Maraqlı 23.04.2019 09:00

BÜRCLƏR – 23 aprel

Qoç – Maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə inciklik, qalmaqal, müzakirələr istisna deyil. Köhnə əlaqələrdən birini qırmağa tələsməyin. Məntiqli olun, status-kvonu qoruyun.
Buğa – İrəliyə doğru sürətlə irəliləmək istəyirsinizsə, yaşamın intensiv ritminə uyğunlaşın. Astagəllik, süstlük, ətalət imkanlarınızı əhəmiyyətli dərəcədə azaldacaq.

Günün ikinci yarısında rəqibləri üstələyn. Sizə meydan oxuyan insanı geridə qoyun. Nəqliyyatda sayıq olun. Axşam saatlarına yaxın iş qrafiki gərginləşəcək. Bəzi rutin işləri “çaparaq” görmək gərəkdir.

Alış-verişdə bədxərclik etməyin. Maraqlarınızı kimsəyə güzəştə getməyin.

Əkizlər – Məhsuldar, sərfəli, hadisələrlə zəngin zamandır. Hadisələrin episentrində olun. Fəaliyyətiniz üçün zəruri məlumatı əldə etmək üçün sınanmış, etibarlı vasitələrdən istifadə edin. Yeni istiqamətdə ilk addımlar pis alınmayacaq.

Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olsanız, ən çətin işin öhdəsindən gələcəksiniz. Tərəfdaşınızın işlərinə kəskin müdaxilə etməyin. Sərt və aqressiv olmayın. Şübhəli adamlarla əlaqələri minimuma endirin. Etibarsız layihələrə baş qoşmayın. Təhlükəli avantüraların daha yaxşı, keyfiyyətli alternativləri var.

Xərçəng – Uğur bilavasitə yeni kursa hazırlıq, zamanla ayaqlaşmaq məharətinizdən asılıdır. Dünənki günlə yaşamaq, risklərdən kənar qalmaq ilk baxışdan rahat və cazibədar təsir bağışlasa da, sonucda ciddi geriləməyinizə səbəb olacaq. Səfərlər, yeniliklər üçün yaxşı zamandır.

Günün ikinci yarısı bilik və bacarığın artırılması, fərqli təmasların şaxələndirilməsi üçün yaxşıdır. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Təcrübə, xəbər, sifariş mübadiləsi etmək olar.

Axşam saatlarını internetdə keçirməyin.

Şir – Çox geniş layihəyə başlayaraq irrasional işlərlə məşğul olmayın. Nüfuzunuzu zərbə altına atmayın. Yaxşı zamandır. Amma bir müddət kölgədə qalsanız, heç pis olmaz. Biznesinizi kimsəyə etibar etməyin.

Günün ikinci yarısında ailə üzvlərinin tələblərini unutmayın. Fəaliyyətinizdə irəliləyişlər üçün vasitəçilərdən, muzdlu işçilərdən istifadə edin. Müraciət etdiyiniz insanların fırıldaqçılar, təsadüfi adamlar olmamasına fikir verin.

Əks təqdirdə bütün işlərdə durğunluq, hətta təhlükəli vəziyyət yaranacaq.

Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Qız – Yeni plan, metod, əlaqələr üçün münasib zamandır. İndi dumanlı, mücərrəd təsir başlayan məqsədlər tapşırıqları həll etdikcə, problemləri çözdükcə aydınlaşacaq. Yeni məqamlar əyan olacaq.

Fərqli insanlarla tanışlıq uğur vəd edə bilər. Bir şərtlə ki, çevik və sürətli olasınız.

Günün ikinci yarısında alışmadığınız vasitə ilə spontan metodlardan yararlanmaq zərurəti var. Stereotiplərdən uzaq durun. Köhnə standart və ya vərdişlərdən psixoloji asılılıq yaxşı heç nə vəd etmir.

Uğura aparan yolunuzdan sapmayın.

Tərəzi – Günün ilk yarısında imkanlarınız artacaq. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni istiqamət seçin. Əlavə stimula zərurət duymadan inkişaf edin. Yeni tərəfdaş axtarışına çıxmaq üçün əlverişli zamandır.

Günün ikinci yarısında məşvərət, müzakirələr və diskussiyalar aparmaq olar. Romantik münasibətlərdə intensiv mükalimələrə üstünlük verməyin. Etibar etdiyiniz insanın istəklərini nəzərə alın. İfrat dərəcədə tələbkar olmayın.

Qayğıkeş insan təsiri bağışlayın.

Əqrəb – Kommunikativ imkanlarınızı artırın. Sizin vaxtınızı və öz zamanını boşuna xərcləyən insanlardan uzaq durun. Yaşamdakı situasiyalar sizə yaxşı dərs olacaq. Yeni metodları sınayın, variantları yoxlayın. Gərəkli istiqamətdə irəlilədiyini düşündüyünüz insanın hərəkətlərini müşahidə edin.

Günün ikinci yarısında təcrübəli insanın məsləhətlərinə etinasız yanaşmayın. Tənbəllik etməyin. Fikrinizi ikinci dərəcəli məsələlərə yönəltməyin.

Axşam saatlarını ünsiyyətə və söhbətə həsr etmək olar.

Oxatan – Günün ilk yarısında başladığınız işin önəminə fikir verin. Qarşınızda maraqlı yollar çoxdur. Amma onların hamısı faydalı deyil. Hətta bəzi istiqamətlər yanlış və təhlükəlidir. Vaxtınıza dəyər verin. Təmaslarda seçimi dürüst bəlirləyin.

Günün ikinci yarısında sözlərinizə fikir verin. Arqumentləriniz inandırıcı və real olmalıdır. Belə davransanız, sizi uğur gözləyir. Məsləhət almaq, tərəfdaşlıq əlaqələri və şəxsi münasibətləri inkişaf etdirmək üçün yaxşı zamandır.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq – Daşınmaz əmlak və maliyyə məsələləri ilə məşğul olmaq üçün yaxşı zamandır. Alış-verişə yollanmaq olar. Lakin bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Şayiələrə, dedi-qodulara fikir verməyin.

Söhbət zamanı hisslərinizə nəzarət edin. Müstəqil fəaliyyətə alışsanız belə, kollektiv işin faydalarını anlayın və situasiyadan bəhrələnin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri addımları atın.

Axşam saatlarında aktiv olun.

Dolça – Günün ilk yarısından etibarən bütün sahələrdə aktiv fəaliyyət göstərə bilərsiniz. Yazışma, səfər, yerdəyişmələr uğurlu alınacaq. Sənədləşdirmədə aktiv olun. Gərəkli informasiyanın axtarışında və əldə olunmasında irəliləməyə çalışın.

Hisslərinizi dəqiq ifadə edin. Hesablamalarda səhvlərə yol verməyin. Seçimdə yanılmayın.

Günün ikinci yarısında romantikaya qapılaraq hisslərin əsirinə çevrilməyin. Situasiyanı nəzarətdə saxlayın.

Axşam saatlarında birmənalı olmayan situasiya formalaşacaq.

Balıqlar – Yaşananlara rəğmən bədbinliyə qapılmayın. Situasiyadakı qəfil dəyişikliklər sizi təbdən çıxarmasın. Həyatın acılı, şirinli olduğunu unutmayın. Təhsil və kommersiya ilə məşğulsunuzsa, ciddi uğur istisna deyil. Səhhətinizin qeydinə qalın. Fiziki təmrinlərə vaxt ayırın.

Günün ikinci yarısında sükan arxasında ehtiyatlı, sayıq olun. Cərimə riski var.

Yaşam ortamını qaydaya salın, prosesləri nizamlayın. Zahiri görünüşünüzə fikir verin.

Axşam saatlarında alış-veriş sizi sevindirə bilər. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO