Maraqlı 25.03.2019 09:02

BÜRCLƏR – 25 mart

Qoç – Triton və Arielin münasibətləri yaxın ətrafınızdakı insanlardan, yaxud da tərəfdaşlardan birini planlaşdırdığınız işi alt-üst etməyə sürükləyir. Bu gün problemi təkbaşına həll edin, kimsədən məsləhət almayın.

Təkid və təzyiq etməyin, tələbləri səsləndirməyin. İfrat emosional əlaqələr, müzakirə və intriqalara qatılmayın. Sükan arxasında, yolda, nəqliyyatda olarkən, mühüm sənədləri yazarkən ehtiyatlı olun. Danışıqlarda və toplantıda önəmli detalları qaçırmayın.

Gün ailə və şəxsi münasibətlərdə sürprizlər vəd edir. Səslənən tələblər və istəklərin sayı maksimuma çatır.

Kəskin münaqişənin yaranmasının qarşısını almaq üçün təmkinli və soyuqqanlı olun, amma çevik tərpənin. Sonradan sizi təəssüfləndirəcək sözlər deməyin.

Buğa – Avropa və Sinopenin münasibətləri rəqibinizi fəallaşdıracaq. Ən yaxşısını əldə etmək, gəlirləri artırmaq və heç olmazsa, kreditləri ödəmyə pul tapmaq üçün fəal olun.

İşləyin, istirahət saatlarına görə sizə kimsə pul verən deyil.
Sosial şəbəkələrdə az vaxt keçirin. Dostlar və ya iş yoldaşlarından dəstək aramayın. Belə gözləntilər yalnız emosional gərginlik yaradacaq.

Ünsiyyətdə açıq danışmaq bu gün üçün yararlı deyil.
Axşam saatlarında dincəlin, sonra yarımçıq işi tamamlayın.

Özünüzə qalib gəlin, səhhətiniz üçün faydalı işi görün.

Əkizlər – Deymos və Elaranın münasibətləri yeni planlarla bağlı tələskənliyə yol verməməyinizi istəyir. Yaşamınızda qayda, işinizdə sahman yaratmağa çalışın.

İki gün əvvəl verilmiş vədin yerinə yetirilməsinin vaxtı çatıb. Planlarda dəyişiklik edin, aktivləşin, işi bitirin. Enerjili olun. Ziddiyyətli istək və maraqlar sizi müxtəlif yönlərə sapdırmasın. Bir işi yarımçıq qoyub başqasına başlamayın.

Eyni vaxtda bir neçə işi görmək istəyi problemlər yarada bilər.
Tələsməyin, vurnuxmayın. Prioritetləri müəyyənləşdirəndən sonra çalışın.

Xərçəng – Miranda və Umbrielin münasibətləri bu gün sizdən enerji tonusunuza diqqətlə yanaşmağı tələb edir. İfrat çalışmaq və yorğunluq xroniki ağrıları kəskinləşdirməklə yanaşı, köhnə simptomları bərpa edə bilər.

İşdə “qızıl orta” prinsipinə riayət edin.
İşləri nəzarətdə saxlayın, amma onların sayını artırmayın. Əvəzində işin keyfiyyətinin yüksəldilməsi və optimallaşdırma üçün imkanların aranması ilə məşğul olun. Yeni imkanları dəyərləndirmədən onlardan dərhal yararlanmağa çalşımayın.

Baş verənlərin məğzini anlayır, hadisələrin pərdəarxasını görürsünüz.
Emosional gərginlik hələ də qaldığından axşam saatlarında yaxşı istirahət edin.

Şir – Neptun və Uranın münasibətləri qeyri-adi hadisələr vəd edir. Günün ilk yarısında şərait böhran təsiri bağışlaya bilər, amma belə deyil.

Planlaşdırılmamış xərclər, qüvvənin qeyri-rasional sərfindən qorunun. Borcları qaytarın, sizin üçün mühüm situasiyanı aydınlaşdırın. Bu gün həyat sizi seçim qarşısında qoyacaq. Gərəkli istiqamətdə hərəkət etdiyinizi aydınlaşdırın. Ehtiyac yaranarsa, maraq fokusunu daha gərəkli, cari məsələyə yönəldin.

Əlverişli perspektivi olmayan vəziyyətə düşsəniz, itkilərə yol verməyin.
Bədxərc olmayın.

Qız – Haumea və Eridanın münasibətləri münaqişələrin yaranmasını istisna etmir. Qəzalı, münaqişəli gündür. Köhnə problemlər, iddialar, karmik düyünlər gündəmə gələcək. Önəmli hadisələrin məzmununu yeni səpkidə üzə çıxaran hadisələr baş verəcək.

İşdə həmkarlar və ya tərəfdaşlarla yeni layihə ilə bağlı müzakirələrdə gərginliyə imkan verməyin. Neqativə köklənməyin, impulsiv addımlar atmayın. Qüvvənizi qoruyun, çünki problemləri fiziki ehtiyatlarınızın hesabına həll etməli olacaqsınız.

Səfərlərdə ehtiyatlı olun. Şəxsi münasibətlərdə ifrat güzəştlərə getməyin. Beləcə, yaranmış şəraitin üstünlüklərindən itki vermədən yararlana bilərsiniz.
Virtual ünsiyyət məntiqsizdir.

Tərəzi – Serera və Neptunun münasibətləri bu gün yaxın ətrafınızdakı insanlara qayğı göstərməyi, kömək göstərilməsi, maddi fəallığı tələb edir.

Səhhətinizə diqqət yetirin. Yaşam stlinizə dəyişikliklər və korrektələr edin, inkişaf üçün tədbirlər planı hazırlayın. Köhnə və sınanmış effekttiv vasitələri yada salın, əvvəlki aydakı pressinq səbəbindən yarımçıq qalmış işi başa çatdırın. Cari işlərdə qayda yaratmaq vaxtı çatıb. Borcları qaytarın, tərəfdaşlarla işin perspektivlərini müzakirə edin.

İdeyalarınızı saf-çürük edin. Ola bilər ki, faydalı ideyanı unudubsunuz.

Əqrəb – Haron və Ayın münasibətləri bu gün baş verənlərə məsuliyyətlə yanaşmağı tələb edir. Qarşınızda parlaq perspektivlər açılacaq, amma çox ciddi problemlərlə qarşılaşa bilərsiniz. Situasiyanın mənfi və müsbət yönlərini sürətlə dəyərləndirə bilməyəcəksiniz.

İntuisiyanıza güvənin, önəmli anlaşma və öhdəlikləri pozmamağa çalışın.
Şəxsi münasibətlərdə prinsipial mövqeyinizi dəyişməyin, tərəfdaşa təzyiq göstərməyin.
Heç bir səbəb olmadan münaqişə yarana bilər.

Enerjinizi təmirə və ya qaydanın yaradılmasına sərf edin. İti, kəsici alətlərlə ehtiyatlı olun. Qaydalara riayət edin, risk etməyin.

Oxatan – Merkuri və Saturnun münasibətləri bacarıqlarınızın dəyərləndirilə biləcəyi günü vəd edir. Qarışıq gündür.

Məşğul olduğunuz məsələlərdə qeyri-müəyyənliyin yaranması, təhrif olunmuş məlumatın alınması istisna deyil. Yaxın ətrafınızdakı insanların sizi anlamaması, əlavə iş yaratmaları emosiyaların gərginləşməsinə, münaqişəyə səbəb ola bilər.

Fiziki iş sizi sakitləşdirəcək. Səfərləri minimuma endirin.
Şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişli gün deyil. Məsafə saxlayın, hadisələri tələsdirməyin.

Günün ikinci yarısı münasibətlərin ayrıd edilməsi vaxtıdır.

Oğlaq – Mars və İonun münasibətləri unikal gün vəd edir. Başlanmış işi bitirmək, münasibətlərə aydınlıq gətirmək istəyəcəksiniz. “Hər şey və ya heç nə” dediyiniz gündür.

Şəraiti özünüzə tabe edin, bundan sonra necə fəaliyyət göstərməyi müəyyənləşdirin.
Şəxsi münasibətlərdə aparıcı sevdiyiniz insan olsa da, təmkinli olun.

İşlərin çox olduğunu anlayırsınız. Başqasının əvəzinə iş görməli olsanız, şərtlərinizi irəli sürün. Sabahkı gün bir qədər nəfəs dərə bilərsiniz.

Axşam saatlarını qüvvənizi bərpa etmək, dincəlmək, sakit şəraitdə maraqlı həmsöhbətlə danışmaq üçün istifadə edin.

Dolça – Andromeda və Fobosun münasibətləri maliyyə məsələlərində problemlər yarada bilər. Nigaranlıq və narahatlıq stressə çevrilməsin.

Enerjinizə qənaət edin, fiziki və emosional gərginlik yaşamayın, yalnız gərəkli, ehtiyac duyulan işləri görün. Tərəfdaş və ya işlərinizdən hali olan insanla söhbət vəziyyətin kəskinlik səviyyəsini aşağı salmağa kömək edir.

Səhhətinizə fikir verin, yaxşı qidalanın, açıq havada gəzintiyə çıxın.
İdmanla məşğul olursunuzsa, məşqin intensivliyini azaldın. Səfər, sosial və dövlət qurumlarında olmaq, aktiv yazışma, evə qonaqların gəlişi mümkündür.

Təcili işləri təxirə sala biləcək və ya qrafikinizi sıxlaşdıracaq tədbirlərə şirnikməyin. Aramla davranın. Günün məlumatla işə, rəqiblərin hərəkətlərinin təhlilinə, planların müzakirəsinə, əvvəllər başa çatdırılmamış işin sonuclanmasına həsr edin.

Balıqlar – Venera və Plutonun münasibətləri bu gün yaxın ətrafınızdakı insanlarla münasibətlər prizmasından yeni keyfiyyətlərinizi anlamağa kömək edəcək.

Yeni maraqlı görüş və tanışlıqlar ola bilər. Fəqət ciddi planlar qurmayın: yeni tanışlar həyatınıza daxil olduğu kimi, sürətlə yoxa çıxa bilərlər. İrəliləyiş, sıçrayış, eyforiya hissi yaransa da, ilkin təəssüratdan fərqli olaraq daha çox qüvvə və güc tələb olunacaq.

Sizi tələsdirən, bir qədər fəal olmağınızı istəyən insanları anlayışla qarşılayın, qarşılıqlı fəaliyyət üçün maksimal dərəcədə açıq olun.

Bu gün çox mətləblər aşkarlanacaq, problemlərinizin həllini intuitiv olaraq tapacaqsınız. (Milli.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO