Maraqlı 21.05.2019 09:00

BÜRCLƏR – 21 may

Qoç – Bu yaxınlarda başladığınız işi uğurla başa vurmaq üçün var qüvvənizlə çalışın. Yorulmağınız istisna deyil. Lakin ruhdan düşməyin, ətalətə qapılmayın, süst olmayın.

Mühüm işi yarımçıq qoysanız, narazılıq və natamamlıq hissləri sizi uzun müddət təqib edəcək.
Günün ikinci yarısında əhvalınızda müsbət dəyişikliklər olacaq. Hadisələrə daha nikbin baxacaqsınız.

Yaxın dost və ya sevdiyiniz insanla ciddi mövzunuzu müzakirə etmək istəyəcəksiniz. Uğurlarınız və ya əldə etdiyiniz nəticələrin dəyərləndirilməsini istəyirsiniz.

Axşam saatlarında ailə üzvləri ilə səmimi və həssas davranın.

Buğa – Yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın.

Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.
Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək.

Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarada bilər. Fəqət, emosiyalara aldanmayın.

Əkizlər – Tez və dərhal qazanc götürməyə, mənfəət əldə etməyə çalışmayın. Belə olarsa, bel bağladığınız gəlirdən ən son anda məhrum ola bilərsiniz.

Yol verdiyiniz səhvləri sıralamayın, yanlış davranmayın, tələsik və emosional qərarlar verməyin. Borc almaq və ya sərt qənaət rejiminə keçmək istəmirsinizsə, emosional olmayın, soyuqqanlı çalışın və deyilənlərə diqqətlə qulaq asın. Hər məsləhətə uymayın.

Axşam saatlarında dostlarla görüşün, gəzintiyə çıxın. Xəbər, mesaj və ya məktub ala bilərsiniz.
Söhbət zamanı gələcək planları müzakirə edin.

İşdə və ya şəxsi münasibətlər müstəvisindəki uğursuzluqlardan danışmayın.
Səhhətdəki problemlər müzakirə mövzusu deyil.

Xərçəng – Mütləq şəkildə niyyətinizə çataraq planınızı reallaşdırmağa çalışın. Cəsur, məqsədyönlü, ağıllı və məntiqli olun. Aktiv çalışın, irəliləyin, yerinizdə saymayın, süst və ətalətli olmayın.

İş başa çatandan sonra bir qədər dincəlmək, gərginlikdən qurtulmaq, istirahət etmək olar. Sakit, aram yaşam aramayın. Ciddi problemləri həll etməsəniz, nigaranlıq, qıcıq, uğursuzluğa düçar olacaqsınız.

Axşam saatlarında alış-verişdə diqqətli olun, aldığınız nəsnələrin keyfiyyətini və istifadə müddətini yoxlayın.

Şir – Gün ərzində emosional məzmunlu addımlar ataraq düşünülməmiş qərarlar qəbul etməyin. Günün iknci yarısında diplomatik davranın, özünütənqidi unutmayın.

Yaşlılara sayğı ilə yanaşın. Yaxın ətrafınızdakı insanlara gözəl estetik zövqünüzün olduğunu göstərin.

Xoşlanmadığınız insanın diqqəti, hətta “hədiyyə” vermək cəhdi ilə üzləşə bilərsiniz.
Axşam saatlarında rahatlıq arasanız da, ilk əvvəl narahatlıqla qarşılaşacaqsınız.

Səfər, təhsil, ünsiyyət, internetdə yazışma üçün əlverişli vaxtdır.
Emosiyalarınıza hakim olun.

Qız – Nəyin bahasına olursa-olsun, başlanmış işi başa vurun. Gərgin və emosional şəraitdə riskli addımlar ataraq müstəqil qərarlar qəbul edin.

İncikliyə vaxt sərf etməyin, əks təqdirdə işlər xoşagəlməz məcraya yönələcək. Günün ikinci yarısında dost ünsiyyəti, maraqlı xəbərlər, yeni yaradıcılıq ideyaları sizi stressdən qurtaracaq.

Əlaqələrlə ünsiyyətlərin bəzi qisminin virtuallaşacağı istisna deyil.
İnternetdə yazışmağa xeyli vaxt sərf edə bilərsiniz.

Şəxsi münasibətlərdə perspektiv və şanslarınızı dəqiqləşdirin, əvvəlki ssenariyə dəyişikliklər edin.

Tərəzi – Məqsədə yalnız maneələri dəf etməklə çatmaq mümkündür. Aktiv olun, planların həyata keçirilməsi prosesində əsla geri çəkilməyin, kimsəyə güzəştə getməyin, qətiyyətli və iradəli davranın.

Yalnız bu minvalla peşəkarlığınızı sübut edərək mübahisədə qalib gələ bilərsiniz. İşdə həmkarınızın qeyri-adekvat davranışı və rəhbərin qəzəbi ilə qarşılaşacaqsınız.

Günün sonlarında əylənmək, istirahət etmək, streslərdən qurtulmaq istəyəcəksiniz. Yalnız bir şərtlə: ideyalar, emosiyaları, pulları bədxərcliklə sərf etməyin.

Əqrəb – Yaranan şərtlər situasiyanı formalaşdırır. Rahat və harmonik yaşama nə qədər can atsanız da, şərtlərlə barışmaq məcburiyyətindəsiniz.

Gərgin iş qrafikində çalışmağa hazır olun.
Münaqişəni çözün, tapşırığı və sifarişi yerinə yetirin, başlanmış işləri başa vurun.
Günün ikinci yarısında ailə münasibətləri ön plana çıxır.

İş rejimi ağır olsa da, ailə üzvlərinin maraqlarının təminatını və onların tələblərinin yerinə yetirilməsini unutmayın. Şəxsi tələbatlarınız, planlarınız və prinsipləriniz iş rejimi ilə problemlər yarada bilər.
Axşam saatlarında dincəlin.

Oxatan – Mövqelərinizi qorumaq və irəliləyişə nail olmaq üçün hisslərinizə nəzarət edin. Qorxu, qəzəb, qısqanclığın öhdəsindən gəlin. Belə hisslər uğur şanslarınızı azalda bilər.

Günün ikinci yarısında intellektual imkanlarınızı, yumor hissinizi nümayiş etdirmək, yeni ideya və xəbərləri bölüşmək, bacarıqlarınızdan başqasının bəhrələnməsinə imkan yaratmaq şansları olacaq.

Dostdan və ya qohumdan xəbər alınacaq. Emosiyalar yox, məntiqə istinad edin.
İdeyaları yeniləyin, amma hisslərlə oynamayın.

Oğlaq – Bədxahın avantürasına, rəqibin yaramazlığına, işlərin çətinləşməsinə hazırlaşın. Seçim imkanlarınız çox məhduddur, çünki baş verənlərin təşəbbüskarları başqalarıdır.

Qalmaqallara qatılmayın və münaqişələrdən uzaq durun. Yalnız maraqlarınıza təhlükə olarsa, mənafeləriniz zərbə altında qalarsa və ya hüquqlarınız tapdalanarsa, irəli atılın.

Günün ikinci yarısında müstəqil olun. Şəxsi münasibətlərdə, peşəkar müstəvidə və ya maliyyə məsələlərində səhvə yol verməmək üçün tempi aşağı salın, hövsələsizlik və tələskənlik etməyin, nevroz olmayın.

Ən effektiv “silah”ınız strateji davranışdır. Ehtiyatlı, uzaqgörən, hesablı olun.

Dolça – Günün ilk yarısından etibarən qətiyyətlə irəliləyin, əzmli və inadkar olun. Sizdən asılı nə varsa, yerinə yetirin. Sükan arxasında, yolda, ictimai nəqliyyatda ehtiyatlı olun.

Texniki problemlər və ətrafınızdakı insanlarla münaqişə ola bilər.
Günün ikinci yarısı sizə sınaq hazırlayır.

Bədbinlik, yaxın insanlardan birindən bədgümanlıq, şəxsi münasibətlərdə peşmançılıq, işdə qüssə mümkündür.

Mühüm qərarların qəbulu üçün uğursuz vaxtdır. Səbəb isə yaşananlara çox bədbin münasibət bəsləməyinizdir.

Balıqlar – Gün ərzində hissləriniz sınağa çəkiləcək. Hətta ən sakit adam olsanız belə, qıcıqlana və hirslənə bilərsiniz.

Şəxsi münasibətlərlə yanaşı, işgüzar, maliyyə, peşəkar sahələrdə münaqişələr istisna deyil.
Ən destruktiv hisslər hirs, qısqanclıq, habelə işgüzar rəqabət və emosional qarşıdurma olacaq.
Günün ikinci yarısında səhhətinizdə problemlər istisna deyil.

Hisslər, adətlər və borc duyğusu məcrasında qarşıdurmalar ola bilər.
Münaqişələri pul, hədiyyə və ya tərif vasitəsilə həll etməyə çalışmayın. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO