Maraqlı 18.05.2019 08:30

BÜRCLƏR – 18 may

Qoç – günün ilk yarısında aktivliyinizin yüksək səviyyədə olmasına çalışın. Əks təqdirdə başladığınız işi başa vura bilməyəcəksiniz. Enerjili olun, geri çəkilməyin. İradəli olsanız, bir çox problemləri həll edə bilərsiniz.

Günün ikinci yarısında yaxşı gəlir və maraqlı işgüzar təklif istisna deyil. Şəxsi münasibətlərdə təşəbbüskar olun.

Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.

Axşam saatlarında yaxşı istirahət edin.

Buğa – günün ilk yarısında sayıq və huşyar olun. İşlə yanaşı, evdə də problemlərin yaranmasına rəvac verə biləcək zamandır. Ciddi səhvə yol verməyin. Bədxahlardan birinin yaxşı düşünüb hazırladığı manipulyasiya və ya intriqasına aldanmayın. Sakit, təmkinli olun.

Günün ikinci yarısında situasiyanın gərginlik səviyyəsi aşağı düşəcək.

Yaxınlarınızla ünsiyyət, dostlarla görüş və romantik təmaslar üçün münasib zamandır. Şəxsi münasibətlərə gəldikdə isə hissləriniz sizi aldatmayacaq.

Səhhətinizin qeydinə qalın.

Əkizlər – işdə yaranan bəzi çətinliklərə rəğmən irliləyişə nail olacaqsınız. Başladığınız işi tamamlayın. Yarımçıqlıqdan uzaq durun. Maraqlı işgüzar təkliflər ala bilərsiniz.

Günün ikinci yarısında cari, rutin fəaliyyətinizə bir neçə insan qatılacaq.

Alış-veriş etmək, maliyyə və əmlak məsələlərini həll etmək, müstəqil kommersiya fəaliyyətinə başlamaq olar.

İşgüzar duyumunuz pis deyil.

Axşam saatlarına yaxın yaxınlarınızla fikir ayrılığı yarana bilər. Ciddi mübahisə və ya münaqişəyə zəmin yaratmayın.

Xərçəng – haqlı olduğunuza, dürüst mövqeyə şübhə etməsəniz belə, yaxın ətrafınızdakı insanları dinləməkdən vaz keçməyin. Bu minvalla işdə problemlər və münaqişələrin qarşısını ala bilərsiniz. İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni ideyalarınız cəsarətli, novatordur.

Günün ikinci yarısında yaxınlarınızda münasibətlərinizi nizamlayın. Onlar sizi dinləməkdən daha çox öz işləri ilə məşğul olsalar da, aqressiv olmayın.

Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.

Şir – hadisələrin axarı rəvan olsa da, ən kiçik problemlərin ciddiliyini süni şəkildə artıraraq həyəcanlanmayın. Bəyənmədiyiniz insana və ya təqdir etmədiyiniz hadisəyə sərt reaksiya verməyin. Müsbət təmayüllərdən tam bəhrələnməyə can atın. Əks təqdirdə çeşidli imkanları əldən verəcək, uğur əldə etmək şanslarından yararlanmayacaqsınız.

Günün ikinci yarısında nəzərdə tutulmamış xərclər olacaq. Alış-verişdə diqqətli olun. Biznesə pul yatırmaq fikrinizi ertələyin. Sürəkli olaraq həyatlarından şikayətlənən bədbin insanlardan uzaq durun. Belə adamlardan sizə xeyir gəlməz.

Qız – əlverişli və yaxşı gündür. Müsbət təmayüllərin təsiri artır. Çətin məsələlərin öhdəsindən gələcəksiniz. Heç bir problem sizə həllolunmaz təsir bağışlamasın. İndiyədək dil tapmadığınız insanlarla münasibətlər rəvanlaşacaq. Uzun müddətdən bəri məhsuldar fəaliyyətə mane olan münaqişələri çözə bilərsiniz.

Peşəkar məziyyətlərinizi sezəcəklər.

Günün ikinci yarısında maraqlı işgüzar təklif ala bilərsiniz.

Yaxınlarınız bir çox ideyalarınızı dəstəkləməyə, məsləhət verməyə, yardım göstərməyə hazırdır. Axşam saatları romantik təmaslar üçün münasibdir.

Tərəzi – çətinliklər yox deyil. Amma müsbət təmayüllərin təsiri daha güclüdür. Gün prinsip etibarilə pis deyil. Məhsuldarlığınız yüksək olsun, fəal və enerjili çalışın. Planlaşdırdığınız işləri görüb başa vurun. Qəfil tapşırıq və sifarişi vaxtında yerinə yetirməyə çalışın.

Günün ikinci yarısında hisslərinizin fəaliyyətinizə maneələr yaratmasına imkan verməyin. Emosional gərginlikdən yayının. Rəğbət bəslədiyiniz insan bu gün sizinlə maraqlanacaq.

Axşam saatlarını ailənizə həsr edin.

Əqrəb – peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Adi günlərlə müqayisədə daha ağır və mürəkkəb işə başlasanız belə, onun öhdəsindən gələcəyinizə şübhə etməyin. İndiyədək sizinlə dəfələrlə çalışmış insanlardan dəstək alacaqsınız. Peşəkar məziyyətlərinizi nümayiş etdirin.

Yeni tərəfdaş və ya müttəfiq arayışları, danışıqlar üçün yaxşı gündür.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yaranmamalıdır. Bir-birinizi anlamağa çalışın.

Sevdiyiniz insanı xoş sözlə, həssas rəftarla sevindirin.

Oxatan – gərgin və çətin gün olacaq. Mənfi təmayüllərin təsiri güclənir. Həyəcan, təlaş, güclü neqativ hisslər az deyil. Hisslərin təsiri altına düşərək düşünülməmiş addım atmayın, səhv etməyin. İstənilən situasiyada soyuqqanlı davranmaq bacarığını dəfələrlə nümayiş etdirmiş insanların məsləhətlərini dinləyin.

Günün ikinci yarısı uzaqdan gəlmiş insanlarla müzakirələr və diskussiyalar üçün əlverişli deyil. Qarşılıqlı anlaşmaya nail olmaq çətinləşəcək. Münaqişə riski artır.

Sevdiyiniz insanla münasibətlərdə soyuqluğun yaranmasına imkan verməyin.

Oğlaq – əvvəllər başladığınız işləri davam etdirmək və tamamlamaq üçün əlverişli zamandır. Yeni layihəni reallaşdırmağa, yeni işə başlamağa tələsməyin. Situasiya bunun üçün uyğun deyil. Tənbəllik etməyin, süst davranmayın, emosiyaların əsirinə çevrilməyin. Yaxınlarınızla yanaşı, özünüzə qarşı da tələbkar olsanız, ciddi uğurlara nail ola bilərsiniz.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Lakin münasibətlərinizin istədiyiniz sürətlə inkişaf etməyəcəyinə hazır olun.

Axşam saatlarında yaşlı qohumlarla fikir ayrılığı yarana bilər. İxtilafa səbəb maliyyə məsələləri olacaq.

Dolça – söhbətlər və danışıqlar çox vaxt alır. Onların hamısı ilk baxışdan göründüyü təki faydasız deyil. Bir zamanlar əməkdaşlıq etdiyiniz insanla qəfil görüş ola bilər. Hal-əhvaldan sonrakı söhbətdə yeni layihənin konturlarının yaranması istisna deyil.

Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Alış-veriş uğurlu olacaq. Axşam saatlarında romantik təmaslar pis keçməyəcək. Fəqət gözlədiyiniz qədər pozitiv emosiyalar almayacaqsınız.

Balıqlar – önəmli gündür. Ətrafınızda yaşanan olayları diqqətlə müşahidə edin. Daha təcrübəli insanlardan nəyisə öyrənmək, faydalı təcrübəni əxz etmək imkanlarını əldən verməyin. İntuisiyanız kəskindir. Peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi münasibətlərdəki problemləri sürətlə həll edə bilərsiniz.

Günün ikinci yarısında alacağınız məlumatların hamısı dəqiq və aydın deyil. Fəqət, informasiyaları yadda saxlayın – gərəyiniz olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Onların bəziləri sizi aldatmaq, yanlış məlumatlar vermək istəyirlər.

Axşam saatlarında istənilən fiziki işdən imtina edərək yaxşıca dincəlin.(Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO