərlər.

Dolça – Aşkar və qaçılmaz sandığınız qərarların heç də hamısı doğru, vaxtında atılacaq addımlar deyil. Bunu əla anlayırsınız, amma ətrafınızdakı adamlar razı deyillər. Onların fikirlərini dəyişmək üçün xeyli vaxt sərf etməli olacaqsınız. Emosiyaların əsiri olsanız, rəqiblər sizi üstələyəcəklər.

Alış-veriş, gəzinti üçün yaxşı gündür. İnteryer və yaşayış yeri ilə bağlı yeni ideyalar sizi tapacaq. Günün ikinci yarısı hədiyyələr ala bilərsiniz.

Balıqlar – Kiçik problemlər və ətrafdakı insanlarla müəyyən anlaşılmazlıqlara rəğmən sakit olun, kefinizi pozmayın. Bədxahlar sizə ziyan vura bilməyəcəklərini anlasalar da, niyyətlərindən əl çəkmirlər. İş yerində vəziyyət pis olmayacaq. Yeni dostlar tapmağınız istisna olunmur.

Dostlar, yaxın insanlar, ailə üzvləri ilə səmimi ünsiyyət üçün əlverişli gündür. Ətrafdakı insanları anlamağa, onların istəklərini başa düşməyə çalışın. Şəxsi həyatınızla bağlı ciddi qərarlar qəbul edə bilərsiniz. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO