Maraqlı 02.09.2019 08:45

BÜRCLƏR – 2 sentyabr

Qoç – Gün sizə çox uğursuz görünür. Müsbət tendensiyalar arabir varlığını hiss etdirir, amma əhvalınızın düzəlməsi üçün bu kifayət etmir. Xüsusilə vacib görüşlərə gedənlər, seminar və konfranslar keçirən, kütlə qarşısında çıxış edənlər üçün çətin olacaq. Sadəcə sənədlər, alətlər və yaxud maraqlı bir kitabla başbaşa qalan Qoçların vaxtı daha yaxşı keçəcək.
Yaxınlarınızla münasibətləriniz hamar, amma bir az soyuqdur, bu isə sizi narahat edir. İnsanlar haqda dayaz düşünür, etibara layiq olmayan adamlara sirlərinizi verirsiniz.

Buğa – İşdə ciddi fikir ayrılıqları olacaq. Bunları aradan qaldırmaq üçün nəzakətli olmaq lazım gələcək. Düşündüyünüzü dilinizə gətirməyə tələsməyin. Amma yenə də “illah da deməliyəm!” niyyətindəsinizsə, öncə iki dəfə düşünün. Şəxsi maraqlarınız işdəki ilə heç üst-üstə düşmür, bu isə sizi təbdən çıxarır.
Günün ikinci yarısı xoş sürprizlər gözləyin. Çoxdan düşündüyünüz bir planı həyata keçirmək şansınız yaranacaq. Hadisələrin uğurlu inkişafı maliyyə vəziyyətinizi yaxşılaşdırmağa imkan verəcək.

Əkizlər – Günün birinci yarısı enerjinizin aşıb-daşdığını hiss edəcəksiniz. Mürəkkəbliyindən, qarışıqlığından asılı olmayaraq istənilən işin qulpundan yapışmağa hazırsınız. Peşəkar ambisiyalarınız güclənir, yaradıcı planlarınızı həyata keçirmək həvəsiniz də artır. Ancaq bu gün vaxtından tez “yanırsınız”: təsadüfən uğursuzluğa düçar olursunuzsa, başladığınız işə olan bütün həvəsiniz itir.
Axşam vəziyyət 180 dərəcə dəyişir. Qaraqabaq, qapalı birinə çevrilir, ünsiyyəti məhdudlaşdırırsınız. Yaxınlarınızın diqqəti və qayğısı sizi sevindirmək əvəzinə, daha da əsəbləşdirir. Sizinlə dil tapmaq çox çətindir.

Xərçəng – Məhsuldar gündür. İş görmək vaxtıdır. İrimiqyaslı işgüzar planlarınızı həyata keçirməyə çalışın. Xeyli məsələnin öhdəsindən gəlmək gücündəsiniz. Sizə şübhə edənlərə tam əksini sübut edə bilərsiniz. Vacib sənədlər, uzunmüddətli müqavilələr imzalaya bilərsiniz.
Ancaq emosional durumunuz elə də yaxşı deyil. Öz qələbələrinizə sevinmirsiniz. Bir çox Xərçənglər bu yaxınlarda yaranmış şəxsi problemləri səbəbindən narahatdırlar, qara fikirlərdən can qurtarmaq çətindir. Günün ikinci yarısında miqren və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.

Şir – İşə köklənmək elə də asan deyil. Çünki fikriniz tamam başqa yerdədir. Həmkarlarınızla mübahisələr mümkündür. Çətin ki, rəhbərlik vəzifənizi yerinə yetirmək tərzinizdən razı qalsın. Pulları havaya sovurmağa meyllisiniz. Nə ilə bitəcəyi barədə isə heç fikirləşmirsiniz.
Bu günün çətinliklərinə baxmayaraq, yaxşı əhvalı və həyata nikbin baxışınızı qoruyub saxlayırsınız. Vaxtilə birlikdə oxuduğunuz və yaxud ümumi elmi maraqlarla bağlı olduğunuz insanlarla görüşlər üçün əla gündür.

Qız – Müsbət və mənfi tendensiyalar sizin əhvalınıza hakim olmaq uğrunda sanki savaşa çıxıblar. Bu səbəbdən tarazlığı saxlamaq çətindir. Qarşınıza qoyduğunuz məsələləri həll etmək asan olmayacaq, amma təslim olmağa niyyətiniz yoxdur. Çoxdankı düşməninizə qalib gələ bilərsiniz, amma onun yerinə iki, hətta üç yenisi çıxacaq.
Yaradıcı fəaliyyətə köklənin, uzun müddət qurduğunuzu isə qoruyub saxlamağa, dağıtmamağa çalışın. Yeni ideya və maraqlar köhnələrini sizə unutdurmasın. Eyni sözləri romantik münasibətlər barədə də söyləmək olar.

Tərəzi – Asan və xoş ünsiyyətlər, görüşlər, işvə-naz və yüngül flirt günüdür. Vacib məsələlərin həllinə çalışmayın, onsuz da onlara lazımi ciddiliklə yanaşa bilməyəcəksiniz. Gizli saxlamaq istədiyiniz bir məlumatın yayılması mümkündür: narahatlığınıza rəğmən, bunun sizə ziyanı dəyməyəcək.
Bu gün şayiələr çox olacaq, heç birinə inanmayın. Qadınlarla münasibətlərdə təmkinli və ehtiyatlı olun: onlar öz maraqları xatirinə sizdən istifadə etməyə çalışacaqlar.

Əqrəb – Aktivlik bir çox işinizi irəlilədəcək. Bir növ – Veni-Vidi-Vici. Amma məhz lazım olan yerə getmək lazımdır. Yəni ölçüb-biçmək pis olmaz. Uğurlu işgüzar səfərlər mümkündür. Biznesmenlər  öz işlərini genişləndirmək şansı qazanacaqlar.
Vacib sənədlər, eyni zamanda şəxsi həyatınıza aid olanları imzalaya bilərsiniz. Ziyafətlər gözləntinizi doğrultmayacaq. Axşam dostlarınızla aranızda ciddi fikir ayrılıqları mümkündür.

Oxatan – Vaxtında kömək üçün müraciət etsəniz, çox şeyə nail ola bilərsiniz. Ancaq lazımi adamı tapmaq asan olmayacaq. İntuisiyanız, elə bil, ağzına su alıb. Kütlə qarşısında çıxışlar pis keçmir, amma çox yorur. Başağrısı, yaxud halsızlıq qazana bilərsiniz.
Maliyyəyə aid işlərdə ağıl nümayiş etdirirsiniz. Sövdələşmələr, iri alış-veriş üçün münasib gündür. İstedadlarınız üzə çıxır. Yeni pərəstişkarlarınız peyda olur.

Oğlaq – Bu gün çox çətin olacaq, yalnız axşama doğru müsbət tendensiyalar özünü göstərəcək. Bir qırağa çəkilin, gizlənin və gözləyin – bu, xoşagəlməz situasiyalardan qurtulmağın yeganə yoludur. Rəhbərlikdən, nüfuzlu adamlardan, dövlət idarələrinin işçilərindən uzaq durun.
Güclü və müdrik bir insanın dəstəyini qazana bilərsiniz. Ancaq bu o halda mümkündür ki, siz onun elə də xoşunuza gəlməyən məsləhətinə əməl etməyə özünüzdə güc tapasınız. Ailədəki fikir ayrılıqları sizi ciddi görünmür, amma onların kökü uzaq keçmişlə bağlıdır, düşünməyə dəyər.

Dolça – Xoş bir gün olacaq. Yaxşı əhval-ruhiyyəni günün sonunadək qoruya bələcəksiniz. Sizi sevindirmək üçün çox az şey gərəkdir. Sevdiyiniz adam sizdən diqqət və qayğını əsirgəmir. Dostlarla ünsiyyət üçün əla gündür. Onlar sizin hər bir ideyanızı dəstəkləyəcəklər.
İşdə vəziyyət elə də parlaq deyil, çünki bu sizi tamamilə maraqlandırmır. Eyni zamanda vəzifənizi düzgün yerinə yetirməkdən də imtina etmirsiniz və rəhbərlik sizdən razıdır.

Balıqlar – Günün birinci yarısı həddən artıq diqqət və ehtiyat tələb edəcək. Bu dövrdə yaxşı olardı ki, ümumiyyətlə heç nə etməyəsiniz, amma belə bir imkan çətin yarana. Ən azından, vacib qərarlar verməyə, bütün körpüləri yandırmağa tələsməyin. Həm fiziki, həm mənəvi gücünüzü qoruyub saxlayın.
Axşam daha xoş keçəcək. İstənilən faydalı fəaliyyət üçün münasib gündür. Yaradıcı potensialınız yüksəkdir, həm özünüzün, həm sizə yaxın olan insanların həyatını maraqlı etməyə çalışırsınız. (Milli.Az )

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO