Maraqlı 22.11.2019 08:45

BÜRCLƏR – 22 noyabr

Qoç – zəifliklərinizə müqavimət göstərin. Onlar çoxsaylı və müxtəlifdir, ancaq bunlara sinə gərmək üçün kifayət qədər gücünüz var. Unutmayın, bugünkü bütün hərəkətləriniz gec, ya da tez hər kəsə bəyan olacaq – odur ki, sonra utanacağınız bir addım atmayın.
Sənədlərin hazırlanması, dövlət orqanlarının nümayəndələri ilə təmaslar üçün münasib gündür. Vacib məlumatı vaxtında alacaq və ondan lazımi qaydada istifadə edəcəksiniz. Unutmayın, şəxsi işlərinizdə tələskənlik və həddən artıq qətiyyət göstərməyiniz hər şey korlaya bilər, götür-qoy etməlisiniz.

Buğa – uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq, ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür – bu, həm kefinizi qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır.
Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.

Əkizlər – çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək.
Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.

Xərçəng – ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Xərçənglər insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.

Şir – bu günün hadisələri bir çox Şirləri sevindirəcək. Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan perspektivlər çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün azacıq cəsarət gərəkdir. Maraqlı görüşlər mümkündür.
Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.

Qız – mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin.
İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.

Tərəzi – ətrafınızdakı vurnuxma və qarışıqlığa rəğmən sakitliyinizi qoruyub saxlayırsınız. Bu, diqqət və səliqə tələb olunan işlərdə müvəffəqiyyət qazanmağınıza imkan yaradır. Həmfikirlərinizlə aranızda fikir ayrılığı yarana bilər, ancaq haqlı olduğunuza dair sanballı dəlillər tapacaqsınız.
Başqalarının günahı üzündən pozulmuş istənilən cür münasibətləri bərpa etməyin tam zamanıdır. Müdrik və təcrübəli insanların məsləhətlərini dinləyin. O zaman başqalarının səhvlərini təkrarlamazsınız.

Əqrəb – gün gözlənilməzliklərlə doludur. Bu, sizi çox sevindirəcək. Baş verən hadisələr həyata baxışınızı və planlarınızı dəyişməyə sizi vadar edəcək. Yeni başlayacağınız layihə qarşınızda yeni peşəkar perspektivlər açacaq.
Romantik münasibətlərin inkişafını öz üzərinizə götürün: indi təşəbbüs göstərmək, əvvəllər cəsarət etmədiklərinizi etmək lazımdır. Risk etməkdən qorxmayın.

Oxatan –  diqqətinizi gördüyünüz işə yönəltsəniz, emosiyaları bir kənara qoyaraq ağlınıza güvənsəniz, gününüz əla keçəcək. Əhvalınız dəyişkən, arzularınız isə təzadlıdır. Zəifliklərinizə sinə gərin: qətiyyətiniz və məqsədyönlülüyünüzə görə peşman olmayacaqsınız.
Səfərlər üçün münasib gündür, şərait dəyişikliyi faydalı olacaq. Yeni tanışlıqlar qura bilərsiniz, ancaq diqqətli olun: təəssüf ki, bu gün sizə can atanlar arasında layiqlilərin sayı çox azdır.

Oğlaq – həyatınızda dəyişikliklər istəyirsiniz? Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri gözləyin.
İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.

Dolça – Çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin uğurlu istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı reallaşdırmağınıza imkan verəcək.
Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik münasibətlər başlayarsa, işiniz çətindir: sonrakı dövrdə anlaşılmazlıqlar, gizlinliklər sizi hövsələdən çıxara bilər.

Balıqlar – xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm qarşınıza qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala bilmədiyiniz bir insanı valeh etməyinizə imkan verəcək. Yaşlı qohumlarınızla münasibətlərinizi yaxşılaşdıra, çoxdankı münaqişələri həll edə bilərsiniz.
Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman məqsədlərinizi və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda, davranışınız xaotik, nəticələri isə xoşagəlməz olacaq. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO