Maraqlı 24.03.2020 08:45

BÜRCLƏR – 24 mart

Qoç – görüşlər və sövdələşmələr üçün uğurlu gün deyil. Mənfi təəssürat bağışlamaq, birmənalı olmayan vəziyyətə düşmək şansı az deyil. Ekstravaqant geyim və ya əşya almayın. Seçim məntiqi və uğurlu olmayacaq.

Buğa – yaranmış problemləri dəqiq qiymətləndirin. Yaşananları ciddi qəbul etmək gərəkdir. Təmkinli və qərarlı olsanız, istənilən maneəni asanlıqla dəf edə bilərsiniz. Son vaxtlar yaranan problemləri olduğu kimi dəyərləndirin. Günün ikinci yarısında problemlərin çözülməsi üçün xüsusi səylər gərəkdir.

Əkizlər – emosiyalarınıza hakim olun, ani hisslərin diqtəsi altında düşünülməmiş addımlar atmayın. Belədə uğura nail ola bilərsiniz. Təmkinin pozulması asandır. Amma sakitləşmək çətindir və bu proses uzun vaxt tələb edir. Soyuqqanlı davranın.

Xərçəng – işinizi başqası görən deyil. Buna görə də çalışın, tənbəllik etməyin. Anlaşılmazlıq, mənasız mübahisələr və dartışmalar yaxınlarınızla münasibətlərinizi soyutmasın. Situasiyanı zarafatla “bərpa etməyə” çalışsanız, alınmayacaq. Çünki bəzən gülməli yox, çox kobud sözlər deyirsiniz. Yaşlı qohumların məsləhətlərini dinləyin.

Şir – çətin gündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlarla münasibətləri konkretləşdirmək, etimad göstərəcəyiniz insanı müəyyənləşdirməkdir. Yeni müttəfiqlər aramağa dəyməz. Səhv etmək, insanın bilik və bacarıqlarını yanlış dəyərləndirmək riski var. Sınanmış tərəf-müqabillərə güvənmək olar. Lakin ən çətin işi təkbaşına görəcəyinizi bilin.

Qız – səfərə və səyahətə çıxmayın. İfrat yorğunluq ağrıların kəskinləşməsinə səbəb ola bilər. Qida zəhərlənməsinə tuş olmamaq üçün kulinar eksperimentlərdən imtina edin. Ənənəvi mətbəxlə kifayətlənin.

Tərəzi – diqqətli olun, yaxınlarınızla münasibətlərdə həssas davranın. Münasibətlərdə problem yaratmayın. Təşəbbüskar olun, dostlarla əylənməyə çalışın. Sizi sevir, dəyərləndirirlər. Bunu unutmayın.

Əqrəb – məhsuldar gündür. Danışıqlar, qərarlar uğurlu ola bilər. Qarşılıqlı zidliyyət yarada biləcək məqamlarda ehtiyatlı davranın. Problemlərin kökləri situasiyanın aşkarladığı səviyyədən də dərindədir. Cari işlərdə yetərincə effekt verməyən kontaktları unudun. Baş verənlərin bir qismi üzərində nəzarətə nail olmaq üçün sürətli və dəqiq qərarlar qəbul etməlisiniz.

Oxatan – işlərdə rasional, ünsiyyətdə səmimi olun. Təmaslarda rəğbət məqamı xüsusi önəm kəsb edir. Dostlarla əlaqələr sizin aktivliyinizi müəyyənləşdirəcək. Yalnız sizə maraqlı və xoş olan işlərlə məşğul olmayın – gerçəkdən də, faydalı məqamları dəqiqləşdirin.

Oğlaq – gündəmdəki məsələləri nəzarətdə saxlayın. Əks təqdirdə heç bir səbəb olmadan problemlər yarana bilər. Hisslərin axını və emosiyaların çılğınlığı sizi zəiflədə bilər. Situasiyanı kontrolda saxlayın. Kiminsə maraqlarını işlərinizdən üstün tutmayın. Nə baş verdiyini dəqiq bilin.

Dolça – hadisələrə aktiv müdaxilə edin. Əks təqdirdə olayların məcburi iştirakçısına çevriləcəksiniz. Rəhbərliklə danışmaq və işlə bağlı problemləri həll etmək üçün yaxşı vaxtdır. Qarşılıqlı maraqlarınız olan şəxslərlə ünsiyyətdə səmimi olun. Gərginlik və xoşagəlməz situasiyalardan yayınmaq mümkün olmayacaq. Situasiyanın həlli faydalı ola bilər.

Balıqlar –  kiçik və xoşagəlməz problemlər istisna olmasa da, günün axarı pis olmayacaq. İş yoldaşlarınızla qarşılıqlı anlaşmaya nail olacaqsınız. İşgüzar xüsusiyyətlərinizi aşkarlayın. Maaşınızın artırılması və ya vəzifənizin dəyişməsi üçün real addımlar atın. Planlarınızın gerçəkləşməsinə indiyədək dəfələrlə mane olmuş bədxahdan qurtulmaq imkanı var. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO