Maraqlı 23.06.2019 08:45

BÜRCLƏR – 23 iyun

Qoç – ağır gün olsa da, mübarizə hədəfi seçməyə çalışmayın.

Rəqiblər sakitləşiblər. Enerji və aktivliyinizdən qarşınızda duran problemlərin həlli üçün yararlansanız, yaxşı nəticələr əldə edəcəksiniz.

İşdə rəhbərlik, özəl fəaliyyətdə isə nüfuzlu şəxslərlə təmaslarda diqqətli və həssas olun. Sərt danışmayın, sözləriniz neqativ reaksiya yaratmasın. Zarafatlarınıza sərhəd qoyun.

Yaxınlarınıza diqqətlə yanaşın, qayğı bəsləyin. Amma hamiliyiniz ifrata varmasın.

Buğa – ağır fiziki işlərə başlamayın. İntellektual fəaliyyətə üstünlük verin. Mühüm məsələlələrin çözülməsində tərəfdaş və şəriklərin mövqelərini nəzərə alın. Aktual saydığınız məqamda istəyinizə çatmaq üçün ifrat dərəcədə aqressiv olmayın.

Günün ikinci yarısında ikinci dərəcəli, mənasız məsələləri çox önəmli saymayın. Sənədləşdirmədə gecikmələrə yol verməyin. Əks halda təxirəslamalar və ləngimələr ciddi problemlər yarada bilər.

Əkizlər – ağır, görüləsi işlərin çox olduğu gündür. İndiyədək rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdən çox tez yorula bilərsiniz.

Maliyyə və əmlakla bağlı xoşagəlməz xəbərlər istisna deyil.

Yaranmış problemləri həll etmək üçün hadisə yerində olmalısınız.

İnsanların gur olduğu yerlərdən kənarda çalışın, tədbirlərə qatılmayın. Belə tədbirdə narahatlıq hissinin yaranması, kiminləsə sərt danışmağınız istisna deyil.

Alış-verişdə bədxərclik etməyin.

Xərçəng – intuisiyanıza həddən artıq güvənməyin. Real biliklər və təcrübəni heç bir halda “altıncı hiss” əvəzləyə bilməz. Tapşırıq, yaxud sifarişi yerinə yetirmək üçün mühüm informasiyanın çatışmazlığını hiss edirsinizsə, həmin məlumatı arayın. Çalışdığınız kollektivdəki situasiyanı izləyin.

Günün ikinci yarısında maliyyə məsələlərində tələsik qərar verməyin. Kredit götürməzdən bütün nüansları araşdırın.

Axşam saatlarında normal istirahət edin.

Şir – günün ikinci yarısında öhdəlikləri asanlıqla yerinə yetirərək məqsədə çata bilərsiniz. İnnovasiyalardan istifadə edin. Önəmli məsələlərin həlli üçün əlverişli zamandır. Faydalı əlaqələri inkişaf etdirin.

Günün ikinci yarısında maddi rifahınızın asılı olduğu insanlarla təmasları aktivləşdirin. İşgüzar təmaslarda passivlik nümayiş etdirməyin. Yazışmalarda diqqətli olun. Tərəfdaşlarla problemləri müzakirə edin. Qarşı tərəfə sayğı nümayiş etdirin.

Qız – mənasız vurnuxma və səbəbsiz tələskənliyə heç bir ehtiyac yoxdur. İşləri ahəstə şəkildə, aramla görün. Diqqətsizlik sonradan önəmli məsələnin sonucuna çox pis təsir edə biləcək absurd, ağır səhvə səbəb ola bilər.

Günün ikinci yarısında olayları diqqətlə izləyin. Dəyər verdiyiniz insanların səhhəti ilə maraqlanın. Dostlarla əlaqə saxlayın.

Axşam saatları əyləncəyə yollanmazdan əvvəl gedəcəyiniz yer barədə zəruri məlumatları əldə edin.

Tərəzi – fərdi maraqlarınızı kollektivin mənafeyinə qurban verməyin. Günün ilk yarısından işlərdə aktiv olun. Müəyyən məsələlərdə gecikmələr, təxirəslamalar istisna deyil. İşdə həmkarlarınızla mənasız münaqişələrə yol verməmək üçün tapşırıqları təkbaşına yerinə yetirin.

Günün ikinci yarısında yaxın ətrafınızla təmasları minimuma endirin. Peşəkar fəaliyyət sahəsindəki bilikləri artırın. İmkan yaranarsa, vəziyyətin təfərrüatları barədə bilgilənin. Heç bir rəqib sizi qəflətən haqlamamalıdır.

Əqrəb – günün ilk yarısında ən önəmli məsələlər ailə və evlə bağlıdır. Yaxınlarınızın problemlərinin həllində aktiv iştirak edin. Fərdi məlumatların qorunmasına və konfidensiallığın təminatına xüsusi diqqət yetirin.

Günün ikinci yarısında elektron poçtunuzun parolunu dəyişin. İşdə həmkarlarla, fəaliyyətinizdə önəmli insanlarla təmasların qorunmasına, saxlanmasına xüsusi fikir verin.

Ciddi rəqiblə üzləşmə ehtimalı yaranarsa, zəruri arqumentlərə yiyələnin. Davranış modelində düzəlişlər etmək olar.

Oxatan – uzunmüddətli planın həyata keçirilməsinə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətinizdə diqqətli olun. Dəyər verdiyiniz insanın qəlbinə toxunası hərəkətlər etməyin.

Günün ikinci yarısında yeni tanışlarla bağlı gözləntiləriniz çox olmamalıdır. Yalnız özünüzə, biliyinizə, təcrübənizə güvənin. Faydalı təmasların sayını artırın. Nüfuzlu insanın himayəsinə və dəstəyinə zərurət yarana bilər.

Oğlaq – yeni və genişmiqyaslı işlərə başlamayın. Hazırda məşğul olduğunuz işləri yarımçıq qoymayın, onları tamamlayın. Alış-verişdə çox pul xərcləməyin. Böyük məsrəfləri ertələyin.

Günün ikinci yarısında önəmli danışıqları yad gözlərdən və bədxahların qulaqlarından uzaq ortamda aparın. Tələskənliyə qapılmayın. Həmsöhbətinizlə sayğılı davranın. Danışmaqla yanaşı, sizə deyilənlərə diqqətlə qulaq asın.

Dolça – aşkar həll variantları və asan yollardan imtina etməyin. Bu gün məqsədə məhz onların vasitəsilə çata bilərsiniz. Ənənəvi metodlardan yararlanmaqla, təbii ki, novator olmayacaqsınız, amma can atdığınıza çatacaqsınız. Ətrafınızdakı mühit gərginləşsə də, soyuqqanlı və təmkinli olun.

Məkrli bədxahların təxribatlarına uymayın.

İşlə bağlı məsələləri telefon danışıqları və ya yazışma ilə yox, bilavasitə görüşdə müzakirə edin.

Günün ikinci yarısı faydalı məlumatlar vəd edir.

Balıqlar – günün ilk yarısında həddən artıq aktiv olmayın. Bir qədər aramla çalışın. Cari işlərin müəyyən qismini ertələmək gərəkdir. Diqqəti əsas məqsədə yönəldin. Dostlar və tərəfdaşlarla birgə fəaliyyətdə xeyir var.

Eqoist olmayın.

Günün ikinci yarısında yaxın perspektivlə bağlı planlarda bəlli dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı insanlarla təmaslarda quru rəsmiyyət və ciddiyyətin səviyyəsini artırmayın. Səmimi, qayğıkeş insan olun.

Yeni dostlarla tanış ola bilərsiniz.(milli.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO