Maraqlı 14.05.2019 09:02

BÜRCLƏR – 14 may

Qoç – təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin.

Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz. Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq durun. Amma eyni zamanda bütün diqqəti sağlamlığa yönəltmək olmaz. Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil.
Buğa – siz bu gün göylərin himayəsindəsiniz. Rəqiblərinizi qabaqlamaq sizə çətin olmayacaq: onların öz problemləri və daxili münaqişələrinə başları qarışmaqdaykən siz öz məqsədinizə doğru inam və asanlıqla addımlayırsınız. Günün maliyyə vəziyyəti ürəkaçandır.

Çox uzaqlardan xoş xəbərlər ala bilərsiniz. Bir çox Buğalar həyatlarını kökündən dəyişməyin vaxtı gəlib çatdığını anlayacaqlar. Sevdiyiniz şəxsdən gözəl təklif ala bilərsiniz. Günün ortası tanışlıqlar üçün münasibdir, bunların istənilən biri romantik axarda davam edə bilər.
Əkizlər – şübhələr, həyəcanlar başınızı qatıb. Arzularınız və istəkləriniz təzadlıdır. Odur ki, bir saatın ərzində bir neçə fikir dəyişir, çabalayırsınız. Bununla paralel olaraq əhvalınız da yo-yo kimi “atılıb-düşür”. Sizi anlamaq çətindir. Yalnız sizi həqiqətən sevənlər kaprizlərinizə sakit yanaşır, əsəblərini cilovlayırlar.

Qərarsızlığınıza hakim olun, hövsələnizi basın, bir yerdə oturun. Yarımçıq işləri atmaq məsləhət deyil. Əgər hansısa layihəni bitirəcəyinizə əmin deyilsinizsə, ona heç əl vurmayıb başqa zamana saxlayın.
Xərçəng – çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.

Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız.
Şir – bu gün heç kimlə ünsiyyətiniz alınmır, xüsusilə də işgüzar danışıqlarda. Sonuncuları təxirə salın: əvəzsiz tərəfdaş kimi qəbul etdiyiniz şəxslərlə də savaşa bilərsiniz. Rəhbərliklə fikir ayrılığı meydana gələcək. Bəzi Şirlər hətta onları daha çox qiymətləndirəcək başqa iş yeri də axtarmaq istəyəcəklər.

Yaxın adamlarınızla isə daha yaxşı dil tapırsınız. Sizi, doğrudan da, sevənlər sizə məhz nəyin lazım olduğunu həmən anlayırlar. Dəyərli hədiyyələr, xoş sürprizlər, qəfil dəvətlər – günün ikinci yarısının sizə töhfəsi bunlardır. Axşama doğru səhhətiniz korlana bilər.
Qız – planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər.

Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin.
Tərəzi – işlər pis getmir. Ambisiyalı, məqsədyönlü adamlar üçün yaxşı gün sayılmaz. Çünki iş həyatında uğur qazanmaq elə də asan deyil. Əvəzində yaradıcı ideyaların, eyni zamanda çox cürətli planların həyata keçirilməsi üçün münasib vaxtdır. Bu gün daha çox sizə nəsə yeni bir şey öyrədə biləcək insanlarla ünsiyyət qurun.

Yaxınlarınız sizi başa düşməkdə çətinlik çəkirlər, münasibətlərdə gərginlik artır. Ancaq qəmlənməyə dəyməz, açıq söhbət hər şeyi yoluna qoyar. Kimdəsə özünüzə qarşı yaxşı təəssürat yaratmaq istəyirsinizsə, onunla axşama görüş təyin edin.
Əqrəb – ehtiyatlı olun, tempinizi azaldın, lap parovozun önündə qaçanlara oxşayırsınız. Təbii ki, bu hal çox təhlükəlidir. Bəzi planlaşdırılmış işləri yarımçıq qoymaq lazım gələcək. Çünki əməkdaşlıq etməyə hazırlaşdığınız şəxslər çatdırmır və gecikirlər. Yaranan boş vaxtı isə özünüzün şəxsi planlarınızın hazırlanması üçün istifadə edin.

Günün ortasında əhvalınız qəfil dəyişə bilər, qalan vaxtlarda isə stabil olacaq. Flirt üçün pis gün deyil. Amma əsl eşq macərasına ümid etməyin.
Oxatan – dostları, tərəfdaşları və müttəfiqləri seçərkən ehtiyatlı və diqqətli olun. Bu gün insanların çatışmayan cəhətləri asanlıqla gözünüzdən yayınır. Hətta aşkar olanı görmürsünüz. Bəzi Oxatanlar həyata keçirilməsi mümkün olmayan işləri üzərlərinə götürəcəklər.

Bu gün sadəlövhlüyünüz başınıza bəla aça bilər: etibarınızdan yararlanan düşməniniz sizi çətin bir oyuna salar. Sevdiyiniz şəxsin məsləhətlərinə diqqətlə qulaq asın, məhz o sizi qorumağa çalışır.
Oğlaq – neytral gündür. Yalnız gücünüz çatan işlərdən yapışın və yalnız özünüzə güvənin. Sizə kömək etməyə söz verən adamlar hansısa səbəblərdən (istəməyərək və ya qəsdən) vədlərinə xilaf çıxacaqlar. Maliyyə itkiləri gözlənilir.

Enerjiniz çoxdur. Yorğunluğun nə olduğunu bilməyəcəksiniz. Aktiv istirahət, gəzintilər, idman bu gün sizə gərəkli və faydalıdır. Əyləncəli məkanlara da gedə bilərsiniz, daha çox ayaq üstə olacağınız məkanı seçin.
Dolça – xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur. Amma əgər möhtəşəm ideyalarınız varsa, onları bir kənara qoyun. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli sövdələşmələr mümkündür.

Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə sevindirəcəklər.
Balıqlar – bu yaxınlarda buraxdığınız səhvlərin düzəldilməsi üçün münasib gündür. Canfəşanlıq etmək lazım deyil. Üstəlik, bəzi işlərinizdə köməkçiləriniz və müttəfiqləriniz sizə yardımçı olacaqlar. Gələcək planların müzakirəsini aparın: bu gün əldə etdiyiniz razılaşmalar sizi bir çox qayğıdan qurtaracaq.

Səfərlərə çıxa bilərsiniz. Amma bilet alınması, sənədlərin hazırlanması və s. kimi işləri yaxşı olar ki, başqalarına tapşırasınız. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO